11:29 / 01-02-2025
Sumqayıtda azyaşlı övladını dənizdə boğaraq öldürən Türkiyə vətəndaşı ilə bağlı QƏRAR
11:28 / 01-02-2025
Ayla qəzaya düşdü, vəziyyəti ağırdır – Sumqayıtdakı xəstəxanadan özəl xəstəxanaya köçürülüb
11:07 / 01-02-2025
12 kiloqram narkotiklə saxlanıldı - Video
11:05 / 01-02-2025
Tuba, Hande, Afra eyni mərasimdə... - Fotolar
11:03 / 01-02-2025
“Gecə saat 2-də texnikanı qaldırıb binanın başına qoydular”
11:02 / 01-02-2025
Leysan Məmmədova yeni vəzifə verildi
11:01 / 01-02-2025
“Yoldaşı ilə gəlini həyətdə imiş, evdə kim var idi, ölüb” - Video
11:00 / 01-02-2025
Prezidentin mükafatlandırdığı gənclər kimlərdir? - Fotolar
10:58 / 01-02-2025
“Nəvəmin ölümünü görsəm, ürəyim partlayar” deyirdi...” - Video
13:06 / 31-01-2025
Sumqayıt bələdiyyəsinə bu şəxslər üzv seçildi-Siyahı
13:05 / 31-01-2025
Azərbaycanlı milyarder 20 milyon verib azadlığa çıxdı
13:04 / 31-01-2025
Sumqayıt polisi Azərbaycanın Yunanıstandakı səfirin keçmiş birinci katibi saxladı
13:03 / 31-01-2025
15 yaşlı nəvəsinin öldüyü gün intihar etdi - Foto
11:24 / 26-01-2025
Sumqayıtda ən yaşlı seçicinin 102 yaşı var
11:23 / 26-01-2025
Sumqayıt Tibb Mərkəzində ötən il 1 milyon 488 min müraciət qeydə alınıb
11:21 / 26-01-2025
Sumqayıtda 2 nəfərin öldüyü qəzanın anbaan GÖRÜNTÜLƏRİ
11:19 / 26-01-2025
Bakı-Sumqayıt qatarından istifadə edənlərin NƏZƏRİNƏ – 29 yanvarda…
10:26 / 26-01-2025
“Məni həbs etsələr, ömürlük verməlidirlər”
10:23 / 26-01-2025
1 milyonluq dələduzluqdan bəraət almışdı - 10 illik həbs edildi
10:16 / 20-01-2025
Sumqayıtlı gənc yüksək vəzifəyə TƏYİN OLUNDU
10:14 / 20-01-2025
Bələdiyyə seçkilərində Sumqayıtda təşviqat üçün ayrılmış yerlərin SİYAHISI AÇIQLANDI
10:12 / 20-01-2025
Saray körpüsünün tikintisi nə vaxt başa çatacaq?
10:10 / 20-01-2025
Zakir Fərəcov sakinlərlə görüşdü: Bir sıra məsələlər yerindəcə həllini tapdı
10:08 / 20-01-2025
Sumqayıtda 16 yaşlı qızı avtomobil vurub, vəziyyəti ağırdır
10:06 / 20-01-2025
Dəhşətli qəza: Ata və iki oğlunu maşın vurdu
14:38 / 19-01-2025
Larisa Məmmədova - Bir az Ukrayna, bir az Azərbaycan...
10:41 / 12-01-2025
“43 min diploma, 55 min də direktor olmaq üçün vermişdim” - Diplomu saxta çıxan Abdıyeva
10:26 / 12-01-2025
Təyyarə qəzasında həlak olan sumqayıtlı Mahmud Tutunçuyevin xatirəsi anıldı - FOTO
10:24 / 12-01-2025
Şəhər ictimaiyyətinin bir qrup nümayəndələri təltif edildi – FOTO
Bakıda tıxacın ümidi dəmir yoluna qalıb...
Artıq bir neçə ildir ki, Bakıda tıxac qarşısıalınmaz problemə çevrilib. Təhsil müəssisələrinin yay tətili dövründə yollardakı sıxlıq nisbətən seyrəlsə də, xüsusən sentyabr ayının ortalarından vəziyyət dözülməz həddə çatıb. Əvvəllər vətəndaşların işə getmə və işdən çıxma saatları günün pik vaxtı hesab olunurdusa, çoxdandır ki, bu, bütün saatlar üçün keçərlidir. Hətta iş və ya istirahət günü olması da Bakı yollarında heç bir fərq yaratmır.
