09:45 / 21-11-2024
Bu yollarda sıxlıq var
15:13 / 20-11-2024
Neçə məktəb təmir edilib?
Rusiya KİV-dən Azərbaycana qarşı növbəti həyasızlıq











Bakı Vardanyanın ipini çəkəcəkmi? - 2 rəy

Rusiya KİV-lərinin Azərbaycan dövlətinə, ərazi bütövlüyümüzə qarşı “erməni kartı” ilə təxribatları səngimir. Bu dəfə estafeti “Kommersant” qəzeti götürüb (Sahibi özbək əsilli rusiyalı milyarder Alişir Usmanovdur). Keçək fakta.
Qəzet 4 noyabrda Rusiyanın Azərbaycana qaşı məkrli layihəsi olduğu şübhə doğurmayan erməni milyarder Ruben Vardanyandan müsahibə götürüb.
“Artsaxın dövlət naziri postunu tutmağa razılıq verən milyarder və sosial sahibkar Ruben Vardanyan ”Kommersant"a müsahibəsində Artsaxın itirilməsinin niyə Ermənistanın itirilməsi deməkdir sualına cavab verib", - deyə məqalənin girişində deyilir.
“Hər bir xalqın öz kökü var. Bu köklər təkcə keçmişin irsini deyil, həm də gələcək ağacın (kökün) əsasını müəyyən edir. Kökləri məhv etməyə başlayanda, ağac sağ qalmayacaq və meyvə verə bilməyəcək. Bu mənada Artsax təbiəti və tarixi baxımından unikal yer olmaqla bərabər, həqiqətən təkcə erməni torpağı yox, həm də xristian sivilizasiyasının beşiyidir. Ermənilərin min illərlə yaşadığı nadir yerlərdən biridir. Təəssüf ki, digər yerlərin çoxu, məsələn, Qərbi Ermənistan itirilib (Türkiyə əraziləri nəzərdə tutulur - red.). Həmişə qaçqın olmaq çətindir - nə vaxt ki, sənin köklərini, məzarlarını dağıdırlar”, - Vardanyan sərsəmləyib.
O, klassik erməni yalanlarına davam edərək deyib: “Təkcə Ermənistan deyil, bütövlükdə erməni dünyası üçün belə istinad nöqtələrinin qorunub saxlanması millətin gələcəkdə mövcudluğunun əsas şərtini təşkil edir. Erməni milləti 5 min ildir (?!! - red.) Cənubi Qafqazda yaşayır, mövcuddur. Biz öz torpağında yaşayan azsaylı xalqlardan biriyik. Öz torpaqlarını tərk etmək tarixin sonu deməkdir. Bu, bizim üçün çox çətin məqamdır, ona görə də bu təməli saxlamaq üçün hər şey edilməlidir”


























5 min il! “Öz ərazisində yaşayan azsaylı xalq...”
Yəni ki, türklər, azərbaycanlılar bu yerlərdə gəlmə etnosdur. Bunu gör kim söyləyir: Qafqaz qaraçıları sayılan bir qəbilənin - ermənilərin nümayəndəsi! Qaraçılar kimi bütün dünyaya səpələnmiş, yeri-yurdu, kökü bilinməyən bir etnosun təmsilçisi. Və Rusiyanın nüfuzlu bir qəzeti də onun bu sayıqlamalarını məmnuniyyətlə tirajlayır. Daha doğrusu, Rusiya maraqları naminə erməni separatizmini təbliğ edir.
Azərbaycana bu yolla təzyiq edəcəklərini düşünürlər. Bununla bir daha rəy yaratmaq istəyirlər ki, guya Qarabağın (sahibinin adı üstündə ola-ola!) Azərbaycan türklərinə heç bir dəxli yoxdur və Bakı guya bir ovuc Qarabağ ermənisinə status verməsə, az qala dünya dağılacaq, 3-cü dünya müharibəsi başlayacaq. Əsas hədəf isə sözsüz ki, ermənilər deyil, anklavı bundan sonra da Azərbaycanın nəzarətindən kənar bölgə kimi saxlamaqdır - təbii ki, Rusiyanın hərbi mövcudluğu ilə birgə.
Rəsmi Bakı, nəhayət, bu hoqqalara, Moskvanın “Vardanyan layihəsi”nə reaksiya verəcəkmi?


