11:28 / 03-06-2026
Ceyhun Bayramov kanadalı həmkarı ilə danışdı
11:27 / 03-06-2026
Hövsanda vətəndaşı zorla maşına mindirib aparmaq istəyiblər? - Foto
11:24 / 03-06-2026
“İçkiyə görə toy yasa döndü” - Video
11:23 / 03-06-2026
Maştağadakı güclü yanğın söndürüldü - Video - Yenilənib
12:53 / 02-06-2026
Sabah güclü külək əsəcək - Xəbərdarlıq
12:48 / 02-06-2026
Türkiyə 4 qolla qələbə qazandı - Video-Yenilənib
12:09 / 01-06-2026
Adil Əliyev haqqında yayılan məlumatlara münasibət bildirdi
12:01 / 01-06-2026
Dua Lipa ərə getdi
11:58 / 01-06-2026
“Zəngəzur dəhlizi mütləq inşa ediləcək”
11:55 / 01-06-2026
Yığmamız Dünya Kubokunda ilk oyununa çıxacaq
11:48 / 01-06-2026
“Xarici borcu əhəmiyyətli dərəcədə azaltmağı bacardıq” - Yenilənib
11:46 / 01-06-2026
Stalinin gizli zirzəmisi açıldı - 40 min şüşə nadir şərab hərraca çıxarılır
11:46 / 31-05-2026
20 il sonra bu gün görüşəcəkdik, ölüm xəbəri gəldi
11:43 / 31-05-2026
Prezident xorvatiyalı həmkarını təbrik etdi
11:42 / 31-05-2026
İlanı vurmaq istəyərkən 5 nəfəri güllələdi - 3-ü uşaqdır
11:41 / 31-05-2026
Goranboyda iki maşın toqquşdu - Yaralılar var
11:40 / 31-05-2026
Bu gecə gözünüz səmada olsun! - Fotolar
11:39 / 31-05-2026
Bir əsrədək tarixi olsa da, yalnız 8 ölkə qazanıb
11:38 / 31-05-2026
Sultan Süleymanı görmüş ağac - 854 yaşı var+Video
11:18 / 30-05-2026
Leyla Əliyeva övladları ilə - Video
11:14 / 30-05-2026
Kim deyər ki, mayın sonudur? - Video
11:10 / 30-05-2026
Dünəndən bəri Bakıda 41 ağac sınıb
16:46 / 29-05-2026
Sinif yoldaşlarımla 40 ildən sonra bir yerdə
14:06 / 26-05-2026
Prezidentə təbriklər gəlməkdə davam edir - Yenilənir
12:09 / 26-05-2026
Tbilisi qatarının ilk sərnişinləri arasında - Cavid Qurbanov da var+Fotolar
12:22 / 23-05-2026
Mayın bütün sosial ödənişləri yekunlaşdırıldı
12:18 / 23-05-2026
Mayın bütün sosial ödənişləri yekunlaşdırıldı
12:16 / 23-05-2026
Bərdədə yeniyetmənin meyiti tapıldı
11:57 / 23-05-2026
XİN Çinə başsağlığı verdi
Sumqayıt təhsili yeni zirvədə: Elnurun medal qazandıran əzmi – Müsahibə
/ Manşet
Sumqayıt təhsili artıq beynəlxalq aləmdə də uğurları ilə diqqət çəkir. Bu uğurların arxasında isə istedadlı və çalışqan şagirdlər dayanır. Burada yetişən gənc zəka sahibləri beynəlxalq arenalarda uğurla çıxış edir, Azərbaycan təhsilinin səviyyəsini yüksək şəkildə nümayiş etdirirlər. Bu istedadlı şagirdlərdən biri də Sumqayıt şəhəri M.Füzuli adına 15 nömrəli tam orta məktəbin 7-ci sinfində təhsil alan Elnur Sadıxovdur.Elnur təkcə dərslərində deyil, eyni zamanda riyaziyyat, məntiq və müxtəlif intellektual yarışlarda da fərqlənən bir şagirddir. O, TIMO, SASMO, Math Challenge, Kopernik, UAMO, STEMCO kimi beynəlxalq olimpiadalarda uğurla iştirak edib, qızıl və gümüş medallara layiq görülüb. Elnurun uğur hekayəsi onun zəhmətinin, ailəsinin və müəllimlərinin dəstəyinin, ən əsası isə özünə olan inamının nəticəsidir.Gəlin, bu gənc istedadın düşüncələri, məqsədləri və uğura aparan yolu ilə yaxından tanış olaq:
– Özünüzü təqdim edin.Mən Sadıxov Elnur İlqar oğlu, 2012-ci il avqustun 7-də anadan olmuşam. Hazırda Sumqayıt şəhər M.Füzuli adına 15 nömrəli tam orta məktəbin 7-ci sinfində təhsil alıram. Araşdırma aparmaq, oxumaq mənim ən sevdiyim məşğuliyyətlərdəndir. Məntiqə və riyaziyyata isə xüsusi marağım var. – Həyatınızda beynəlxalq olimpiadaların rolunu necə qiymətləndirirsiniz?Olimpiadalar mənim həyatımda çox önəmli yer tutur. Anam riyaziyyat müəlliməsidir və daim məni müxtəlif olimpiadalara – Lütfizadə, RFM, beynəlxalq səviyyəli yarışlara – təşviq edirdi. Əvvəllər bu yarışlara qatılmaqdan qorxurdum. Fikirləşirdim ki, uduzsam necə olacaq? Amma anam deyirdi: "Qorxma. Uduzsan nə dəyişir ki? Əsas odur iştirak edəsən, zəif tərəflərini müəyyən edəsən.” O, mənə hər olimpiadadan sonra qalib olsamda, olmasamda ən sevdiyim şeylərlə mükafat verirdi. Bu məni çox həvəsləndirirdi. Zaman keçdikcə artıq qalib gəlmək daha böyük motivasiyaya çevrildi. Mən də özümü Fermat, Kopernik, SASMO, STEM, Kings, Math Challenge, UAMO, TIMO, Brainiacs, STEMCO və s. kimi müxtəlif yarışlarda sınamağa başladım. Bu yarışlarda əldə etdiyim nailiyyətlər, qazandığım sertifikat və medallar mənə ruh yüksəkliyi və özümə inam verir. Artıq imtahanlardan, yarışlardan qorxmuram. Hətta, qalib gəlməsəm belə, bunun utancverici bir şey olmadığını çox yaxşı anlayıram. – Olimpiadaya hazırlıq zamanı nələrə diqqət edirsiniz?Hər olimpiadanın öz formatı və tələbləri olur. Mən də çalışıram ki, həmin tələblərə uyğun hazırlaşım. Dərslərimi də heç vaxt ikinci plana atmıram. Müəllimlərimi çox sevirəm. Xüsusilə coğrafiya, kimya və biologiya fənlərini də maraqla öyrənirəm.Hər gün ən az 4 saat riyaziyyat və məntiq məşğələlərinə vaxt ayırıram. Bu yolda anamın dəstəyi çox böyükdür – həm mənəviyat baxımından, həm də elmi dəstək baxımından. – Bu uğurlarınızla bağlı Təhsil Nazirliyindən dəstək alırsınızmı?Xeyr, Təhsil Nazirliyindən hələlik heç bir dəstək görməmişəm. Amma, mənim üçün əsl dəstək valideynlərimin, xüsusilə anamın, sinif rəhbərimin, məktəb direktorunun və uşaq vaxtı getdiyim bağçadakı müəlliməmin mənə olan inanclarıdır. Hər dəfə məktəbin qapısından girəndə direktorun zarafatla söylədiyi xoş söz belə mənim üçün motivasiyadır. Qohumlarımın "Elnur ağıllıdır, bacaracaq” deməsi mənə daha da çalışmağa güc verir. – Müxtəlif ölkələrin təhsil sistemləri arasında hansını bəyənirsiniz və ölkəmizdə tətbiqini istərdinizmi?Beynəlxalq olimpiadaların formatı və tələbləri əvvəlcədən bəlli olduğu üçün onlara hazırlaşmaq həm rahat, həm də əyləncəlidir. Məsələn, Global Olympic Center-in Math Challenge yarışında mən 96/100 