11:28 / 03-06-2026
Ceyhun Bayramov kanadalı həmkarı ilə danışdı
11:27 / 03-06-2026
Hövsanda vətəndaşı zorla maşına mindirib aparmaq istəyiblər? - Foto
11:24 / 03-06-2026
“İçkiyə görə toy yasa döndü” - Video
11:23 / 03-06-2026
Maştağadakı güclü yanğın söndürüldü - Video - Yenilənib
12:53 / 02-06-2026
Sabah güclü külək əsəcək - Xəbərdarlıq
12:48 / 02-06-2026
Türkiyə 4 qolla qələbə qazandı - Video-Yenilənib
12:09 / 01-06-2026
Adil Əliyev haqqında yayılan məlumatlara münasibət bildirdi
12:01 / 01-06-2026
Dua Lipa ərə getdi
11:58 / 01-06-2026
“Zəngəzur dəhlizi mütləq inşa ediləcək”
11:55 / 01-06-2026
Yığmamız Dünya Kubokunda ilk oyununa çıxacaq
11:48 / 01-06-2026
“Xarici borcu əhəmiyyətli dərəcədə azaltmağı bacardıq” - Yenilənib
11:46 / 01-06-2026
Stalinin gizli zirzəmisi açıldı - 40 min şüşə nadir şərab hərraca çıxarılır
11:46 / 31-05-2026
20 il sonra bu gün görüşəcəkdik, ölüm xəbəri gəldi
11:43 / 31-05-2026
Prezident xorvatiyalı həmkarını təbrik etdi
11:42 / 31-05-2026
İlanı vurmaq istəyərkən 5 nəfəri güllələdi - 3-ü uşaqdır
11:41 / 31-05-2026
Goranboyda iki maşın toqquşdu - Yaralılar var
11:40 / 31-05-2026
Bu gecə gözünüz səmada olsun! - Fotolar
11:39 / 31-05-2026
Bir əsrədək tarixi olsa da, yalnız 8 ölkə qazanıb
11:38 / 31-05-2026
Sultan Süleymanı görmüş ağac - 854 yaşı var+Video
11:18 / 30-05-2026
Leyla Əliyeva övladları ilə - Video
11:14 / 30-05-2026
Kim deyər ki, mayın sonudur? - Video
11:10 / 30-05-2026
Dünəndən bəri Bakıda 41 ağac sınıb
16:46 / 29-05-2026
Sinif yoldaşlarımla 40 ildən sonra bir yerdə
14:06 / 26-05-2026
Prezidentə təbriklər gəlməkdə davam edir - Yenilənir
12:09 / 26-05-2026
Tbilisi qatarının ilk sərnişinləri arasında - Cavid Qurbanov da var+Fotolar
12:22 / 23-05-2026
Mayın bütün sosial ödənişləri yekunlaşdırıldı
12:18 / 23-05-2026
Mayın bütün sosial ödənişləri yekunlaşdırıldı
12:16 / 23-05-2026
Bərdədə yeniyetmənin meyiti tapıldı
11:57 / 23-05-2026
XİN Çinə başsağlığı verdi
Təzə rəisin tələbi - - "Səninlə işləmək istəmirəm"

