10:37 / 21-11-2024
Sumqayıtlı tanınmış vəkil nitqini itirib - Ailəsi açıqladı
10:35 / 21-11-2024
Keçmiş arvadını Sumqayıtda terləşən şirniyyat mağazalarının birində döyən qısqanc ərə elektron qolbaq taxıldı
10:34 / 21-11-2024
Prezident Sumqayıta onları hakim təyin etdi - Sərəncam
10:29 / 21-11-2024
Zülfü Hacıyevin qızı: "Atamla şəhid olmamışdan iki gün öncə görüşdük. Mənə dedi ki..."-MÜSAHİBƏ
10:25 / 21-11-2024
BKyTYg4eZC9NCzcL8M3hcUmDhCnBJrSScH
10:20 / 21-11-2024
Sumqayıtda dəhşətli qətl: Arvadı uşaqları ilə evi tərk etdi, anasını öldürdü – Şok təfərrüat
10:17 / 21-11-2024
Sumqayıtda dəmir alan şəxs qonşusunu daş parçası ilə vuraraq döydü - QƏRAR
10:15 / 21-11-2024
SDU-da işdən çıxarılan fəlsəfə doktoru məhkəməyə üz tutdu - QALMAQAL
10:14 / 21-11-2024
Sumqayıtın məşhur iş adamına ağır itki üz verib-FOTO
10:12 / 21-11-2024
Sumqayıtdakı lisey direktorunun qardaşı rəhmətə gedib
10:11 / 21-11-2024
Müqayis Verdiyev yenidən məhkəmə qarşısında
09:48 / 21-11-2024
Qənirə Ataşovaya təhdid mesajları yazanlar kimlərdir? - Polis araşdırır
09:45 / 21-11-2024
Bu yollarda sıxlıq var
09:44 / 21-11-2024
Heydər Əliyev Sarayında “Nəsimi” operasının premyerası keçirildi - Fotolar
09:42 / 21-11-2024
53 yaşlı velosipedçini maşın vurub öldürdü
15:13 / 20-11-2024
Neçə məktəb təmir edilib?
15:12 / 20-11-2024
Zaur Mikayılov türkiyəli həmkarı ilə görüşdü
15:10 / 20-11-2024
ABŞ bu raketlərlə Rusiyaya zərbə endirməyə icazə verib
12:46 / 18-11-2024
Hərbi xidmətdən yayınan gənc həbs edildi
10:59 / 18-11-2024
Hərbi xidmətdən yayınan gənc həbs edildi
10:51 / 17-11-2024
Deputat Elnarə Akimova Xəzər Bağları ərazisində seçicilərlə görüşüb
10:49 / 17-11-2024
Azərbaycanın Yeni Zəfər Simvolu: Zəfər Parkı və Muzeyi
10:47 / 17-11-2024
Sumqayıt Məhkəməsinin hakimi təqaüdə göndərilib
10:46 / 17-11-2024
Zakir Fərəcov Oksford Universitetinin professorları ilə görüşdü
10:44 / 17-11-2024
Leyla Əliyeva uşaqları ziyarət etdi - Fotolar
10:42 / 17-11-2024
Fransa COP29-a niyə qatılmadı? - Hikmət Hacıyev açıqladı
10:40 / 17-11-2024
Xalq artistinin oğlu vəfat etdi
10:40 / 17-11-2024
Azərbaycanda Milli Dirçəliş Günüdür
10:38 / 17-11-2024
Pivə qutusu ilə baş məşqçinin başını yardılar - Video
Prezidentin regionlara səfəri - Bölgələrin inkişafına kompleks yanaşma
Azərbaycan ərazi bütövlüyünü təmin etməklə Cənubi Qafqazda əsas söz sahibinə çevrilib, regional və beynəlxalq mövqelərini getdikcə möhkəmləndirib, iqtisadi sahədə ciddi irəliləyişlərə, eyni zamanda, regionların sürətli inkişafına nail olub. Prezident İlham Əliyevin Azərbaycanın bölgələrinə mütəmadi səfərləri regionların sosial-iqtisadi inkişafına təkan verməklə, aparılan işlərlə yerində tanış olmaq baxımından da mühüm əhəmiyyət daşıyır.
