12:01 / 01-06-2026
Dua Lipa ərə getdi
Sumqayıt idmaçısı dünya çempionu oldu-FOTO



 
26-28 fevral tarixlərində Türkiyənin İstanbul şəhərində keçirilən Beynəlxalq Döyüş Sənətləri Federasiyasının Dünya Çempionatı başa çatıb.
Sumqayit.tv-yə verilən məlumata görə, nüfuzlu turnirdə 35 ölkənin idmançıları iştirak edib.
Yarışda Sumqayıtı təmsil edən idmançılar uğurlu çıxışları ilə seçiliblər. Onlardan Quliyev Sərhəd 70 kq çəki dərəcəsində dünya çempionatının kəmərinə sahib olub və fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Digər sumqayıtlı döyüşçülər də yüksək nəticə göstəriblər – 55 kq çəkidə Məmmədov Arif gümüş, 65 kq çəkidə isə Abdullazadə Nicat isə bürünc medal qazanıb.
Qeyd edək ki, həm Arif Məmmədov, həm də Nicat Abdullazadə dünya çempionu olan Quliyev Sərhədin tələbələridir.

 

 

  

Tarix: 9-03-2025, 10:25 Oxunub: 115


Bölməyə aid digər xəbərlər