Onun komandası bir növ özünə yaxın olan, etibar etdiyi şəxslərdən ibarət olur. “Yeniazərbaycanhəyatı” bu faktla bağlı kiçik bir təhlil aparıb və belə bir mənzərə ortaya çıxıb ki, qeyd etdiyimiz “islahatlar” ölkədə artıq bir ənənə halını alıb və vəzifəyə təyin olunan şəxsin öz komandasını formalaşdırmasına heç kim pis baxmır, buna daha yuxarı instansiyadan da heç bir etiraz edilmir. İlk baxışdan bu əlbəttə ki, təqdirediləsi hal kimi qəbul edilə bilər. Yəni, prosesə islahat aparılması, daha güclü və yeni komanda ilə işə başlanılması kimi yanaşıla bilər. Lakin bu zaman çoxlarının, hətta biz mətbuatın da diqqətindən kənarda qalan məqamlar yaşanır. Sual olunur ki, yeni vəzifəyə təyin olunan şəxs öz komandasını formalaşdırandan sonra əvvəlki heyətin taleyi necə olur? Bu kadrlar, köhnə rəislə bir yerdə uzun müddət işləmiş mütəxəssislər hara gedir, kimlə işləyir? Azərbaycanda yüksək vəzifəyə təyin olunan şəxslərin öz komandasını formalaşdırması və köhnə heyətlə vidalaşmasını göstərən yüzlərlə nümunə çəkmək mümkündür. Onların hər birini ayrı-ayrılıqda sadalamağa ehityac yoxdu. Çünki bu gün prosesləri izləyən hər bir kəs məsələdən xəbərdardır. Artıq bu bir sirr deyil ki, vəzifəyə təyin olunan şəxs istər nazir olsun, istər polis rəisi işə çıxdığı gün keçmiş heyətin ərizələrini almaqla məşğul olur. Sanki prezident seçkisində qalib gəlmiş şəxs öz yeni hökümətini, kabinetini formalaşdırılır. Yuxarıda qeyd etdiyimiz kimi buna onlarla, yüzlərlə misal gətirmək mümkündür.
Məsələn, Azərbaycanda yeni vəzifəyə təyin olunan iki nazirin, təhsil naziri Mikayıl Cabbarovla müdafiə naziri Zakir Həsənovun imzaladıqları əmrlərin demək olar ki, 95%-i kadrların əvəzlənməsi ilə bağlıdır. Ancaq bu əvəzlənən kadrların sonrakı taleyi qeyd etdiyimiz kimi çox vaxt sual altında olur. Onların bir hissəsi əlbəttə ki, həmin sistemdə daha aşağı vəzifədə ya da digər bir işdə fəaliyyətini təqaüd yaşına qədər davam etdirir. Lakin bir hissəsi yaşının neçə olmasından asılı olmayaraq ümumiyyətlə həmin sistemdən gedir. Təkrar olaraq bildiririk ki, bu sahədə onlarla fakt sadalamaq mümkündür. Məsələnin məhz maraqlı tərəfi ondan ibarətdir ki, bu adamların hara göndərilməsi, sonrakı taleyinin necə olması ilə kimlər maraqlanmalıdır? Bu faktların ən çox baş verdiyi sahələrdən biri də Daxili İşlər Nazirliyi sistemidir. Bu sistemdə vəzifəyə təyinat alan rəisin kollektivdə özündən aşağıda olan şəxslərə dediyi ilk söz belə olur: “Mən sənlə işləmək istəmirəm”.
Maraqlıdır ki, bu proses KİV-in özündə də var. Məsələn bir neçə il əvvəl İTV-yə baş direktor seçilən Cəmil Quliyev demək olar ki, televiziyadakı bütün rəhbər işçiləri dəyişdi.
