11:28 / 03-06-2026
Ceyhun Bayramov kanadalı həmkarı ilə danışdı
11:27 / 03-06-2026
Hövsanda vətəndaşı zorla maşına mindirib aparmaq istəyiblər? - Foto
11:24 / 03-06-2026
“İçkiyə görə toy yasa döndü” - Video
11:23 / 03-06-2026
Maştağadakı güclü yanğın söndürüldü - Video - Yenilənib
12:53 / 02-06-2026
Sabah güclü külək əsəcək - Xəbərdarlıq
12:48 / 02-06-2026
Türkiyə 4 qolla qələbə qazandı - Video-Yenilənib
12:09 / 01-06-2026
Adil Əliyev haqqında yayılan məlumatlara münasibət bildirdi
12:01 / 01-06-2026
Dua Lipa ərə getdi
11:58 / 01-06-2026
“Zəngəzur dəhlizi mütləq inşa ediləcək”
11:55 / 01-06-2026
Yığmamız Dünya Kubokunda ilk oyununa çıxacaq
11:48 / 01-06-2026
“Xarici borcu əhəmiyyətli dərəcədə azaltmağı bacardıq” - Yenilənib
11:46 / 01-06-2026
Stalinin gizli zirzəmisi açıldı - 40 min şüşə nadir şərab hərraca çıxarılır
11:46 / 31-05-2026
20 il sonra bu gün görüşəcəkdik, ölüm xəbəri gəldi
11:43 / 31-05-2026
Prezident xorvatiyalı həmkarını təbrik etdi
11:42 / 31-05-2026
İlanı vurmaq istəyərkən 5 nəfəri güllələdi - 3-ü uşaqdır
11:41 / 31-05-2026
Goranboyda iki maşın toqquşdu - Yaralılar var
11:40 / 31-05-2026
Bu gecə gözünüz səmada olsun! - Fotolar
11:39 / 31-05-2026
Bir əsrədək tarixi olsa da, yalnız 8 ölkə qazanıb
11:38 / 31-05-2026
Sultan Süleymanı görmüş ağac - 854 yaşı var+Video
11:18 / 30-05-2026
Leyla Əliyeva övladları ilə - Video
11:14 / 30-05-2026
Kim deyər ki, mayın sonudur? - Video
11:10 / 30-05-2026
Dünəndən bəri Bakıda 41 ağac sınıb
16:46 / 29-05-2026
Sinif yoldaşlarımla 40 ildən sonra bir yerdə
14:06 / 26-05-2026
Prezidentə təbriklər gəlməkdə davam edir - Yenilənir
12:09 / 26-05-2026
Tbilisi qatarının ilk sərnişinləri arasında - Cavid Qurbanov da var+Fotolar
12:22 / 23-05-2026
Mayın bütün sosial ödənişləri yekunlaşdırıldı
12:18 / 23-05-2026
Mayın bütün sosial ödənişləri yekunlaşdırıldı
12:16 / 23-05-2026
Bərdədə yeniyetmənin meyiti tapıldı
11:57 / 23-05-2026
XİN Çinə başsağlığı verdi
Hayların növbəti haya gedişi...
5 apreldə Brüsseldə keçirilməsi planlaşdırılan görüşlə bağlı informasiyaları izləyirəm. Söhbət ABŞ, Avropa Birliyi və Ermənistan görüşündən gedir. Ümumiyyətlə bu üçlükdə görüş sizə də qəribə gəlmirmi? İlk ağlagələn, uşaq vaxtı gördüyümüz davalar olur. Rəqibi tərəfindən yaxşıca əzişdirilən uşağı başqa vaxt ona məhəl qoymayan, yaşda və başqa xeyli böyük “kənd lotuları” yanına çağırıb qızışdırardı. O “böyüklərin” verdiyi qazla da həmin o nadinc uşaq yenidən döyüldüyü yerə qayıdardı. Heç nə, növbəti dəfə əzişdirilmək üçün...
Neçə gündür oxuyuram, baxıram və özüm üçün təhlil edirəm. Əsasən də son vaxtlar Rusiyanın əlindəki ipini qırmış və ya belə görünməyə çalışan Ermənistanın kimlər tərəfindən, haralara və niyə aparıldığını bilmək istəyirəm. Dünyadakı bütün mütərəqqi düşüncələr, müharibəyə qarşı olan bütün insanlar indi Qafqazda sülhü gözləyir. Bu müharibədən ən çox ziyan çəkən tərəf olmağımıza baxmayaraq, ən çox da biz sülh istəyirik. Xalq olaraq, millət olaraq, dövlət olaraq! Və hər fürsətdə bunu dilə gətiririk. Onu da yaxşı anlayrıq ki, bu sülhün bizdən daha çox lazım olduğu ölkələr var. Elə məhz buna görə də hər şeyə rəğmən sakitliyimizi, xoş məramımızı qoruyuruq. Düz 32 il bundan öncə soyqırım edilərək toplu məzarlara doldurulan vətəndaşlarımızı o toplu məzarlardan çıxarıb dəfn edərkən belə soyuqqanlılığımızı itirmirik. Belə toplu məzarların hələ çox olacağını bilə-bilə sülh istəyimizdən əl çəkmirik. Faktiki ərazimiz olan, Ermənistanın hələ də işğal altında saxladığı kəndlərimizi də müharibəsiz, qan-qadasız tələb edirik. Deyirik, danışırıq, bəyan edirik. Biz sülh istəyirik.
