12:01 / 01-06-2026
Dua Lipa ərə getdi
ETSN Lüdviqshafen parkındakı sementlənmiş şam ağaclarını nəzarətə almaqla potensial işbazların arzusunu gözündə qoydu - VİDEO



 
Sumqayıt şəhərindəki Lüdviqshafen parkında əkilən şam ağacların dibinin sementlənməsi ilə bağlı bir müddət əvvəl yayılan video sosial şəbəkələrdə ciddi rezonans doğurmuşdu. Sakinlər iddia edirdilər ki, sementlənmiş ağacların məqsədli şəkildə quruması və daha sonra işbazlar tərəfindən kəsilməsi mümkündür.
redaksiyamıza həmin ərazidən daxil olan yeni videodan görünür ki, dibləri sementlənmiş ağacların hamısının üzərinə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) rəsmi nişanəsi vurulub.
Bu, o deməkdir ki, ETSN yayılan videodan sonra dərhal məsələyə müdaxilə edib və ağacları nəzarət altına alıb, potensial qanunsuz kəsilmə hallarının qarşısını alıb.


Ağaca vurulan rəsmi nişan əsasən üç məqsəd daşıyır:


Qanuni statusu göstərmək – ağacların mühafizə altında olduğunu, qanunsuz kəsilməyə icazə olmadığını bildirir.
Nəzarəti gücləndirmək – vətəndaşlar və aidiyyəti qurumlar üçün ağacın baxım altında olduğunu açıq şəkildə göstərir.
Qeyri-qanuni müdaxilələrin qarşısını almaq – potensial işbazları xəbərdar edir ki, ağac ETSN-in nəzarətindədir və kəsilməsinə icazə yoxdur.

Tarix: 21-11-2025, 12:50 Oxunub: 746


Bölməyə aid digər xəbərlər
11-11-2024, 11:47 Sumqayıt-75
28-10-2024, 14:13 Sumqayıt-75