09:45 / 21-11-2024
Bu yollarda sıxlıq var
15:13 / 20-11-2024
Neçə məktəb təmir edilib?
“Məşğulluğa Dəstək Layihəsi”nə bu il daha 6 min şəxs cəlb edilərək kiçik biznesləri qurulacaq


Məşğulluğa Dəstək Layihəsi”nə bu il daha 2 min 883 işsiz şəxs cəlb edilib -  AZƏRTAC

 Stv.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Rəsmi saytında verdiyi məlumata görə
Layihəyə ötən il 1033  şəhid ailəsi üzvü və müharibə iştirakçısı da cəlb edilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Dünya Bankının nümayəndələri ilə görüş olub. Ötən dövrdə Dünya Bankı ilə sosial sahədə uğurlu əməkdaşlıq təcrübəsini qeyd edən əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev yeni əməkdaşlıq layihəsi olan “Məşğulluğa Dəstək Layihəsi”nin əhəmiyyətini vurğulayıb.
Nazir bildirib ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq ölkədə aktiv məşğulluq proqramları ildən-ilə genişləndirilir. Ötən il 16232 şəxs özünüməşğulluq proqramına cəlb olunub ki, bu da proqramın icrasına başlanıldığı 2017-ci illə müqayisədə 13,8 dəfə çoxdur. Proqramın fəaliyyət sahələrinin sayı da artaraq 44-ə çatıb.
S.Babayev Nazirlik və Dünya Bankının birgə icra etdiyi “Azərbaycanda məşğulluğa dəstək” layihəsinin özünüməşğulluq proqramının genişləndirilməsi və icra mexanizminin effektivliyinin artırılmasına mühüm dəstək olduğunu deyib.
O, əhalinin həssas qruplarından olan 22 min işsiz şəxsin bu layihə üzrə istehsal və xidmət sahələri üzrə kiçik bizneslərini yaradacağını diqqətə çatdırıb.
Qeyd edib ki, artıq 6 mindən çox işsiz şəxs layihə üzrə biznes təlimlərə cəlb edilib  ki, onların 1033-ü şəhid ailəsi üzvü və müharibə iştirakçısıdır. Layihənin icrasında qadınlara və gənclərə də üstünlük verilir. Layihə üzrə biznes təlimlərə cəlb edilmiş şəxslərin 1771-si qadın, 1806-sı gəncdir.
Bu il isə “Məşğulluğa Dəstək Layihəsi”nə daha 6 min şəxs cəlb edilərək kiçik biznesləri qurulacaq. Layihə iştirakçılarına aktivlərin təqdim edilməsi prosesi davam edir.
Bildirilib ki, Layihə məşğulluq xidmətləri və proqramlarının gücləndirilməsi, xüsusi təlim modullarının hazırlanması və yenilənməsi, əmək bazarının ehtiyaclarının qiymətləndirilməsi üzrə kadr potensialının gücləndirilməsi, işaxtaranlar üçün statistik profilləşdirmə alətlərinin və bacarıqların qiymətləndirilməsi testlərinin hazırlanması və s. istiqamətlərdə də dəstək rolunu oynayır.
Görüşdə Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Sara Maykl, sosial müdafiə üzrə baş mütəxəssisi Mirey Ovadiya, əməliyyatlar üzrə baş mütəxəssis Səidə Bağırlı  və  baş iqtisadçı Sirma Demir Şeker, sosial müdafiə və iş yerləri üzrə praktika meneceri Cem Mete, Dünya Bankının Azərbaycandakı Ofisinin proqramlar üzrə assistenti Səbinə Quliyeva birgə layihələrin icrası işlərindən və gələcək əməkdaşlıq məsələlərindən bəhs ediblər.
“Məşğulluğa Dəstək Layihəsi” üzrə aparılan işlərə və məşğulluq, pensiya, sosial təminat və əlillik sahələrində texniki yardım üzrə gələcək əməkdaşlıq istiqamətlərinin müəyyən edilməsinə dair müzakirələr aparılıb.

Tarix: 31-05-2024, 09:47 Oxunub: 522


Bölməyə aid digər xəbərlər