12:01 / 01-06-2026
Dua Lipa ərə getdi
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı - Foto


tbiliside-azerbaycanli-qizin-meyiti-tapildi 

Gürcüstanın paytaxtı Tbilisi şəhərində azərbaycanlı qızın meyiti tapılıb.
“Yeniazərbaycanhəyatı” yerli mediaya istinadən xəbər verir ki, Marneuli rayon sakini 24 yaşlı Aysun Quliyevanın meyiti kirayə yaşadığı evdə aşkar olunub.
Bildirilib ki, aprelin 18-i ailə üzvləri Tbilisidə Aysunla birgə olublar. Onlar yaşadıqları rayona qayıtdıqdan sonra gənc qızın rəfiqəsi Aysunun yaşadığı evin qapısının bağlı olduğunu, onunla əlaqə saxlaya bilmədiyini deyib. Qapı açıldıqdan sonra A.Quliyevanın meyiti aşkar edilib.
Onun həyatına qəsd etməsi ehtimal olunur.

Tarix: 20-04-2026, 09:29 Oxunub: 9


Bölməyə aid digər xəbərlər