09:45 / 21-11-2024
Bu yollarda sıxlıq var
15:13 / 20-11-2024
Neçə məktəb təmir edilib?
Ədalət Əroğlunun “Turan harayı” adlı şeir kitabının təhlili

            
    
Oxuculara Ədalət Əroğlunun “Turan harayı” adlı şeir kitabının öz baxış bucağından etdiyim təhlilini təqdim etmək istəyirəm. Nəzərinizə çatdırım ki, mən tarixçi olduğum üçün istər-istəməz təhlili daha çox tarixi aspektdə aparmışam. Lakin təhlildə digər məsələlərə də yer vermişəm.
Dəyərli şairin “Azərbaycanım” adlı şeirinin 4-cü bəndinin 2-ci beytində Azər­baycanın ən qədim yaşayış məskəni hesab olunan Azıx mağarasının adı çəkilir: 

 Müstəqil dövlətin yanıb arxivi,
Qəhrəmanlar tarixidir tarixin.
Azıx mağarası sirdir tarixin,
Silinməz bir izsən Azərbaycanım.

     Füzulidə, Quruçay vadisində aşkar­lanan qədim tarixi mağara  bu torpaqların ta əzəldən Azərbaycan xalqına məxsus olmasını tapılan arxeoloji materiallarla bir daha sübut edir. Burada tapılan kəllə sümükləri azərbaycanlıların kəllə sümükləri ilə eynilik təşkil edir. Bu da göstərir ki, qədimdə bu ərazilərdə məskunlaşan əhali mənfur düşmənlərimiz deyil, məhz azərbaycanlılar olmuşdur. Şair “İşğal olunub” adlı digər bir şeirində də Azıx mağarasının adını çəkib. Şairin “Azərbaycana” adlı şeirinin 1-ci bəndinin beytində və 2-ci bəndində deyilir:


Vətənim böyükdür, Uludur, Ulu,
Haqqa gedir çalışdığı bu yolu,
Bölünüb Arazla, kəsilib qolu,
Təbrizim ürəkdir,  Azərbaycana.

      Millətim bölünüb param-parçadır.
      Arazla bölünüb, kəsik xalçadır.
      Qarabağ əsirdir, ürək parçadır,
      Əsirlik yaraşmır Azərbaycana.”

     Şeirin bu hissələrində Türkmənçay müqaviləsinə işarə olunur.1828-ci ildə Qacar İranı və Rusiya arasında bağlanmış Türkmənçay müqaviləsi nəticəsində Arazdan şimaldakı torpaqlar Rusiyanın, cənubdakı torpaqlar isə Qacar İranının tərkibinə daxil olmuşdur. Beləliklə vətənimiz 2 yerə bölünmüşdür.Şairinin Türkmənçay müqaviləsinə işarə edən şeirlərindən biri də “Turan harayı” adlı şeiridir. Bu şeirdə şair belə yazır:

      “Arazla bölünüb ara,
       Bu vətən paralıdır.
       Həm o taylı, həm bu taylı
       Bu, vətən harayıdır!”


Şair “Turan ellər var olsun” şeirinini  isə Turan ellərimizə həsr etmişdir.


Salam olsun ellərə, 
Turan deyən dillərə,
Alqışlayan əllərə,
Tanrı Türkə yar olsun.

Xoş arzular ellərə, 
Coşub dönsün sellərə,
Uzanmasın illərə,
Tanrı Türkə yar olsun.

Şairin Cənubi Azərbaycan həsrətini özündə əks etdirən şeirlərindən biri də “Gedim hara?” adlı şeirdir: 

Düşmənimiz kəsir yolu,
Yağır yağış, tökür dolu,
Araz bölür sağı, solu
Dərd əlindən gedim, hara?

Şeirin digər bir parçasında:

    “Təbrizimin başı duman,
      Bakımızın halı yaman
      Ayırıbdır bizi zaman,
      Dərd əlindən gedim, hara?”

     Şairin Təbrizə həsr olunmuş şeirlərin­dən biri də “Qardaşdır Təbriz” adlı şeiridir: 

“Dünya uludursa, elim böyükdür.
Dövlətim, millətim, dilim böyükdür.
Düşməni qərq edən selim, böyükdür
Bakıdan ayrılmaz qardaşdır Təbriz.”

 Ədalət Əroğlunun “Saz havası” adlı şeirində Cənubi Azərbaycanlı şair Şəhriyarın da adını çəkmişdir. Mən Ədalət Əroğlu ilə Şəhriyar arasında şairlikdən savayı bir oxşarlıq da tapdım! Onların hər ikisi bütöv Azərbaycan həsrətini çəkir! (Şəhriyar vəfat etsə də). Şeirdə deyilir:

    “Bir hava çal Şəhriyarım oyansın,
      Diri dağda Araz çayım dayansın,
      O tay, bu tay al-əlvana boyansın,
      Saz havası, dağ havası yan düşüb.”

     Ədalət Əroğlu əsgərlərə ruh yüksəkliyi, döyüş həvəsi yaradacaq şeirlər də yazmışdır. Buna ən böyük nümunə şairin “Alaq o dağı” adlı şeiridir. Unutmayaq ki, bu önəmli faktordur. Hətta 2-ci dünya müharibəsi dövründə də şairlərə və yazıçılara əsgərlərdən ruh yüksəkliyi yaradacaq əsərlər yazmaq haqqında göstəriş verilirdi.     
      Şair “Yaşa Vətən” adlı şeirində böyük tarixi şəxsiyyət Babəkin adını çəkir.  Babək Xürrəmilər hərəkatının rəhbəri olmuş, ərəb istilasına qarşı, vətəninin azadlığı uğurunda sona qədər vuruşmuşdur. Şair həmçinin bu şeirdə ədəbi qəhrəman Koroğlunun da adını çəkir:   

 Ağlama, sızlama biz ərənlərik,          
 Koroğlu, Babəkik, vətəndə nərik,    
Ədalət sözlüyük, vətənpərvərik,    
Qarabağ şeirlə qayıtmaz, qardaş!

Əroğlu 1-ci Qarabağ müharibəsində əsir düşən həmyerlilərimizi də unutmamışdır. O, “Əsirlərə” adlı şeirini 1-ci Qarabağ mühari­bəsində əsir düşən həmyerlilərimizə həsr etmişdir. Şair “Vətən” adlı şeirinin 4-cü bəndində yazır: 

     Namərd əllər uzanmasın yurduma,
     Qüvvət gəlsin millətimə, orduma,
     Gün gələcək çatacağam arzuma,
     Dözə də bilmirəm, yarana, Vətən!

     Şair, axır ki, arzuna çatdın! 
Artıq Qarabağ güclü ordunun, igid əsgərlərin, şəhidlərin, qazilərin sayəsində Azərbay­canındır!      

Son olaraq onu qeyd etmək lazımdır ki, dəyərli, vətənpərvər şair Ədalət Əroğlunun bu şeir kitabındakı bütün şeirlərində Vətən həsrəti, düşmənə nifrət əks olunmuş və aşılanmışdır.Dəyərli vətənpərvər şairimizə yara­dıcı­lıq uğurları arzulayıram. Qoy qələmi­niz həmişə yazar olsun. 



Mehri Təyyarqızı
BDU-nin Tarix fakultəsinin tələbəsi


Tarix: 5-09-2024, 10:21 Oxunub: 277


Bölməyə aid digər xəbərlər