Dövlət başçısının özünün də qeyd etdiyi kimi: “Mənim də bölgələrə səfərlərim həm nəzarət üçün bir vasitədir, yəni, verdiyim tapşırıqlar necə yerinə yetirilir, eyni zamanda, növbəti tapşırıqlar, tövsiyələr verilir ki, bizim bəyan etdiyimiz bütün hədəflər - ilk növbədə, insanların rifah halının yaxşılaşdırılması, infrastruktur obyektlərinin yaradılması, o cümlədən sosial infrastrukturla bağlı işlərin aparılması bölgələrdə təmin edilsin. Bir sözlə, Azərbaycan bölgələrinin ümumi inkişafı həm sosial xarakter daşıyır, eyni zamanda, ölkəmizi gücləndirir”.
mövzu ilə əlaqədar redaksiya məqaləsini təqdim edir.
Dövlət başçısı rayonlara hər səfərində yeni obyektlərin açılışlarında və təməlqoyma mərasimlərində iştirak edir, görülən və həyata keçiriləcək işlərlə tanış olur, tapşırıq və tövsiyələrini verir. Bu səfərlərdə dinamika və balans gözlənilir. Belə ki, işğaldan azad olunmuş ərazilərin bərpa və yenidən qurulmasının prioritet elan edilməsinə baxmayaraq, ölkəmizin digər şəhər və rayonlarının inkişafı da diqqətdən kənarda qalmır. Biz bunu son olaraq bu il Prezident İlham Əliyevin Lənkəran, Neftçala, Hacıqabul, Gəncə və Qəbələyə səfəri zamanı da şahidi olduq. Bu səfərlər zamanı açılışı keçirilən və ya təməli qoyulan obyektlərin sayı, həmçinin onların əhəmiyyəti və ölkənin sosial-iqtisadi inkişafında tutduğu yer bölgələrə diqqət və qayğının bariz təzahürüdür.
Dövlət başçısının regionlara səfərləri bölgələrin yüksəlişinin davamlı sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsi olduğunu bir daha təsdiqləyir. Ümumiyyətlə, regionların inkişafı üçün uğurla reallaşdırılan Dövlət proqramları ölkədə qeyri-neft sektorunun davamlı artımına, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasına, yeni iş yerlərinin açılmasına, nəticədə əhalinin məşğulluğunun təmin olunmasına təkan verib.
Prezident İlham Əliyevin təkcə ötəngünkü səfərlərinə nəzər salaq. Dövlətimizin başçısı Hacıqabulda 8 məntəqəni birləşdirən avtomobil yolunun açılışında iştirak etdi, kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə suyun çatdırılması üzrə suvarma qurğuları kompleksi ilə tanış oldu. Sonra Gəncədə Ekoloji Parkın tikintisi ilə tanışlıq oldu, İdman Sarayının açılışını etdi və şəhər stadionunun təməlini qoydu. Qəbələdə isə elektrik yarımstansiyası, Rayon Mərkəzi Xəstəxanası, avtomobil yolu və yeni məktəb binası istifadəyə verildi. Göründüyü kimi, bütün obyektlər sosial və iqtisadi təyinatlı olmaqla, həmin rayonların sakinlərinin sağlam, firavan yaşayışına xidmət edəcək.
Bölgələrin inkişafına kompleks yanaşma
Biz bölgələrin inkişafına kompleks yanaşmanı regionların sosial-iqtisadi inkişafı ilə bağlı Dövlət proqramlarından da görə bilərik. Belə ki, regionların 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı Bakı şəhəri və qəsəbələri, Abşeron, Aran, Dağlıq Şirvan, Gəncə-Qazax, Quba-Xaçmaz, Lənkəran, Naxçıvan, Şəki-Zaqatala, Yuxarı Qarabağ və Kəlbəcər-Laçın iqtisadi rayonlarını əhatə edir ki, bu da öz növbəsində respublikanın heç bir hissəsinin diqqətdən kənarda qalmadığını göstərir.