Bəs onlar nə edir? Zəfər savaşından sonrakı istənilən anti-Azərbaycan, anti-Qafqaz görüşə, yığıncağa, tədbirə qaça-qaça gedirlər. İstənilən ölkənin silah və hərbi sursat təklifinə dərhal “hə” deyirlər. Yerbəyerdən gələn bütün haylara “hay”lıqlarına salıb qatılırlar. Hələ də anlamırlar ki, döyülən uşağı haya gətirib yenidən döyənin qarşısına göndərmək istəyən kənd lotularını təmsil edən həmin o beynəlxalq qurumlar o uşağın ən yaxşı halda yenidən döyüləcəyini hamıdan gözəl bilirlər. Bəs məqsəd nədir? Əlbəttə ki, dava-şava, başıpozuqluq, təfriqə.
Hər şey bir yana, cəmi 8 il əvvələ, Aprel döyüşlərinə qayıdıb o möhtəşəm günlərdən dərs çıxarmaq çoxmu çətindir? Zəfər savaşına gedən yolun məhək daşı sayılan Aprel döyüşlərində illərdir Azərbaycanın müharibəsiz həll çağırışlarını qulaq ardına vuran Ermənistan, qulağının dibinə yağlı bir şillə yemədimi? Yaxşı fikir versələr, o şillənin yeri hələ də qaşınmalıdır axı. Lap da ki, yer həmin yer deyil, il də həmin il deyil, ay ki, həmin aydır. “Aprel” deyiləndə gərək böyüyündən kiçiyinə hər bir erməni bir dəfə yox, iki dəfə düşünə sonra nəsə addım ata. Hələ qaldı ki, başbilənləri.
Yaxşı, ermənilər heç, onlara xeyri yoxdur, bilirik. Bəs Azərbaycanla daim “sıx təmasda olduğunu” bildirən mesajlar verən ABŞ və Avropa Birliyinin məqsədi nədir? Daha doğrusu məqsədlərini yaxşı bilirik e, boyunlarına aldığı nədir?
Görüşün “böyük qardaşı” ABŞ-nin Dövlət Departamentinin rəsmisi Metyu Millerin deyib ki, “Brüssel görüşü Ermənistanın İQTİSADİ MÜQAVİMƏTLİLİYİNİN artırılmasına yönəlib”. Ermənistanın hələ görüşə getməmişdən öncə sərhəddimizə qoşun yığmağından, ayrı-ayrı terrorçu dəstələrin “Azərbaycana aid olan kəndlər qaytarıla bilməz, biz sona qədər döyüşəcəyik” bəyanatlarının tirajlanmasından, ölkə içində çox ciddi “sülhə müxalif” qüvvələrin varlığını göstərmə cəhdlərindən bəllidir, söhbət hansı müqavimətdən gedir. Cənab Miller fizikanı məktəbdə orta səviyyədə oxuyubsa, özü də yaxşı bilər ki, buradakı müqavimət məşhur Om qanunundakı “müqavimət”ə bənzəməz. Fizikada müqavimət artanda gərginlik də, şiddət də azalır. Siyasətdə bu belə deyil. Sizin “qaldırmaq istədiyiniz “ MÜQAVİMƏT bölgədəki GƏRGİNLİYİ də qaldıracaq. Nəticədə ŞİDDƏT də artacaq və bu şiddətdən əziyyət çəkən tərəfin biz olmayacağını son illərin təcrübəsindən ABŞ da, Avropa da yaxşı bilir. Bu belə.
Görüşün “ortancıl qardaşı” Avropa Birliyinin nümayəndəsi Pyotr Stanoyaya müəllim deyib ki, “STABİL ERMƏNİSTAN STABİL CƏNUBİ QAFQAZ” deməkdir. Guya bu ideya ilə bütün Cənubi Qafqazın rifahına yönəldilmiş vahid strategiyanın aparıldığı nümayiş olunur. Ay-hay... Birincisi, Ermənistan Cənubi Qafqazdakı obrazlı ifadə ilə desək “implant dövlətdir”. Onlar bu torpaqların yerlisi deyillər, bu torpaqlardakı dövlətlərinin də heç bir tarixi yoxdur. Cənubi Qafqazda stabillik məsələsi onun boyunu aşan mövzudur. Bütün bunlara baxmayaraq, əgər Qafqazın stabilliyindən yana çalışırsınızsa, zəhmət olmasa, Ermənistanı sülhə məcbur edin və “Zəngəzur dəhlizi”nin açılmasını təmin edin. Ondan sonra eləcə oturun öz ölkənizdə görün nə gözəl stabillik yaranacaq. Yoxsa ki...
