2019-cu il 6 aprel... O zaman Qarabağımız düşmən tapdağında idi. Düşmən tapdağında olan Ağdamın bizdə olan hissəsində səfərdəydik. Təhsil aldığım BDU-nun Jurnalistika fakültəsinin müəllim və tələbə kollektivi ilə birlikdə təmas xəttinə qədər getmişdik. O vaxt heç olmasa, Ağdamı oradan görmək istədim. Gördüm də. İlk dəfə gördüyüm Ağdam necə məyus, kimsəsiz görünürdü. Təbiət də solmuşdu. Sanki yer-göy sızlayırdı. Hündür təpələrin arxasında əzəli torpaqlarımıza tərəf gedə bilməmək də bizi üzürdü. Bir təpə səni doğma yurdundan ayırır və sən həmin təpəni aşıb gedə bilmirsən. O hisləri sözlə ifadə etmək çox çətindir.
Həmin gün öz-özümə “Nə vaxtsa bu torpaqları görə bilərəmmi? Bu hündür təpəni keçə bilərəmmi?”, - deyə düşündüm. Elə yol boyunca bunları düşünə-düşünə Bakıya qayıtdıq...
Amma 44 günlük müharibədən sonrakı qələbə, Qarabağın işğaldan azad olunması bizi yenidən Ağdama getməyi nəsib etdi. 2021-ci ilin aprelin 15-i bir nisgilin bitdiyi gün oldu mənim üçün. Budur, artıq Qarabağın göz bəbəyi Ağdamdayıq. Bizim qarşımıza düşmən çəpəri kimi çəkilən o təpələri aşıb Ağdama gəldik. Nəsə mənə elə gəldi ki, Ağdam sevinclidir, biz isə qürurlu. 30 illik həsrət bitmişdi. Amma biz viran qalmış, dağıdılmış bir şəhərin xarabalığı ilə üz-üzə idik.
Lakin 30 il müddətində erməni vandalları tərəfindən dəfələrə dağıdılmış evləri, binaları, abidələri gördükcə insan vahiməyə düşürdü. Bir zamanlar həyatın qaynayıb-daşdığı Ağdam əsrlər əvvəl tərk olunmuş çəhərin xarabalığını xatırladırdı. Sanki Ağdamdan vəhşi bir qəbilə keçib və qarşısına nə çıxıbsa, yandırıb, dağıdıb, kül edib. Sanki, burada tarixi, Ağdamın mövcudluğunu silmək istəyiblər. Amma düşmən nə qədər vandal olsa da, tarixi silməyi bacarmadılar. Bu yerlərin əsl sahibləri geri döndü. Ağdamda ilk qədəm qoyduğumuz yer "Uzundərə" adlanan ərazi oldu.
Rayon mərkəzinə doğru irəlilədikcə bir zamanlar uşaq xəstəxanasının xarabalığını gördük. Demək olar ki, binadan əsər-əlamət qalmamışdı. Növbəti gedəcəyimiz yer 1952-ci ildə salınmış "İmarət stadionu"...
Hər zaman fotolardan gördüyüm Xan qızı Xurşudbanu Natavana məxsus məqbərələr... Tarixi abidələrimizi dağıtmaqla yanaşı, onlardan heyvan damları kimi istifadə etməsi ermənilərin bir daha barbar, vandal bir xalq olmasının bariz nümunəsidir.
Dünyanın bütün millətləri üçün toxunulmaz sayılan qəbirləri dağıdanlardan nə gözləməli idik ki... Ağdamın məşhur "Qaraca" qəbirstanlığında törədilmiş vəhşiliyə şahid olduq.
Yolumuz Ağdamın həmçinin də, Azərbaycanın tarixi abidələrindən sayılan Ağdam Cümə Məscidinədir. İki əzəmətli minarəsi uzaqdan görünürdü. O qədər möhtəşəm əzəmətə malik idi ki, ilk dəfə məscidə daxil olanda Vətən uğrunda canından keçmiş hərbçilərimizin ruhu ilə bir arada olduğumuzu hiss edirdim. Hər divarında. Daşında şəhid ruhu uyuyurdu sanki...
Bir vaxtlar Ağdam sakinlərinin axşamlar dincəldiyi Ağdam Teatrının binasının bir divarı qalıb. O divara baxanda insanın gözündə vahiməli tamaşalar canlanır. İnsan daşdan, divardan da qisasmı alar? Bu vəhşilər görəsən nəyin qisasını alırmış?... Son duracağımız yer Şahbulaq qalası oldu.
Yadımdadır, məktəbli ikən tarixdən həvəslə oxuduğum o qalanın tarixini bilməklə yanaşı, əyani görmək də ayrı bir hissdir. Qarışıq, yarı sevinc, yarı kədər, kövrək hislərlə ayrıldıq Ağdamdan. Bir həqiqət var ki, artıq biz Ağdama gedə bilirik. Ağdam bizimdir, Qarabağ bizimdir. Qarabağ Azərbaycandır!