Son illərin statistikasına diqqət yetirsək görərik ki, Azərbaycan Prezidenti hər il təqribən 15 rayona (işğaldan azad edilmiş ərazilər istisna olmaqla) səfərlər həyata keçirir, açılış və təməlqoyma mərasimlərində iştirak edir, tikinti aparılan və ya aparılacaq obyektlərdə işlər və ya onların planları ilə tanış olur. Ümumiyyətlə, dövlətimizin başçısının bölgələrə səfərlərinin müntəzəm xarakter daşıdığını aşağıdakı rəqəmlərdən də görmək olar.
Bu səfərlər Naxçıvan, Gəncə–Daşkəsən, Qazax–Tovuz, Quba–Xaçmaz, Lənkəran–Astara, Mərkəzi Aran, Mil–Muğan, Şəki–Zaqatala və digər istiqamətlər olmaqla, ölkənin bütün regionlarını əhatə edir. Statistikaya nəzər salsaq görərik ki, 2021-ci ildə 17, 2022-ci ildə 14, 2023-cü ildə 11, bu ilin ötən dövründə isə 5 rayona, ümumilikdə, 47 səfər həyata keçirilib. Onu da qeyd edək ki, Prezident İlham Əliyev işğaldan azad olunan ərazilər də daxil olmaqla, 2021-ci ildən indiyədək bölgələrə 140-a yaxın səfər edib. Bu, Azərbaycan Prezidentinin bölgələrin inkişafına diqqət və qayğısının təzahürü kimi xarakterizə olunur.
Sosial-iqtisadi inkişaf rəqəmlərdə
Respublikamızın bölgələrinin inkişafında regionların inkişafı üzrə Dövlət proqramlarının da xüsusi əhəmiyyəti var. Məhz Azərbaycan Prezidentinin rəhbərliyi ilə həyata keçirilən bu proqramlar nəticəsində ötən 20 ildə mühüm iqtisadi nailiyyətlər qazanılıb. Nəticədə ölkə iqtisadiyyatı 3,4 dəfə, ÜDM nominal ifadədə 22 dəfə artıb. Dövlət büdcəsinin gəlirləri 2023-cü ildə 30 milyard manatdan çox olub. Ölkəmizin strateji valyuta ehtiyatları təxminən 41 dəfə artıb. Əgər 2003-cü ildə adambaşına düşən büdcə xərcləri 150 manatdan az idisə, 2023-cü ildə bu rəqəm 3500 manatdan çox olub. Xarici ticarət dövriyyəsi 10,8 dəfə, o cümlədən ixrac 16,1 dəfə artıb. 2003-cü illə müqayisədə 2022-ci ildə adambaşına düşən ÜDM 3 dəfəyə yaxın çoxalıb. Birbaşa xarici borcun həcmi azalaraq hazırda ümumi daxili məhsulun 9,3 faizini təşkil edir. Azərbaycanın xarici valyuta ehtiyatları son 20 ildə 47 dəfədən çox artaraq 66 milyard ABŞ dollarını keçib və hazırda birbaşa xarici borcumuzu 10 dəfə üstələyir. Son 20 ildə qeyri-neft ixracı 8 dəfədən çox artıb. Bu dövr ərzində respublika üzrə 51 aqropark yaradılıb. Bu rəqəmlər dövlətimizin başçısının rəhbərliyi ilə 20 ildə qazanılan iqtisadi uğurların ümumi mənzərəsini əks etdirir.
