12:01 / 01-06-2026
Dua Lipa ərə getdi
ANAMA Hadrutda mobil baza yaradacaq


  ANAMA Hadrutda mobil baza yaradacaq
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Xocavənd rayonunun Hadrut qəsəbəsində mobil bazası yaradılacaq.Yeniazərbaycanhəyatı.com-un məlumatına görə, eyni zamanda mövcud bazaların genişləndirilməsi işləri aparılacaq.Belə ki, ANAMA artıq bununla bağlı müvafiq işləri yekunlaşdırıb.Agentlik sözügedən işlərin icrasını "Şəmkir Tikinti-18" Açıq Səhmdar Cəmiyyətinə (ASC) həvalə edib və müqavilə bağlayıb. Müqaviləyə əsasən, ASC-yə 1,9 milyon manat ödənilib.Qeyd edək ki, işlərin həvalə olunduğu "Şəmkir Tikinti-18" 2011-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 64 458 manat olan ASC-nin qanuni təmsilçisi Abdullayev Vaqif Çingiz oğludur.

Tarix: 8-10-2025, 11:52 Oxunub: 16


Bölməyə aid digər xəbərlər
1-06-2021, 18:57 Bu da Sumqayıt Bulvarı