12:01 / 01-06-2026
Dua Lipa ərə getdi
Maşını ağaca çırpan sürücü belə xilas edildi - Video


masini-agaca-cirpan-surucu-bele-xilas-edildi

Xaçmaz rayonunun Ağyazı Buduq kəndi ərazisində yol-nəqliyyat qəzası nəticəsində vətəndaş avtomobildə sıxılı vəziyyətdə qalıb.  
“Yeniazərbaycanhəyatı” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub.
Məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Şimal Regional Mərkəzinin xilasediciləri cəlb edilib.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Kia” markalı minik avtomobilinin idarəetməni itirərək yol kənarındakı ağaca çırpılması nəticəsində yol-nəqliyyat hadisəsi baş verib və sürücü deformasiyaya uğramış avtomobildə sıxılı vəziyyətdə qalıb.
Xilasedicilər xüsusi vasitələrin köməyi ilə avtomobildə sıxılı vəziyyətdə qalan sürücü, 1999-cu il təvəllüdlü Əlmərdanov Elvin Məzahir oğlunu xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

 

Tarix: 18-08-2025, 09:57 Oxunub: 43


Bölməyə aid digər xəbərlər