Görüşün üçüncü tərəfi, “döyülən uşaq” Ermənistan isə iddia edir ki, “Brüssel formatı üçüncü ölkəyə qarşı çevrilməyib.” Haylar, burada artıq tam gül vurur. “Azərbaycan” yox. Məhz “üçüncü ölkə”. Çünki “üçüncü ölkə” təkcə biz deyilik, bölgədə bu görüşün bizdən daha çox təhdid etdiyi iki böyük ölkə var. Və qərbin bölgəyə “Ermənistandan sızma istəyi” bizdən daha çox İran və Rusiya üçün hansısa planlardan xəbər verir. Bu yerdə adam düşünür ki, əslində bir tərəfədən yaxşı olur. Bəlkə İran axır ki, ağız-ağıza öpüşdüyü, dəstək verdiyi hay qardaşlarının “ipinin üstünə odun yığılmayacağını” anlayar. Ermənilərin “ipi ilə quyuya enməyin” mümkünsüzlüyünü, konkret olaraq Ermənistanın “ipiqırıq” olduğunu görər. Beləcə, Rusiya da başının qarışıqlığından istifadə edib əlindəki ipini qıran Ermənistanın hansı qapılarda və nələr peşində olduğunu əyani sürətdə görmüş olur. Başqa vaxt biz deyəndə inanmırdılar, ya da inanmaq istəmirdilər...
Qərbə yaxşı bir məsləhətim var. Avropa Birliyi və Amerika doğrudan da Qafqazda stabillik istəyirsə, ermənilərin hamısını birdən görüşə çağırsın və geriyə göndərməsinlər. Stabil Qafqaz üçün ən yaxşı formul budur!
Nəysə ki, haylar yenə gedirlər. Haya gedirlər, küyə gedirlər, axır ki, gedirlər. Amma yaxşı bilirlər ki, hara getsələr də, dönüb-dolanıb gələcəkləri yer bəllidir. Onsuz da kimsə onlara yiyə duran deyil. Hər dəfə gedib qayıdanda isə, qarşılarında daha güclü, daha iradəli bir Azərbaycan görəcəklər. Məhz həmin güclü və qüdrətli Azərbaycan dövləti Cənubi Qafqazda stabilliyin də, iqtisadi müqavimətin də, lap elə “üçüncü dövlətə təhlükə olmamasının” da qarantıdır!
Brüssellərə gərək yoxdur, biz burdayıq.
Bölməyə aid digər xəbərlər

Tarix: 4-04-2024, 12:00 Oxunub: 99
Bölməyə aid digər xəbərlər
15-02-2024, 13:24
70-lərin kəsişməsində: 70-ci illərdə başlayan Sumqayıt sevgisi, 70 il və 70 yenilik
17-11-2023, 09:48
“Onun fatihəsini verincə...” - Rövnəq Abdullayev
20-06-2021, 10:30
SON İLLƏR SUMQAYIT NECƏ İNKİŞAF ETDİ? - FAKTLAR
29-05-2021, 20:00
Allah rəhmət eyləsin
9-10-2020, 21:22
Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciət edib
23-09-2020, 12:38
İlham Əliyevin BMT kürsüsündən savaş xəbərdarlığı - TƏHLİL
21-09-2020, 10:14
“Qafqaz savaşı”nda yeni mərhələ - TƏHLİL
31-08-2020, 19:08
Qulinin ölüm ssenarisi: Onu kim və niyə öldürdü? - Şok faktlar
14-08-2020, 09:27
Pulu çox alanda tibb bacısına virus keçmirmi?!
27-07-2020, 23:21
İlham Əliyev yeni təhsil nazirini qəbul etdi - YENİLƏNİB + FOTO/VİDEO
26-07-2020, 17:01
Çörəyi şərəfini satmaqla əldə edənlər
24-07-2020, 18:07
Rəna xanım Paşayevanın xatirəsinə: “Əlvida, gözəl insan”
24-07-2020, 17:57
Son hadisələrdə saxta “məzlum erməni” obrazı necə məhv oldu? - TƏHLİL
24-07-2020, 13:10
Din xadimlərindən beynəlxalq təşkilatlara ÇAĞIRIŞ
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO
19-07-2020, 18:01
İdman jurnalistikası: Keçmişi, indiki problemləri və ümidli gələcəyi
10-07-2020, 18:56
Karyerasını zədə və Olimpiada medalı ilə bitirən boksçunun hekayəsi
8-07-2020, 16:18
AzTV mövsümü necə başa vurdu və telekanaldan gözləntilər - SORĞU