12:01 / 01-06-2026
Dua Lipa ərə getdi
Sumqayıtlı vətən müharibəsi qazisinə yeni vəzifə verildi-FOTO



 
44 günlük Vətən müharibəsinin iştirakçısı, “Cəsur döyüşçü”, “Qubadlının azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilmiş Həsən Yaqubov yeni vəzifəyə təyin olunub.
 O, “Vətən naminə şəhid ailələrinə dəstək” ictimai birliyinin sədri Tunzalə Abduləlimovanın qərarı ilə Sumqayıt, Abşeron və Xızı regional nümayəndəsi vəzifəsinə gətirilib.
Həsən Yaqubov Vətən müharibəsi zamanı Qubadlı uğrunda gedən döyüşlərdə iştirak edib və burada yaralanıb. Daha sonra Şuşa, Daşaltı və Xocavəndin Tuğ kəndində xidmətini davam etdirərək strateji mövqelərin mühafizəsində olub.
Vətən müharibəsi qazisi kimi o, bu gün də vətənpərvərlik ruhunun təbliği və şəhid ailələrinə dəstək istiqamətində fəaliyyətini davam etdirir. Yeni vəzifəsində Həsən Yaqubov Sumqayıt, Abşeron və Xızı bölgələrində şəhid ailələri və qazilərin sosial rifahının yaxşılaşdırılması üçün çalışacaq.
Qeyd edək ki, “Vətən naminə şəhid ailələrinə dəstək” ictimai birliyi uzun illərdir şəhid ailələrinə və qazilərə mənəvi və sosial dəstək göstərən təşkilatlardan biridir.
 

 

 

 

 

 

  

Tarix: 18-03-2025, 12:24 Oxunub: 24


Bölməyə aid digər xəbərlər