AD GÜNÜNÜZ MÜBARƏK!![]()
Bu gün hüquqşünas-şair, Turan xalq şairi, Azərbaycan Yazıçılar Birliyi, Azərbaycan Jurnalistlər Birliyi və Turan Yazarlar Birliyinin üzvü, 9 kitab müəllifi, şeirləri dillər əzbəri olan və bir çox şeirinə mahnı bəstələnən Ədalət İzzət oğlu Qafarovun (Əroğlu) doğum günü və yubileyidir. Bu münasibətlə şairi ürəkdən təbrik edir, ona uzun ömür, can sağlığı arzulayırıq.
Ədalət Əroğlunun şeirləri dünyanın bir çox dillərinə, o cümlədən 5 qitədə tərcümə olunmuş, bir çox ölkələrin elmi- publisist jurnallarında, internet portallarında, antalogiya və almanaxlarda müxtəlif dillərə tərcümə olunaraq oxucuların ixtiyarına verilmişdir. Bir çox beynəlxalq ölkələrin sertifikatlarına və diplomlarına layiq görülmüşdür.
Bir daha şairi yubileyi münasibəti ilə ürəkdən təbrik edir, yeni-yeni uğurlar arzulayırıq.
Mahir Hümbətov,
Yeni Azərbaycan Həyatı informasiya portalının rəhbəri
Bölməyə aid digər xəbərlər
















