11:28 / 03-06-2026
Ceyhun Bayramov kanadalı həmkarı ilə danışdı
11:27 / 03-06-2026
Hövsanda vətəndaşı zorla maşına mindirib aparmaq istəyiblər? - Foto
11:24 / 03-06-2026
“İçkiyə görə toy yasa döndü” - Video
11:23 / 03-06-2026
Maştağadakı güclü yanğın söndürüldü - Video - Yenilənib
12:53 / 02-06-2026
Sabah güclü külək əsəcək - Xəbərdarlıq
12:48 / 02-06-2026
Türkiyə 4 qolla qələbə qazandı - Video-Yenilənib
12:09 / 01-06-2026
Adil Əliyev haqqında yayılan məlumatlara münasibət bildirdi
12:01 / 01-06-2026
Dua Lipa ərə getdi
11:58 / 01-06-2026
“Zəngəzur dəhlizi mütləq inşa ediləcək”
11:55 / 01-06-2026
Yığmamız Dünya Kubokunda ilk oyununa çıxacaq
11:48 / 01-06-2026
“Xarici borcu əhəmiyyətli dərəcədə azaltmağı bacardıq” - Yenilənib
11:46 / 01-06-2026
Stalinin gizli zirzəmisi açıldı - 40 min şüşə nadir şərab hərraca çıxarılır
11:46 / 31-05-2026
20 il sonra bu gün görüşəcəkdik, ölüm xəbəri gəldi
11:43 / 31-05-2026
Prezident xorvatiyalı həmkarını təbrik etdi
11:42 / 31-05-2026
İlanı vurmaq istəyərkən 5 nəfəri güllələdi - 3-ü uşaqdır
11:41 / 31-05-2026
Goranboyda iki maşın toqquşdu - Yaralılar var
11:40 / 31-05-2026
Bu gecə gözünüz səmada olsun! - Fotolar
11:39 / 31-05-2026
Bir əsrədək tarixi olsa da, yalnız 8 ölkə qazanıb
11:38 / 31-05-2026
Sultan Süleymanı görmüş ağac - 854 yaşı var+Video
11:18 / 30-05-2026
Leyla Əliyeva övladları ilə - Video
11:14 / 30-05-2026
Kim deyər ki, mayın sonudur? - Video
11:10 / 30-05-2026
Dünəndən bəri Bakıda 41 ağac sınıb
16:46 / 29-05-2026
Sinif yoldaşlarımla 40 ildən sonra bir yerdə
14:06 / 26-05-2026
Prezidentə təbriklər gəlməkdə davam edir - Yenilənir
12:09 / 26-05-2026
Tbilisi qatarının ilk sərnişinləri arasında - Cavid Qurbanov da var+Fotolar
12:22 / 23-05-2026
Mayın bütün sosial ödənişləri yekunlaşdırıldı
12:18 / 23-05-2026
Mayın bütün sosial ödənişləri yekunlaşdırıldı
12:16 / 23-05-2026
Bərdədə yeniyetmənin meyiti tapıldı
11:57 / 23-05-2026
XİN Çinə başsağlığı verdi
“Anamın 10 evi olsa da, məni öz tikdiyim evimdən çıxarır”
“Anamın 10 evi var. Buna baxmayaraq, məni öz tikdiyim evdən çıxarır”.
Bu şikayətlə “Qafqazinfo”ya Lökbatan qəsəbə sakini Sadiq Məmmədov müraciət edib.
Vətəndaş bildirib ki, qonşusu, eyni zamanda anası olan Xeyransa İsayeva onun öz evindən çıxmasını 2021-ci ildən istəyir: “Anamın ikimərtəbəli ayrıca evi və onun da həyətində kirayə verdiyi 10 ev var. Həyətlərimizin qapısı ayrı yollara açılır. Anamın evlərinin hamısı sənədlidir, öz adınadır. Mən evimi tikib kirayə vermişdim. 2011-ci ildə evləndim və ailəmlə birgə gəlib öz evimdə yaşadım. Tikdiyim ev qeydiyyata alınsa da, maddi səbəblərə görə sənədləşdirə bilməmişdim. İndi anam evimin sənədinin olmamağından istifadə edir, ailəmlə məni pis vəziyyətə qoyur”.
S.Məmmədov, həmçinin qeyd edib ki, anası onu evdən çıxartmaq üçün məhkəməyə verib və yekun qərar lehinə çıxarılıb: “Birinci və ikinci məhkəmənin qərarı nisbətən xeyrimə olmuşdu. İkiotaqlı ev olsa da, dedilər ki, birgə yaşayın, məcbur olub razılaşdım. Lakin anam ərizə yazıb evimin yarısının ona verilməsinə dair iddia qaldırdı. Məhkəmə onun tələbini qəbul etdi”.
Şikayətçinin sözlərinə görə, bu tələbin qəbul edilməsinə səbəb kimi onun evindən anasının həyətinə düşən 1.20 sm yer olub: “O vaxt ev tikəndə evimdən anamın həyətinə 1.20 sm-lik yer düşüb. Buna görə də yekun qərar o oldu ki, bir otaq, hamam, mətbəx və torpağımın yarısı qarşı tərəfə verilsin”.

