12:01 / 01-06-2026
Dua Lipa ərə getdi
Ucarda 46 yaşlı kişini maşın vurub öldürdü - Sürücü ərazidən qaçdı

ucarda-46-yasli-kisini-masin-vurub-oldurdu 
Ucarda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
  hadisə Bakı-Qazax əsas magistral yolunun rayonun Qaradağlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, 46 yaşlı kənd sakini Səmədov Seymur Vaqif oğlu yolu keçmək istəyərkən onu avtomobil vurub. Ağır bədən xəsarəti alan piyada elə hadisə yerindəcə dünyasını dəyişib.

 Hadisə yerinə DYP-nin əməkdaşları cəlb olunub. Hadisənin baş vermə səbəbləri araşdırılır.
Qeyd edək ki hadisəni törədən avtomobilin sürücüsü qəza yerindən qaçıb. Hazırda hüquq mühafizə orqanı əməkdaşları tərəfindən avtomobilin tapılması istiqamətində zəruri işlər həyata keçirilir.
Yunis Quliyev

 




Tarix: 19-05-2026, 10:36 Oxunub: 22


Bölməyə aid digər xəbərlər