12:01 / 01-06-2026
Dua Lipa ərə getdi
SOSİAL PEDAQOQ NƏYİ BİLMƏLİDİR?



Müsahibim Şirinova Aidə Saleh qızıdır. Aidə xanım Füzuli rayon 7 №-li tam orta məktəbin sosial pedaqoqudur. Aidə xanım Füzuli rayonu Qarakollu kəndində anadan olub. Məlum hadisələrdən sonra Sumqayıt şəhərində məskunlaşıb. Ali təhsillidir, hazırda sosial pedaqoq kimi fəaliyyət göstərir. Onunla işi barədə söhbət edirik. Aidə xanımın dediklərindən:
-Sosial pedaqoq təhsilalanların rifahını təmin etmək, onların sosial və psixoloji ehtiyaclarını ödəmək üçün məktəb və ailə arasında körpü rolunu oynayan şəxsdir. Müasir təhsil sistemində sosial pedaqoqun fəaliyyəti yalnız uşaqların təlim-tərbiyəsi ilə məhdudlaşmır, eyni zamanda onların hüquqlarının müdafiəsi, sosial problemlərinin həlli və cəmiyyətə inteqrasiyası istiqamətində geniş spektrli vəzifələri əhatə edir.
Sosial pedaqoq aşağıdakıları bilməlidir:
- “Təhsil haqqında”, “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında”, “Uşaq hüquqları haqqında”, “Sosial xidmət haqqında”, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının qanunlarını; 
- əmək və ailə qanunvericiliyini, Birləşmiş Millətlər Təşkilatının Uşaq hüquqları haqqında Konvensiyanı; 
- ümumi və sosial pedaqogikanı, yaş və uşaq psixologiyasını; 
- sosial gigiyenanın əsaslarını; sosial-pedaqoji və diaqnostik metodikaları; 
- əməyin mühafizəsi, təhlükəsizlik texnikası, sanitar-gigiyena və yanğından mühafizə norma və qaydalarını.
Sosial pedaqoqun fəaliyyəti uşaqların sosial mühitdə müsbət dəyişikliklər yaratmaq, mənəvi dəyərləri təşviq etmək və psixoloji rahatlıq təmin etməyə yönəlmişdir. Buna görə də sosial pedaqoqların geniş bilik və bacarıqlara sahib olması, habelə insanpərvərlik və məsuliyyət kimi dəyərlərlə fəaliyyət göstərməsi lazımdır.


Tarix: 6-08-2025, 11:43 Oxunub: 61


Bölməyə aid digər xəbərlər
1-06-2024, 11:01 Dünyanı uşaqlara verək!