10:57 / 23-11-2024
COP29 Sədrliyi bəyanat yaydı
09:45 / 21-11-2024
Bu yollarda sıxlıq var
15:13 / 20-11-2024
Neçə məktəb təmir edilib?
Ebru Gündeş Rza Zərrabdan boşandı

Ebru Gündeş Rza Zərrabdan boşandı

Ebru Gündeş Rza Zərrabdan boşandıŞouOxunma sayı: 212

Türkiyənin məşhur müğənnisi Ebru Gündeş 11 illik həyat yoldaşı Rza Zərrabdan boşanıb.
“Qafqazinfo” xəbər verir ki, hər iki tərəfin razılığı əsasında baş tutan məhkəmə iclası ötən gün yekunlaşıb.
10 yaşlı Alaranın qəyyumluğu anasına verilib, Zərrabın qızı ilə müəyyən vaxtlarda görüşməsinə qərar verilib. İddiaya görə, Gündeş bu qərardan sonra Alaranı Nyu-Yorkda yaşayan Zərrabın yanına aparıb.
Qeyd edək ki, müğənni ötən ay məhkəməyə müraciət edərək ərinin ona xəyanət etdiyini, ayrılmaq istədiyini bildirib. 
Xatırladaq ki, E.Gündeş cənubi azərbaycanlı iş adamı ilə 2010-cı ildə ailə qurub, bir il sonra cütlüyün Alara adını verdikləri qızları dünyaya gəlib.
R. Zərrab 2016-cı ildə Mayamiyə səfəri zamanı həbs olunub. Onun ABŞ-ın İrana tətbiq etdiyi embarqonun pozulmasında rol oynadığı iddia edilib. Ebru Gündeş və qızı 6 dəfə ABŞ-a gedərək həbsdə olan eks-əri ilə görüşüb.

Tarix: 7-05-2021, 09:30 Oxunub: 41


Bölməyə aid digər xəbərlər
19-04-2021, 09:00 Maqsud Maqsudov - 80
7-03-2021, 22:45 Təbrik edirəm!