11:28 / 03-06-2026
Ceyhun Bayramov kanadalı həmkarı ilə danışdı
11:27 / 03-06-2026
Hövsanda vətəndaşı zorla maşına mindirib aparmaq istəyiblər? - Foto
11:24 / 03-06-2026
“İçkiyə görə toy yasa döndü” - Video
11:23 / 03-06-2026
Maştağadakı güclü yanğın söndürüldü - Video - Yenilənib
12:53 / 02-06-2026
Sabah güclü külək əsəcək - Xəbərdarlıq
12:48 / 02-06-2026
Türkiyə 4 qolla qələbə qazandı - Video-Yenilənib
12:09 / 01-06-2026
Adil Əliyev haqqında yayılan məlumatlara münasibət bildirdi
12:01 / 01-06-2026
Dua Lipa ərə getdi
11:58 / 01-06-2026
“Zəngəzur dəhlizi mütləq inşa ediləcək”
11:55 / 01-06-2026
Yığmamız Dünya Kubokunda ilk oyununa çıxacaq
11:48 / 01-06-2026
“Xarici borcu əhəmiyyətli dərəcədə azaltmağı bacardıq” - Yenilənib
11:46 / 01-06-2026
Stalinin gizli zirzəmisi açıldı - 40 min şüşə nadir şərab hərraca çıxarılır
11:46 / 31-05-2026
20 il sonra bu gün görüşəcəkdik, ölüm xəbəri gəldi
11:43 / 31-05-2026
Prezident xorvatiyalı həmkarını təbrik etdi
11:42 / 31-05-2026
İlanı vurmaq istəyərkən 5 nəfəri güllələdi - 3-ü uşaqdır
11:41 / 31-05-2026
Goranboyda iki maşın toqquşdu - Yaralılar var
11:40 / 31-05-2026
Bu gecə gözünüz səmada olsun! - Fotolar
11:39 / 31-05-2026
Bir əsrədək tarixi olsa da, yalnız 8 ölkə qazanıb
11:38 / 31-05-2026
Sultan Süleymanı görmüş ağac - 854 yaşı var+Video
11:18 / 30-05-2026
Leyla Əliyeva övladları ilə - Video
11:14 / 30-05-2026
Kim deyər ki, mayın sonudur? - Video
11:10 / 30-05-2026
Dünəndən bəri Bakıda 41 ağac sınıb
16:46 / 29-05-2026
Sinif yoldaşlarımla 40 ildən sonra bir yerdə
14:06 / 26-05-2026
Prezidentə təbriklər gəlməkdə davam edir - Yenilənir
12:09 / 26-05-2026
Tbilisi qatarının ilk sərnişinləri arasında - Cavid Qurbanov da var+Fotolar
12:22 / 23-05-2026
Mayın bütün sosial ödənişləri yekunlaşdırıldı
12:18 / 23-05-2026
Mayın bütün sosial ödənişləri yekunlaşdırıldı
12:16 / 23-05-2026
Bərdədə yeniyetmənin meyiti tapıldı
11:57 / 23-05-2026
XİN Çinə başsağlığı verdi
Ağdam səfərindən xatirə...

REPORTAJ
Bölməyə aid digər xəbərlər
İnsan daşdan, divardan da qisasmı alar? - Ağdam səfərindən xatirə... (FOTOLAR)

REPORTAJ
Tarix: 19-04-2021, 09:00 Oxunub: 68
Bölməyə aid digər xəbərlər
24-04-2021, 11:00
UZAQ XARKOV VİLAYƏTİNDƏ İMAM ƏLİ ADINA MƏSCİD
19-04-2021, 09:00
Maqsud Maqsudov - 80
8-03-2021, 17:31
Sumqayıt polisinin yeni rəisini yaxından tanıyaq...
9-10-2020, 21:22
Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciət edib
26-09-2020, 11:34
Zamanında BDU-nun qara mühasibatlığı ona baxırdı... - İTTİHAM
18-08-2020, 09:48
BDU-da kimin sözü keçərlidir? - İTTİHAM
14-08-2020, 12:29
Sabiq təhsil nazirindən yeni təhsil nazirinin müraciətinə cavab - Məktəb, yoxsa ev?
14-08-2020, 09:27
Pulu çox alanda tibb bacısına virus keçmirmi?!
27-07-2020, 23:21
İlham Əliyev yeni təhsil nazirini qəbul etdi - YENİLƏNİB + FOTO/VİDEO
24-07-2020, 18:07
Rəna xanım Paşayevanın xatirəsinə: “Əlvida, gözəl insan”
24-07-2020, 10:22
Şəhid polkovnik-leytenantın həyat yoldaşı: “Polad Həşimovun şəhid olması xəbəri ailəmizi ikinci dəfə sarsıtdı”
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO
20-07-2020, 16:59
Tovuzdakı şiddətli artilleriya döyüşləri: Qaraqaya Azərbaycandadır – REPORTAJ + FOTO
20-07-2020, 14:24
Qurban Qurbanov: “Rəşadın gedişi ən istəmədiyim ayrılıq idi”
11-07-2020, 11:20
Emin Məmmədov: “Buzlu şüşə” görüntüsü olan adama “koronavirusa yoluxub” deyə bilmərik” - MÜSAHİBƏ
10-07-2020, 18:56
Karyerasını zədə və Olimpiada medalı ilə bitirən boksçunun hekayəsi
10-07-2020, 16:05
Verilən qərarların hirsini onlardan çıxmayın!
8-07-2020, 16:18
AzTV mövsümü necə başa vurdu və telekanaldan gözləntilər - SORĞU
7-07-2020, 14:32
Azərbaycanlı həkim: “Xəstə bir saat əvvəl su içib test versə, neqativ cavab ala bilər” - MÜSAHİBƏ
















