10:57 / 23-11-2024
COP29 Sədrliyi bəyanat yaydı
09:45 / 21-11-2024
Bu yollarda sıxlıq var
Bizim Azərbaycanla sülh yox, müharibə təcrübəmiz var


Ermənistan və Azərbaycanın dinc yanaşı yaşama təcrübəsi və anlayışı yoxdur.
Yeniazərbaycanhəyatısözləri Ermənistan Baş naziri Nikol Paşinyan mayın 15-də İrəvanda Avropa Yenidənqurma və İnkişaf Bankının illik toplantısı zamanı deyib.
“Müstəqilliyin ilk günlərindən biz qarşıdurma içərisindəyik. Siyasi danışıqlar və dinc prinsiplərlə yanaşı, mühüm ilkin şərt var - dinc yaşamağı öyrənmək və bu, son dərəcə çətin prosesdir. Bunun nə olduğunu, necə göründüyünü biz də, Azərbaycan da bilmirik”, - o vurğulayıb.
O qeyd edib ki, Ermənistan və Azərbaycan üçün bir-biri ilə sülh şəraitində yaşamaq yad bir fenomendir:
“Ermənistanla Azərbaycan arasında dinc həyat üçün alətlərə ehtiyac var. Bu vasitələrdən biri də Ermənistanın təklif etdiyi “Sülh qovşağı” (Dünyanın kəsişməsi) layihəsidir. Mühüm məqam ondan ibarət ola bilər ki, qarşılıqlı hörmət və ərazi bütövlüyünün, yurisdiksiyasının suverenliyinin tanınması əsasında Ermənistan və Azərbaycan bir-biri üçün avtomobil və dəmir yolları, bir-birinin ərazisindən boru kəmərləri, elektrik xətləri və kabellər çəkmək imkanı açsın”.

Tarix: 16-05-2024, 10:09 Oxunub: 129


Bölməyə aid digər xəbərlər
21-04-2021, 09:00 MARAQLIDI