Sadiq Məmmədov iddia edir ki, onun hazırda yaşadığı öz evinin ünvanı 9A-dır, lakin məhkəmənin qərarında “8G”, yəni anasına aid olan həyətdə tikilən evlərin ünvanı göstərilib: “Mən öz evim üçün əmlak vergisi, torpaq üçün isə ayrıca vergi ödəyirəm. Kommunallar öz adımadır, bələdiyyə sənədim var. Nə qədər desəm də, bu qərarın mənim evimin ünvanına aidiyyəti yoxdur, ancaq qərar dəyişilməz olaraq qalır”.

Oğlun dediklərinə əsasən, anası X.İsayeva Maştağada 1 nömrəli ruhi əsəb dispanserində qeydiyyatdadır: “Bu qadın ruhi xəstədir, hər gün dərman qəbul edir. Onun xəstə olmasını təsdiqləyən sənədləri də özündədir. Buna baxmayaraq, bütün qərarlar onun xeyrinədir. Bizi incidir, ailəmi söyür, uşaqlarıma, yoldaşıma şiddət göstərir. İndi də gəlib evimin üstünü sökür. Yağış yağdıqdan sonra evim pis vəziyyətə düşür”.
Tərəflər arasında yaranmış münaqişənin hüquqi tərəflərinin izah edilməsi məqsədilə vəkil Qasım Şalıyevlə əlaqə saxladıq. Hüquqşünas ilk olaraq bələdiyyə sənədinin əhəmiyyətinə aydınlıq gətirib: “Bu sənəd yerli vergi ödəyicisi kodudur və sadəcə bələdiyyə tərəfindən sistemdə qeydiyyata alınır. Yəni əmlakın hüquqiliyini, statusunu müəyyən etmir. Sadəcə bələdiyyə gəldiyi zaman torpağa görə vergi ödənilir. Yəni bu sənəd mülkiyyət və ya başqa bir hüquq verən sənəd deyil”.
Vəkil, həmçinin qeyd edib ki, verilmiş qərar artıq məcburi xarakter daşıyır: “Qətnamə may ayında verilib. Qərar alındığı gündən 30 gün ərzində apellyasiya şikayəti vermək olardı. Çıxarılan qərar artıq qanuni qüvvəsini alıb. Hamımız üçün məcburi olan məhkəmə qətnaməsinə müəyyən edilmiş faktlarla bağlı artıq nəsə demək etik olmaz”.
Qeyd edək ki, Xeyransa İsayevanın 37 yaşlı digər oğlu 13 yaşlı qızla nişanlanıb. Bununla bağlı ötən il “Xəzər xəbər”də sujet yayımlanmışdı. S.Məmmədov bunun da günahının anasında olduğunu iddialarına əlavə edib.
Fidan Etibar

Bölməyə aid digər xəbərlər
“Anamın 10 evi var. Buna baxmayaraq, məni öz tikdiyim evdən çıxarır”.
Bu şikayətlə “Qafqazinfo”ya Lökbatan qəsəbə sakini Sadiq Məmmədov müraciət edib.
Vətəndaş bildirib ki, qonşusu, eyni zamanda anası olan Xeyransa İsayeva onun öz evindən çıxmasını 2021-ci ildən istəyir: “Anamın ikimərtəbəli ayrıca evi və onun da həyətində kirayə verdiyi 10 ev var. Həyətlərimizin qapısı ayrı yollara açılır. Anamın evlərinin hamısı sənədlidir, öz adınadır. Mən evimi tikib kirayə vermişdim. 2011-ci ildə evləndim və ailəmlə birgə gəlib öz evimdə yaşadım. Tikdiyim ev qeydiyyata alınsa da, maddi səbəblərə görə sənədləşdirə bilməmişdim. İndi anam evimin sənədinin olmamağından istifadə edir, ailəmlə məni pis vəziyyətə qoyur”.
S.Məmmədov, həmçinin qeyd edib ki, anası onu evdən çıxartmaq üçün məhkəməyə verib və yekun qərar lehinə çıxarılıb: “Birinci və ikinci məhkəmənin qərarı nisbətən xeyrimə olmuşdu. İkiotaqlı ev olsa da, dedilər ki, birgə yaşayın, məcbur olub razılaşdım. Lakin anam ərizə yazıb evimin yarısının ona verilməsinə dair iddia qaldırdı. Məhkəmə onun tələbini qəbul etdi”.
Şikayətçinin sözlərinə görə, bu tələbin qəbul edilməsinə səbəb kimi onun evindən anasının həyətinə düşən 1.20 sm yer olub: “O vaxt ev tikəndə evimdən anamın həyətinə 1.20 sm-lik yer düşüb. Buna görə də yekun qərar o oldu ki, bir otaq, hamam, mətbəx və torpağımın yarısı qarşı tərəfə verilsin”.