Aydın Mirzəzadə 
Milli Məclisin deputatı Aydın Mirzəzadə burada bir məsələyə çox təəssüflənir: “Vardanyan danışmır, onu danışdırırlar. Vardanyan variantı gözlənilən idi. Ermənistan və xaricdəki erməni lobbisi, diaspor dairələri Azərbaycana qarşı hər zaman hansısa bir hiyləgər plan işlətməyə çalışırlar. 30 illik işğala son qoyuldu. Vətən müharibəsində məğlub oldular. Beynəlxalq birlikdə Azərbaycanın haqq işi müdafiə edilir və Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyan sənədə qol çəkməyə məcbur qalıb. Bununla belə təxribatlardan əl çəkilmir. Vardanyan planı bu təxribatın növbəti bir mərhələsidir. Nəinki Xankəndinin, heç Ermənistanın yolunu tanımayan, bütün varidatını Rusiyanın hesabına qazanan siyasətdən uzaq bir erməni sahibkarı bu gün məqsədli sürətdə Xankəndinə gətirib, onu bir fiqur etməyə çalışırlar. Eyni zamanda, onun üçün xarici mətbuatda, ilk növbədə, rus mətbuatında özünün çirkin fikirlərini bildirmək üçün şərait yaradırlar.
Aydın məsələdir ki, Rusiyada ermənilərin təsiri altında olan mətbuat var. Əlbəttə, təəssüfləndiricidir ki, türk əsilli Əlişir Osmanovun sahibi olduğu qəzetdə ermənilərin fitnəkarlıqlarına bu cür yer açılır. Digər tərəfdən isə, onun dedikləri həm beynəlxalq hüquqa, həm də dövlətlərarası münasibətlərə zidd olan fikirlərdir. Bunu kiminsə cəfəngiyatı, sayıqlamaları kimi qəbul etmək olar. Tarixi saxtalaşdıran fikirlər söyləmək, bu gün ərazi bütövlüyümüzü şübhə altına almaq ilk dəfə deyil ki, ermənilər tərəfindən həyata keçirilir. Xarici alimlərin belə bir oturuşmuş fikirləri var: “Erməni xalqı öz tarixinə görə tarixçilərinə borcludur”. Yəni onlar uydurduqları, əfsanə halına gətirdikləri ilə tarixlərini yazıblar.
Vardanyanın rus sülhməramlılarının nəzarəti altında olan ərazidə hansısa bir postda gətirilməsi mövcud vəziyyəti qətiyyən dəyişməyəcək. Rusiya sülhməramlıları konkret olaraq, oraya müəyyən bir müddətə gəliblər. Azərbaycanın tam hüququ var ki, zamanı çatanda həmin sülhməramlıların ərazilərimizdən çıxmasını tələb etsin. Həmin ərazidə təxminən 25 min erməni yaşayır. Orada yaşayanlar belə oranı tərk etməyə məcburdurlar. Azərbaycan oradakı əhali üçün digər vətəndaşları kimi bərabər hüquq və təhlükəsizlik vəd edir. İstəyən kəs Azərbaycan vətəndaşlığını qəbul edəcək, istəməyən isə köçüb gedəcək. Bu onun öz hüququdur. Vardanyan kimilərinin Xankəndinə səfəri, özləri üçün gurultulu bir vəzifə seçməsi situasiyanı qətiyyən dəyişməyəcək.
44 günlük Vətən müharibəmiz Azərbaycanın hüquqlarını təsdiq etdi, beynəlxalq aləmdə Azərbaycanın nüfuzunu artırdı. Azərbaycanın ərazi bütövlüyü bir daha dünya tərəfindən, o cümlədən, işğalçı Ermənistan tərəfindən tanınmasına nail olundu. Azərbaycan öz hüquqlarını kimin nə deməsindən, öz vizit kartına saxta vəzifə yazdırmasından asılı olmayaraq sona qədər müdafiə edəcək. Azərbaycan öz ərazisinin sahibidir. Bunu etmək üçün xalqımızın iradəsi, qətiyyəti, dövlətinin gücü və Azərbaycanın maraqlarını ən yüksək səviyyədə həyata keçirən lideri var".

İlyas Hüseynov
Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq İlyas Hüseynov bu cür ucuz oyunlara son qoyulmasının vacibliyinə toxundu: “Rusiyanın ”Vardanyan layihəsi" artıq tüstüləməyə başlayır. Eyni zamanda, özbək əsilli rusiyalı milyarder Alişir Usmanovun sahibi olduğu “Kommersant” qəzetində Ruben Vardanyan müsahibə verirsə, Kremlin burada vasitəçi olmasına heç bir şübhə yeri qalmır. Bir müddət öncə Ruben Vardanyanın qondarma vəzifəsini daşıyan Artak Beqlaryan da RİA Novostiyə müsahibə verdikdən sonra Rusiyanın populyar xəbər portalının ölkəmizə girişini bağladıq. Ardınca Rusiya ilə Azərbaycan arasında informasiya siyasəti sahəsində ikitərəfli hüquqi sənəd imzalandı. Düşündük ki, bir daha bu cür təxribatlar baş verməyəcək. Lakin çox keçməmiş separatçıların “xarici işlər naziri” David Babayan milyonçu jurnalist Vladimir Solovyovun “Solovyev LIVE” proqramında müsahibə verdi. Solovyov Azərbaycanın ərazi bütövlüyünə qarşı buraxdığı səhvə görə üzr istəsə də nəticə dəyişməz olaraq qaldı.
Oktyabrın 31-də keçirilmiş Soçi görüşü öncəsi də Rusiya KİV-lərinin qərəz dozasını Kremldə qaldırmışdılar. Bu gün artıq Ruben Vardanyana “Kommersant”da tribuna verilir və o da “5 min illik erməni xalqının” tarixindən ağzına gələni danışır. Mənə elə gəlir ki, informasiya müstəvisində bu cür ucuz oyunlara son qoyulmalıdır. Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlılarının Qarabağ iqtisadi zonasında missiyasının bitəcəyi dövrə yaxın bu cür təzyiqlərin çoxalacağını istisna etmirəm. Lakin həmin dövrə tam hazırlıqlı olmalıyıq"












Tarix: 6-11-2022, 14:11 Oxunub: 102


Bölməyə aid digər xəbərlər