Prezident İlham Əliyevin aqrar sahədə sahibkarlığın inkişafının stimullaşdırılması ilə bağlı qəbul etdiyi bir sıra qərarlar, imzaladığı sənədlər nəticəsində bu gün ölkəmizin istehsalı olan məhsullar “Made in Azerbaijan” brendi adı altında Çindən ABŞ-yə qədər dünyanın yüzlərlə dövlətinə ixrac edilir. 2023-cü ildə ixrac olunan kənd təsərrüfatı və emal məhsullarının dəyərinin təqribən 1 milyard ABŞ dollarına çatması bu istiqamətdə həyata keçirilən siyasətin səmərəsidir. Göründüyü kimi, istehsal olunan məhsulların böyük əksəriyyəti kənd təsərrüfatı və emal sənayesinin payına düşür ki, bu da aqrar sahənin və qeyri-neft sektorunun dinamik yüksəlişini nümayiş etdirir.
Təbii ki, regionların sosial-iqtisadi inkişafı istiqamətində həyata keçirilən tədbirlərin əsas məqsədi ölkənin iqtisadi artım tempinin davamlılığının təmin olunması ilə yanaşı, həm də əhalinin sosial rifahının yüksəldilməsidir. Məhz regionlara olan diqqət və qayğının nəticəsidir ki, ötən 20 ildə 3200-dən çox məktəb binası, 750-dən çox tibb müəssisəsi tikilib və ya əsaslı təmir edilib, 40-dan çox olimpiya mərkəzi və yüzlərlə müxtəlif idman qurğuları istifadəyə verilib. Eyni zamanda, yolların tikintisi və yenidən qurulması, su, qaz, elektrik təsərrüfatlarının yenilənməsi və müasirləşdirilməsi, körpülərin salınması, sosialyönümlü obyektlərin yenidən qurulması və əsaslı təmiri prosesi davam edir. Bütün bu və sadalamadığımız digər faktlar bir daha sübut edir ki, ölkəmizin qarşısında işğaldan azad olunan ərazilərin bərpası, oradakı infrastrukturun yaradılması və Böyük Qayıdış proqramının reallaşdırılması kimi mühüm çağırışların dayanmasına baxmayaraq, Azərbaycanda balanslaşdırılmış daxili siyasət kursu həyata keçirilir, heç bir bölgə heç bir sahədə ölkənin ümumi inkişafından kənarda qalmır.
Bölməyə aid digər xəbərlər

Tarix: 11-04-2024, 09:25 Oxunub: 569
Bölməyə aid digər xəbərlər
15-02-2024, 13:24
70-lərin kəsişməsində: 70-ci illərdə başlayan Sumqayıt sevgisi, 70 il və 70 yenilik
14-06-2023, 18:13
Xəzərin sahilində
23-02-2022, 13:16
İlham Əliyev Rusiyanın Baş naziri Mixail Mişustinlə görüşüb - FOTO/VİDEO
20-06-2021, 10:30
SON İLLƏR SUMQAYIT NECƏ İNKİŞAF ETDİ? - FAKTLAR
23-05-2021, 10:30
ASTARA Azərbaycanın cənub mirvarisidir
9-10-2020, 21:22
Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciət edib
22-09-2020, 08:55
Daşkəsənin iki böyük metallurgiya müəssisəsi yeni inkişaf dövrünə başlayır - İcra başçısı yazır...
21-09-2020, 10:14
“Qafqaz savaşı”nda yeni mərhələ - TƏHLİL
14-08-2020, 12:29
Sabiq təhsil nazirindən yeni təhsil nazirinin müraciətinə cavab - Məktəb, yoxsa ev?
14-08-2020, 09:27
Pulu çox alanda tibb bacısına virus keçmirmi?!
27-07-2020, 23:21
İlham Əliyev yeni təhsil nazirini qəbul etdi - YENİLƏNİB + FOTO/VİDEO
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO
20-07-2020, 14:18
Qışa oduncaq tədarükü ilə bağlı ictimai dinləmələr keçiriləcək
13-07-2020, 13:22
İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib - YENİLƏNİB + FOTO/VİDEO
9-07-2020, 22:29
Pandemiyadan zərər çəkənlərə bank kreditləri üzrə dövlət zəmanətinin verilməsi QAYDASI
8-07-2020, 16:18
AzTV mövsümü necə başa vurdu və telekanaldan gözləntilər - SORĞU