Oğlun dediklərinə əsasən, anası X.İsayeva Maştağada 1 nömrəli ruhi əsəb dispanserində qeydiyyatdadır: “Bu qadın ruhi xəstədir, hər gün dərman qəbul edir. Onun xəstə olmasını təsdiqləyən sənədləri də özündədir. Buna baxmayaraq, bütün qərarlar onun xeyrinədir. Bizi incidir, ailəmi söyür, uşaqlarıma, yoldaşıma şiddət göstərir. İndi də gəlib evimin üstünü sökür. Yağış yağdıqdan sonra evim pis vəziyyətə düşür”.
Tərəflər arasında yaranmış münaqişənin hüquqi tərəflərinin izah edilməsi məqsədilə vəkil Qasım Şalıyevlə əlaqə saxladıq. Hüquqşünas ilk olaraq bələdiyyə sənədinin əhəmiyyətinə aydınlıq gətirib: “Bu sənəd yerli vergi ödəyicisi kodudur və sadəcə bələdiyyə tərəfindən sistemdə qeydiyyata alınır. Yəni əmlakın hüquqiliyini, statusunu müəyyən etmir. Sadəcə bələdiyyə gəldiyi zaman torpağa görə vergi ödənilir. Yəni bu sənəd mülkiyyət və ya başqa bir hüquq verən sənəd deyil”.
Vəkil, həmçinin qeyd edib ki, verilmiş qərar artıq məcburi xarakter daşıyır: “Qətnamə may ayında verilib. Qərar alındığı gündən 30 gün ərzində apellyasiya şikayəti vermək olardı. Çıxarılan qərar artıq qanuni qüvvəsini alıb. Hamımız üçün məcburi olan məhkəmə qətnaməsinə müəyyən edilmiş faktlarla bağlı artıq nəsə demək etik olmaz”.
Qeyd edək ki, Xeyransa İsayevanın 37 yaşlı digər oğlu 13 yaşlı qızla nişanlanıb. Bununla bağlı ötən il “Xəzər xəbər”də sujet yayımlanmışdı. S.Məmmədov bunun da günahının anasında olduğunu iddialarına əlavə edib.
Fidan Etibar

Tarix: 21-08-2024, 17:58 Oxunub: 45
Bölməyə aid digər xəbərlər
29-05-2024, 09:46
Prezidentlə xanımı xocalılılarla... - Yenilənib
27-05-2024, 11:38
Pulsuz qaldığım şəhərdə pendirə 88 manat verdim - Fotolar
15-02-2024, 13:24
70-lərin kəsişməsində: 70-ci illərdə başlayan Sumqayıt sevgisi, 70 il və 70 yenilik
11-10-2023, 07:39
“Mənim bankım yoxdur, oğlumun adınadır” - Ramiz Mehdiyev
9-09-2023, 13:25
Hadrutda səngərdə olan zabitdən Ali Baş Komandana təsirli müraciət
20-06-2021, 10:30
SON İLLƏR SUMQAYIT NECƏ İNKİŞAF ETDİ? - FAKTLAR
9-10-2020, 21:22
Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciət edib
26-09-2020, 11:55
Korrupsioner məmurlara qarşı YENİ DALĞA... - NƏ ZAMAN BAŞLAYIR?
26-09-2020, 11:54
Məhkəmə sisteminin daha bir eybəcərliyi... - GİLEY
24-09-2020, 08:56
Sahil Babayevin işçilərinin DƏFN PULU özbaşınalığı... - NARAZILIQ...
22-09-2020, 15:08
Prezident Administrasiyasını belə heçə sayan “Konstra” MKT-nın qurbanları – Söhbət təkcə “qurban keçisi”ndən getmir
22-09-2020, 08:55
Daşkəsənin iki böyük metallurgiya müəssisəsi yeni inkişaf dövrünə başlayır - İcra başçısı yazır...
14-08-2020, 09:27
Pulu çox alanda tibb bacısına virus keçmirmi?!
27-07-2020, 23:21
İlham Əliyev yeni təhsil nazirini qəbul etdi - YENİLƏNİB + FOTO/VİDEO
24-07-2020, 18:07
Rəna xanım Paşayevanın xatirəsinə: “Əlvida, gözəl insan”
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO
12-07-2020, 15:20
Məcburi köçkünlərin dözülməz həyat şəraiti: “Pəncərəsi olmayan yerdə, nəmişlik içərisində yaşayırıq” - VİDEO
11-07-2020, 14:26
COVID-19-dan sağalmış Aytən Cəfərova: “Atam komada olub, anamın 20 gündür temperaturu aşağı düşmür” – MÜSAHİBƏ
10-07-2020, 18:56
Karyerasını zədə və Olimpiada medalı ilə bitirən boksçunun hekayəsi
















