12:01 / 01-06-2026
Dua Lipa ərə getdi
6 milyondan çox seçki bülleteni çap ediləcək


6-milyondan-cox-secki-bulleteni-cap-edilecek

“Fevralın 7-də keçiriləcək prezident seçkiləri ilə əlaqədar 6 milyon 524 min 203 seçki bülleteninin çap edilməsi nəzərdə tutulur”.
Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib.
MSK sədri bildirib ki, seçki bülletenlərinin mətni, forması, sayı və hazırlanma qaydasına dair tələblər Seçki Məcəlləsinə əsasən MSK-nın qərarı ilə müəyyən olunub: “Seçki bülletenləri çap olunduqca qanunvericiliyin tələblərinə uyğun qaydada və müddətdə MSK-dan dairə seçki komissiyalarına, dairə seçki komissiyalarından isə məntəqə seçki komissiyalarına veriləcək”.
 

Tarix: 26-01-2024, 14:57 Oxunub: 65


Bölməyə aid digər xəbərlər
26-01-2024, 15:08 seçki