Misilsiz xidmətlərinə görə öz adlarını Azərbaycan tarixinin səhifələrinə qızıl hərflərlə həkk etdirən,eyni zamanda xalqımızın qəlbində özünəməxsus yer tutan, əsl liderlik keyfiyyətləri və müdrik siyasəti ilə seçilən tarixi şəxsiyyətlərimiz vardır. Həmin şəxsiyyətlərdən biri məhz XXI əsrin lideri - ölkəmizin və xalqımızın milli maraqları naminə hesablanmış praqmatik və rasional siyasəti ilə Azərbaycanı bütün istiqamətlər üzrə uğurlu gələcəyə doğru aparan Ölkə Prezidenti cənab İlham Əliyevdir. Dövlət başçısının 20 illik prezidentlik fəaliyyəti dövründə Azərbaycan saysız-hesabsız uğurlara imza atmışdır. Azərbaycan tarixinin keçmişinə ekskursiya etsək şahid olarıq ki, Azərbaycan tariximizin heç bir mərhələsində inkişafın bu dərəcədə pik həddinə çatmamışdır. cənab İlham Əliyev Ali Baş Komandan kimi həm də Müzəffər Ordumuzun “Dəmir Yumruq” əməliyyatına peşəkarlıqla rəhbərlik edir, ümumilikdə bütün platformalarda qərəzli münasibətlərə öz bacarıq və istedadı ilə tutarlı,tarixi faktlara uyğun cavablar verir, onları susdururdu. Bəli məhz bu ikili münasibətlərin, güc amilinin və haqsız qarşıdurmaların hökm sürdüyü bir dünyada Azərbaycanda bütün vəziyyətin sabitliyini, ölkənin inkişafını, torpaqlarımızın bütövlüyünü və bizim bir xalq olaraq sülh,əmin-amanlıq şəraitində yaşamağımızı təmin edən, əsl liderlik keyfiyyətlərinə malik olan Prezident - Cənab İlham Əliyevdir.
Xalqımızın ən kiçiyindən tutmuş ən böyüyünə kimi onun qürur, zəfər dolu müraciətlərini, tvitlərini səbirsizliklə gözləyirdik. Prezidentimiz sözün əsl mənasında, xalq, ordu, dövlət birliyi ilə Azərbaycan adlı güclü bir ailə yaratdı. Xalqa müraciətlərində işlətdiyi cümlələr hələ uzun illər dillərdən düşməyəcək. Ürəyimizin səsini dilə gətirərək səsləndirən prezidentimizin hər müraciəti yaddaşlara həkk olundu. Bu müraciətləri ilə belə tarix yazdı.
Cənab Ali Baş Komandanımız İlham Əliyevin qətiyyət, iradə, əzm, milli ruh və yüksək idarəçilik dəyərləri və rəhbərliyi, xalqımızın vətənpərvərlik duyğularının birgə həmrəyliyi ilə Azərbaycan ordusu tarixinin ən şanlı və şərəfli qələbəsini qazandı!
Prezidentimiz İlham Əliyev yeni əsrin lideri olaraq Azərbaycanımızı daim inamla irəli aparır. Onun hakimiyyət illəri ölkənin dinamik inkişafı, sürətlə modernləşməsi, dünyada nüfuz və söz sahibinə çevrilməsi ilə səciyyəvidir.
Müzəffər Azərbaycan ordusunun hər bir uğurlu əməliyyatı, xalqımızın qələbə ruhlu və qətiyyətli millət kimi dünya tarixinin heç zaman unudulmayacaq səhifələrinə həkk olunmasına səbəb oldu. Şanlı ordumuz və Cənab Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Qarabağımız işğaldan azad olundu, 30 illik həsrət sona çatdı. Azərbaycan xalqının həmrəylik nümayiş etdirərək, Cənab Ali Baş Komandanın ətrafında sıx birləşməsi bizə qələbəni gətirdi. Bu isə həqiqətən çox qürurvericidir.
Prezidentimiz İlham Əliyevin dediyi kimi: Qələbə ölkəmiz üçün yeni dövr açır. Bu dövr inkişaf, təhlükəsizlik, tərəqqi dövrü olacaqdır. Yəni günümüzün reallığı onu göstərir ki, Prezidentimizlə Azərbaycanı qarşıda daha möhtəşəm uğurlar gözləyir.
Uzun illər bu tarixi danışıb qürur duyacağıq. Bu tarixi qələbəni bizə yaşadan, müjdələyən prezidentimizlə qürur duyuruq! Belə bir liderimiz olduğu üçün çox şanslıyıq. Bütün Azərbaycan xalqı olaraq hər zaman Qarabağımızı geri qaytardığı üçün prezidentimizə, Ali Baş Komandanımıza minnətdar olacağıq. Özünün də çıxışlarında dediyi kimi:
Bu gün Ali Baş Komandanın rəhbərliyi altında formalaşdırılan qüdrətli Azərbaycan ordusu düşməni darmadağın edərək Müasir Azərbaycanın müasir tarixini yazır. Yeni Azərbaycanın qurucusu Ümummilli Lider Heydər Əliyevin Siyasi Kursunun davamçısı olan, xalqın sevimlisi İlham Əliyev cənabları, bu gün tarix yazmaqla Müasir Azərbaycanın əvəzolunmaz tarixi Sərkərdəsi və Müasir Azərbaycanın qurucusu olduğunu təsdiq etdi.
Yaşasın Azərbaycan, Yaşasın Azərbaycan Xalqı, Yaşasın Ali Baş Komandan, Yaşasın rəşadətli Azərbaycan Ordusu !
Əminliklə deyə bilərik ki, bu gün adını tarixə qızıl hərflərlə yazan İlham Heydər oğlu Əliyev Azərbaycan Respulikasının əvəzolunmaz Lideri və əbədi Prezidentidir. Allah Xalqımızı, Ordumuzu və Ali Baş Komandanımızı qorusun. Biz hər zaman sizinləyik, cənab Prezident.
Qarabağ Azərbaycvandır.
Yeni Azərbaycan həyatı imformasiya
Bölməyə aid digər xəbərlər