Məsələn, təxminən bir neçə ay əvvəl Bakı Şəhər Baş Polis İdarəsinə rəis təyin olunan general Mirqafar Seyidov cəmi bir neçə gün sonra BŞBPİ-nin Kadrlar idarəsinin rəisi Səbuhi Cəfərovu, Narkotiklərlə Mübarizə İdarəsinin rəisi Musa Hacıyevi, onun müavini Mövsüm Qurbanovu, Təşkilati-İnspektor İdarəsinin rəisi Əli Hacıyevi, Təhqiqat İdarəsinin rəisi Ayxan Bağırovu və Katibliyin rəisi Namiq Aslanovu tutduqları vəzifədən azad etdi. Yaxşı, bu adamlar necə oldular? Axı onların əskəriyyəti tutaq ki polis polkovniki rütbəsinə qədər ucalmış və böyük təcrübə qazanmış şəxslərdir. Çox vaxt onlar müavin vəzifələrindən azad olunandan sonra təklif olunan aşağı vəzifələrdə işləmək istəmirlər və birdəfəlik ərizə yazıb qürurla təqaüdə getməyi üstün tuturlar. Belə olanda həmin şəxsləri işdən uzaqlaşdıranlardan soruşulmurmu ki, axı bu kadrın yetişdirilməsi üçün 20 il vaxt sərf olunub və dövlətin bu mütəxəssis üzərində nə qədər əməyi var. Bu mövzunu yazmağımıza səbəb isə bir neçə gün əvvəl daxili işlər naziri Ramil Usubovun bir neçə rayonun rəisini dəyişdirəndən sonra yeni rəislərdən bəzilərinin artıq təyin olunduqları rayonlarda öz komandalarını toplamağa başlamasıdır. Hətta artıq bir neçə rəis müavini vəzifəsində olan şəxsin ərizəsi alınaraq işdən uzaqlaşdırılıb. Sanki yeni rəis öz evində vəzifə bölgüsü aparırmış kimi davranır və kimlə istəyirsə, həmin adamlarla da işləyir. Əlbəttə ki, son vaxtlar xüsusilə də daxili işlər orqanlarında aparılan kadr yerdəyişmələri müsbət formada izah oluna bilər. Yəni artıq biz bir rəisin uzun illər bir rayonda hegemonluğunun şahidi olmuruq.
Ancaq yaxşı olar ki, vəzifə təyinatlarından sonra rəislərin atdığı addımlar onların həyata keçirdiyi islahatların, kadr dəyişikliklərinin düzgün prinsiplər əsasında baş verməsi yoxlanılsın. Burada “öz adamımı işə götürəcəyəm” prinsiplərinə yol verilməsin. Peşəkar polis işçilərinin və hərbi mütəxəssislərin, loru ifadə etsək, küsüb getməsinin qarşısı alınsın.
Bölməyə aid digər xəbərlər

Tarix: 31-01-2024, 08:10 Oxunub: 56
Bölməyə aid digər xəbərlər
17-11-2023, 09:48
“Onun fatihəsini verincə...” - Rövnəq Abdullayev
20-06-2021, 10:30
SON İLLƏR SUMQAYIT NECƏ İNKİŞAF ETDİ? - FAKTLAR
24-04-2021, 11:00
UZAQ XARKOV VİLAYƏTİNDƏ İMAM ƏLİ ADINA MƏSCİD
9-10-2020, 21:22
Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciət edib
14-09-2020, 09:07
Goranboyda büdrəyən YENİ SİYASƏT... - İslahatlara kim mane olur?
31-08-2020, 19:08
Qulinin ölüm ssenarisi: Onu kim və niyə öldürdü? - Şok faktlar
14-08-2020, 09:27
Pulu çox alanda tibb bacısına virus keçmirmi?!
9-08-2020, 13:56
Ağcabədinin sabiq icra başçısının əmisioğlu rayonda “at oynadır”
27-07-2020, 23:21
İlham Əliyev yeni təhsil nazirini qəbul etdi - YENİLƏNİB + FOTO/VİDEO
26-07-2020, 17:01
Çörəyi şərəfini satmaqla əldə edənlər
24-07-2020, 18:07
Rəna xanım Paşayevanın xatirəsinə: “Əlvida, gözəl insan”
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO
20-07-2020, 14:24
Qurban Qurbanov: “Rəşadın gedişi ən istəmədiyim ayrılıq idi”
19-07-2020, 18:01
İdman jurnalistikası: Keçmişi, indiki problemləri və ümidli gələcəyi
13-07-2020, 13:22
İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib - YENİLƏNİB + FOTO/VİDEO
11-07-2020, 11:20
Emin Məmmədov: “Buzlu şüşə” görüntüsü olan adama “koronavirusa yoluxub” deyə bilmərik” - MÜSAHİBƏ
9-07-2020, 22:29
Pandemiyadan zərər çəkənlərə bank kreditləri üzrə dövlət zəmanətinin verilməsi QAYDASI
8-07-2020, 16:18
AzTV mövsümü necə başa vurdu və telekanaldan gözləntilər - SORĞU