nəticə göstərərək yerli raundda qızıl medal qazandım. Əgər 100/100 olsaydı, Nyu-Yorkda keçiriləcək final raunduna ödənişsiz qatılmaq şansım olacaqdı. Belə yarışların strukturu şəffaf və aydın olduğu üçün onları çox bəyənirəm. – Gələcək planlarınız nədən ibarətdir? Özünüzü harada görürsünüz?Hazırda gələcəklə bağlı konkret planım olmasa da, mühəndislik sahəsi mənə maraqlı gəlir. Düşünürəm ki, istənilən sahədə uğur qazanmaq üçün məcburiyyət deyil, sevgi və maraq olmalıdır. Ailəm və məktəbimdəki mühitdə məni heç nəyə məcbur etmirlər. Bu da mənim ən çox sevdiyim şeydir. İnanıram ki, qarşıda daha böyük uğurlar məni gözləyir. – Sumqayıtda və məktəbinizdə hansı yenilikləri görmək istərdiniz?Sumqayıtda və məktəbimizdə istedadlı şagirdlər çoxdur. Onlara da mənim kimi şərait yaradılsa, daha böyük uğurlar əldə edə bilərlər. Valideynlərimə və mənə inanıb dəstək olan bütün müəllimlərimə təşəkkür edirəm. Onların inamı məni daim daha irəli getməyə sövq edir.- Bizə vaxt ayırdığın üçün təşəkkür edirəm.Sağ olun.
Söhbətləşdi: Elşən Yəhyayev

Bölməyə aid digər xəbərlər

Tarix: 25-06-2025, 10:25 Oxunub: 31
Bölməyə aid digər xəbərlər
3-03-2025, 15:44
UĞURLARIYLA TANINAN TƏHSİL OCAĞIMIZ
25-11-2024, 10:23
75 yaşlı Sumqayıt: Son 10 ildə reallaşan 75 YENİLİK
21-09-2024, 08:17
14 noyabr 2023-cü il tarixdə 29 yaşı qeyd olunan Şəhidimiz Cavid Mirzəyevin həyat hekayəsi...
7-06-2024, 07:51
Sumqayıt: Gözəlliklər şəhəri, möhtəşəm quruculuğun ünvanı
29-05-2024, 09:46
Prezidentlə xanımı xocalılılarla... - Yenilənib
26-05-2024, 09:43
İlham Əliyev əfv Sərəncamı imzaladı
19-05-2024, 11:11
Sumqayıt Heydər Əliyevin arzuladığı şəhərə çevrilib
15-02-2024, 13:24
70-lərin kəsişməsində: 70-ci illərdə başlayan Sumqayıt sevgisi, 70 il və 70 yenilik
17-11-2023, 09:48
“Onun fatihəsini verincə...” - Rövnəq Abdullayev
9-09-2023, 13:25
Hadrutda səngərdə olan zabitdən Ali Baş Komandana təsirli müraciət
20-06-2021, 10:30
SON İLLƏR SUMQAYIT NECƏ İNKİŞAF ETDİ? - FAKTLAR
22-09-2020, 08:55
Daşkəsənin iki böyük metallurgiya müəssisəsi yeni inkişaf dövrünə başlayır - İcra başçısı yazır...
31-08-2020, 19:08
Qulinin ölüm ssenarisi: Onu kim və niyə öldürdü? - Şok faktlar
14-08-2020, 12:29
Sabiq təhsil nazirindən yeni təhsil nazirinin müraciətinə cavab - Məktəb, yoxsa ev?
27-07-2020, 23:21
İlham Əliyev yeni təhsil nazirini qəbul etdi - YENİLƏNİB + FOTO/VİDEO
24-07-2020, 18:07
Rəna xanım Paşayevanın xatirəsinə: “Əlvida, gözəl insan”
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO
20-07-2020, 16:59
Tovuzdakı şiddətli artilleriya döyüşləri: Qaraqaya Azərbaycandadır – REPORTAJ + FOTO
10-07-2020, 18:56
Karyerasını zədə və Olimpiada medalı ilə bitirən boksçunun hekayəsi
9-07-2020, 22:29
Pandemiyadan zərər çəkənlərə bank kreditləri üzrə dövlət zəmanətinin verilməsi QAYDASI