27 iyun 2024-cü il tarixdə Bakı şəhəri Muğam Mərkəzində “Dədə Qorqud” Milli Fondu və “Azərbaycan Dünyası” beynəlxalq dərgisi tərəfindən Pakistan İslam Respublikasının Azərbaycandakı Fövqaladə və Səlahiyyətli səfiri zati-aliləri cənab Bilal Hayenin “Qızıl Ürək” Ordeni ilə təltif edilməsi və “Azərbaycan Dünyası” beynəlxalq dərgisinin Pakistan İslam Respublikasının Milli Gününə həsr olunmuş “Salam Pakistan” adlı xüsusi buraxılışının təqdimat mərasimi keçirildi. Tədbirə dəvət aldığım üçün Azərbaycanın ictimai xadimi, xeyriyyəçi-mesenat, türkoloq və naşir-publisist. “Dədə Qorqud” Milli Fondunun yaradıcısı və Prezidenti “Azərbaycan Dünyası” beynəlxalq jurnalının təsisçisi və baş redaktoru, “Veteranın Səsi” jurnalının baş redaktoru və təsisçisi, Heydər Əliyev adına Azərbaycan-Qazaxıstan Respublika Cəmiyyətinin vitse-prezidenti, Azərbaycan Jurnalistlər Birliyinin üzvü; Dünya Azərbaycanlıları Konqresinin üzvü. Diasporla İş üzrə Dövlət Komitəsinin üzvü Eldar İsmayılova minnətdaram.
Tədbir açıq elan edildikdən sonra Azərbaycan Respublikasının və Qardaş Pakistan İslam Respublikasının dövlət himnləri səsləndirildi və bir dəqiqəlik sükutla Şəhidlərimiz yad edildi.
Tədbirdə Pakistan İslam Respublikasının Azərbaycandakı Fövqaladə və Səlahiyyətli səfiri zati-aliləri cənab Bilal Hayenin və xanımı, Dövlət rəhbərləri, İctimai xadimlər, TV əməkdaşları, jurnalistlər, yazıçıları, rəssamlar və şairləri işirak edirdilər. Tədbirdə çıxış edən Eldar İsmayılov cənabları Pakistan İslam Respublikasının səlahiyyətli səfirinə xoş fikirlərini bildirdikdən sonra ona “Qızıl Ürək” medalını təqdim etdi. Cənab səfir öz növbəsində bu yüksək etimada görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və təşkilatçı cənab Eldar İsmayılova öz dərin minnətdarlığını bildirdi. Tədbirdə iştirak edən qonaqlar çıxış edərək qardaş Pakistan İslam Respublikasının səlahiyyətli səfirini bu gözəl mükafat üçün təbrik etdilər. Sonra Pakistanın və Azərbaycanın Milli rəqsləri nümayiş etdirildi. Tədbirin sonunda qonaqlar Pakistan mətbəxi ilə tanışlıq oldular və Pakistanın milli yeməkləri tədbir iştirakçılarına verildi. Təqdimetmə mərasimi yüksək səviyyədə keçirildi. Təıdbirin sonunda "Oyanan Ruhlar..." adlı şeirlər kitabımı Beynəlxalq Muğam Mərkəzinin kitabxanasında oxucuların oxuması üçün təqdim etdim.
Bu tədbirin gözəl və yüksək səviyyədə keçirilməsi üçün təşkilatçılara uğurlar arzulayıram.
AYB və AJB-nin üzvü, şair
Bölməyə aid digər xəbərlər