09:45 / 21-11-2024
Bu yollarda sıxlıq var
15:13 / 20-11-2024
Neçə məktəb təmir edilib?
Yalan məlumat verib dövlət qurumlarını hərəkətə keçirdi - Yenilənib - Video


yalan-melumat-verib-dovlet-qurumlarini-herekete-kecirdi 
Dünən axşam saatlarında Xaçmaz rayonunda ağır yol qəzasının baş verməsi barədə yalan məlumat yayılıb.
  polisə, FHN-ə və təcili tibbi yardıma müraciət edən şəxs Hacıhüseynli kəndi ərazisində avtomobilin yük maşınına çırpılması barədə məlumat verib. Qəza səbəbindən xəsarət alan şəxslərin olduğunu bildirərək kömək istəyib. Qısa vaxt sonra deyilən əraziyə operativ qruplar cəlb edilib. Lakin ərazidə aparılan müşahidələr və yoxlamalar zamanı hər hansı qəzanın baş verməməsi, daxil olan məlumatın həqiqəti əks etdirməməsi məlum olub.
Dövlət qurumlarına yalan məlumat verən şəxsin kimliyinin müəyyənləşdirilməsi və məsuliyyətə cəlb edilməsi istiqamətində iş aparılır.

***
DİN Mətbuat xidmətinin Quba regional qrupunun baş inspektoru, polis baş leytenantı Xəyal Talıbov sorğumuza cavab olaraq bildirib ki, həmin şəxs məsuliyyətə cəlb edilib:
“Polisə zəng edərək yalan məlumat verən şəxs Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb. C.Əliyevin barəsində İnzibati Xətlar Məcəlləsinin 564-cü (bilə-bilə yalandan yanğından mühafizə və polis orqanlarını, təcili yardım və ya digər ixtisaslaşdırılmış xidmətləri çağırmağa görə) maddəsinə uyğun olaraq qanunamüvafiq tədbir görülüb”.



 Bizi Telegramda izləyin 

Tarix: 3-01-2024, 15:59 Oxunub: 23


Bölməyə aid digər xəbərlər