“Qafqazinfo”nun məlumatına görə, şəhərdə tıxacların qarşısını almaq üçün artıq bir neçə ildir ki, müəyyən tədbirlər görülür. Bir neçə gün əvvəl Prezident tərəfindən 6 hərəkət zolaqlı Böyükşor–Pirşağı avtomobil yolunun tikintisinə maliyyə ayrılması ilə bağlı məlumat vermişdik. Yeni yolun çəkilməsi Sabunçu dairəsindən Zabrat-Kürdəxanı-Pirşağı istiqamətinə, eləcə də Maştağa-Buzovna-Bilgəh istiqamətinə avtomobillərin daha rahat və sürətli hərəkətini təmin etməyə hesablanıb. Həmçinin bir müddətdir ki, problemin həlli üçün yollarda xüsusi avtobus zolaqlarından istifadə olunur. Oktyabrın əvvəllərində Bakının şimal girişindəki sıxlığı azaltmaq üçün Bakı-Sumqayıt yolunda (Xırdalan dairəsindən Bakı Beynəlxalq Avtovağzal Kompleksinə qədər) ictimai nəqliyyat üçün zolaq çəkilib. Bütün bunlar mühüm addımlar olsa da, şəhər əhalisinin durmadan artması, paytaxta axın, daha az əhaliyə hesablanmış və ağırlığa tab gətirməyən infrastruktur tıxac problemini kökündən həll etməyə imkan vermir. Ümid qalır dəmir yolu ilə sərnişindaşımaya.
Vaxtilə Bakının kənd və qəsəbələrinə, o cümlədən Abşeronun bağlar massivinə sərnişindaşımada mühüm yer tutan elektrik qatarları təxminən 10 ilə yaxın fasilədən sonra fəaliyyətini qismən bərpa edib. Lakin təəssüf ki, yalnız iki - Bakı-Pirşağı-Sumqayıt və Bakı-Xırdalan-Sumqayıt istiqaməti üzrə hərəkət var.
Bakı kəndlərinin, Maştağa, Buzovna və Bilgəh qəsəbələrinin əhalisi isə hələ də bu həm qiymət baxımından münasib, həm də ekoloji cəhətdən daha sərfəli olan nəqliyyat növündən istifadə edə bilmir. Halbuki, Sumqayıtdan Bakıya ekspress qatarın açılması sərnişinlər üçün ən azı 30-40 dəqiqə vaxta qənaət və daha komfortlu gedi-gəliş deməkdir. Həmçinin Bakı kəndlərindən də analoji ekspress qatarların istifadəyə verilməsi tıxac problemi ilə yanaşı həm də vaxta qənaətdir.
Digər problemi isə hazırda mövcud olan dəmir yolunun üzərindəki stansiyaların hamısının işlək olmaması ilə bağlıdır. Paytaxtın “Nəriman Nərimanov” dəmiryol stansiyası hələ də sərnişinlərin üzünə açılmayıb. Bakı-Pirşağı-Sumqayıt sürət qatarı sözügedən stansiyadan keçsə də, işlək vəziyyətdə olmadığından qatarlar burada dayanmır.
Şəbəkənin genişləndirilməsinə gəlincə isə, ekspert hesab edir ki, bu da dövlətin investisiya layihələrindən asılıdır: “Bu sahəyə əlavə pul yatırılmasına ehtiyac var. Onu da yaxın illərdə icra edəcəklər. Bakı şəhərinin Baş Planında həmin istiqamətlər - həm Hövsan istiqaməti, həm də Binəni keçməklə üzü Zirəyə qədər olan digər istiqamət və Maştağa, bağlar istiqaməti nəzərdə tutulub.
Digər məsələ, mövcud dəmir yolu üzərində stansiyaların açılması da Baş Planda nəzərdə tutulub. “Nərimanov” stansiyası məkan olaraq yaxşı yerdədir. Lakin yenidənqurma zamanı bəzi platformalar söküldüyünə görə burada əlavə tikinti-quraşdırma işlərinə ehtiyac olacaq. O sahəni balaca bir nəqliyyat mübadilə mərkəzinə də çevirmək olar. Dəmir yollarından başqa, digər qurumların da ora diqqət ayırmasına ehtiyac var. Ərazidə müəyyən tikililər sökülməli, piyada infrastrukturu qurulmalı, avtobusların əlaqələndirilməsi təmin olunmalıdır. Bu halda qismən “Xətai” metrostansiyasından sərnişin axınını özünə tərəf çəkə bilərdi və “28 May” istiqamətində bu qədər yüklənmə olmazdı. Bunlar qurulduğu təqdirdə sərnişin axınının parçalanmasına və yeni çıxış imkanlarının yaradılmasına imkan yaranmış olar”.
