12:01 / 01-06-2026
Dua Lipa ərə getdi
Sumqayıtda “Sumqayıtın inciləri” adlı satış yarmarkası keçiriləcək



 
İyun ayının 28-i və 29-u tarixlərində Sumqayıt şəhərinin Nəsimi parkında “Sumqayıtın inciləri” adlı həftəsonu satış yarmarkası təşkil olunacaq.
 yarmarka səhər saat 09:00-dan axşam 21:00-a qədər davam edəcək.
Tədbirdə yerli sənətkarların əl işləri, hədiyyəlik əşyalar, əl istehsalı aksessuarlar və digər sənət nümunələri satışa çıxarılacaq.
Təşkilatçıların məlumatına görə, yarmarkanın əsas məqsədi yerli sənətkarlığı təşviq etmək və şəhər sakinlərinə fərqli və maraqlı məhsullar təqdim etməkdir.
Qeyd edək ki, yarmarkaya giriş ödənişsizdir.


Tarix: 27-06-2025, 12:22 Oxunub: 25


Bölməyə aid digər xəbərlər
1-06-2024, 11:01 Dünyanı uşaqlara verək!