365 gün qəzeti 1993-cü ildən işıq üzü görür. Bu illər ərzində onlarla müxbir gəlib və onlarla da müxbiri yola salıb. Elvin Rzayevin bizim qəzetdə işlədiyi elə uzun müddət deyil. Elvin çəkdikləri videoları ilə xalqın problemlərini canlandırmağa çalışır. Eyni zamanda həmin problemlərin həllinə də can atır. Yaşadığı Stansiya Sumqayıt ərazisinin yol gpobıemlərini gündəmə gətirib və bu yolların necə bərbad bir halda olduğunu göstərib. Yolların təmiri üçün ayrılan pulun hara xərcləndiyini də əlaqədar təşkilatlardan öyrənmək istəyir. Müxbir qeyd edir ki, normal yolların asfalt örtükləri qaşınaraq yenidən asfaltlanır. Lakin bərbad olan yolların çala-çuxurları ilə isə maraqlanan yoxdur. İnanırıq ki, bu işlər də öz həllini tapacaq.
Bəli, öz yazıları ilə oxucalrın sevimli müxbirinə çevrilən, eyni zamanda 365 gün qəzetinin müxbiri olan Elvin Rzayev "İZZƏT" MMC-də 6 aylıq keçdiyi kompüter kursunu müvəffəqiyyətlə başa vurdu.
Yolun və uğurların bol olsun...
Bölməyə aid digər xəbərlər