yeniazerbaycanheyati.com xəbər verir ki, Sumqayıt şəhərdaxili nəqliyyat kart sisteminə keçsə də, problemləri qalmaqdadır. Sakinlər nəqliyyat kartı əldə edə bilmədiklərini, kartı tapanda isə, 2 manat deyil, 2.50 AZN-dən satıldığını iddia edirlər.Bəs aidiyyatı qurumlar nə deyir? Sumqayıt Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsinin rəisi Sultan Əsədovun açıqlamasında problemlərin olduğunu təsdiq edir:
"Yeni sistemə keçmişik və bəzi problemlər var. Nəqliyyat kartları tam şəhər əhalisinin təlabatını ödəyəcək sayda olmasa da, hissə-hissə satışa verilir. Yaxın günlərdə bu kimi problemlər aradan qaldırılacaq və vəziyyət tam qaydasına düşəcək. Bildirmək istəyirəm ki, nəqliyyat kartlarının qiyməti 2 AZN təşkil edir. Bəzi işbazlar tərəfindən 2.50 manata satılması faktları bizə də məlumdur. Araşdırıb belə işbazlıqların qarşısını almışıq".
Bölməyə aid digər xəbərlər