Problemlə bağlı "Azərbaycan Dəmir Yolları" QSC-dən sorğumuza cavab ala bilmədik. Qurumdan mətbuata daha əvvəl "Nəriman Nərimanov" stansiyasının nə vaxt fəaliyyətə başlayacağı ilə bağlı suala cavab olaraq bildirilmişdi ki, hazırda Abşeron dairəvi dəmir yolu xətti üzrə potensial sərnişin tələbatı daha çox olan yerlərdə qatarlara dayanacaq verilir: “Gələcəkdə “Nəriman Nərimanov” stansiyası istiqamətində sərnişin tələbatı artarsa, sərnişindaşıma fəaliyyətinin bərpası üçün platforma və infrastruktur obyektlərinin tikilərək istifadəyə verilməsi nəzərdən keçirilə bilər”.
Bölməyə aid digər xəbərlər
Bakıda tıxacın ümidi dəmir yoluna qalıb...
Artıq bir neçə ildir ki, Bakıda tıxac qarşısıalınmaz problemə çevrilib. Təhsil müəssisələrinin yay tətili dövründə yollardakı sıxlıq nisbətən seyrəlsə də, xüsusən sentyabr ayının ortalarından vəziyyət dözülməz həddə çatıb. Əvvəllər vətəndaşların işə getmə və işdən çıxma saatları günün pik vaxtı hesab olunurdusa, çoxdandır ki, bu, bütün saatlar üçün keçərlidir. Hətta iş və ya istirahət günü olması da Bakı yollarında heç bir fərq yaratmır.
“Qafqazinfo”nun məlumatına görə, şəhərdə tıxacların qarşısını almaq üçün artıq bir neçə ildir ki, müəyyən tədbirlər görülür. Bir neçə gün əvvəl Prezident tərəfindən 6 hərəkət zolaqlı Böyükşor–Pirşağı avtomobil yolunun tikintisinə maliyyə ayrılması ilə bağlı məlumat vermişdik. Yeni yolun çəkilməsi Sabunçu dairəsindən Zabrat-Kürdəxanı-Pirşağı istiqamətinə, eləcə də Maştağa-Buzovna-Bilgəh istiqamətinə avtomobillərin daha rahat və sürətli hərəkətini təmin etməyə hesablanıb. Həmçinin bir müddətdir ki, problemin həlli üçün yollarda xüsusi avtobus zolaqlarından istifadə olunur. Oktyabrın əvvəllərində Bakının şimal girişindəki sıxlığı azaltmaq üçün Bakı-Sumqayıt yolunda (Xırdalan dairəsindən Bakı Beynəlxalq Avtovağzal Kompleksinə qədər) ictimai nəqliyyat üçün zolaq çəkilib. Bütün bunlar mühüm addımlar olsa da, şəhər əhalisinin durmadan artması, paytaxta axın, daha az əhaliyə hesablanmış və ağırlığa tab gətirməyən infrastruktur tıxac problemini kökündən həll etməyə imkan vermir. Ümid qalır dəmir yolu ilə sərnişindaşımaya.
Vaxtilə Bakının kənd və qəsəbələrinə, o cümlədən Abşeronun bağlar massivinə sərnişindaşımada mühüm yer tutan elektrik qatarları təxminən 10 ilə yaxın fasilədən sonra fəaliyyətini qismən bərpa edib. Lakin təəssüf ki, yalnız iki - Bakı-Pirşağı-Sumqayıt və Bakı-Xırdalan-Sumqayıt istiqaməti üzrə hərəkət var.
Bakı kəndlərinin, Maştağa, Buzovna və Bilgəh qəsəbələrinin əhalisi isə hələ də bu həm qiymət baxımından münasib, həm də ekoloji cəhətdən daha sərfəli olan nəqliyyat növündən istifadə edə bilmir. Halbuki, Sumqayıtdan Bakıya ekspress qatarın açılması sərnişinlər üçün ən azı 30-40 dəqiqə vaxta qənaət və daha komfortlu gedi-gəliş deməkdir. Həmçinin Bakı kəndlərindən də analoji ekspress qatarların istifadəyə verilməsi tıxac problemi ilə yanaşı həm də vaxta qənaətdir.
Digər problemi isə hazırda mövcud olan dəmir yolunun üzərindəki stansiyaların hamısının işlək olmaması ilə bağlıdır. Paytaxtın “Nəriman Nərimanov” dəmiryol stansiyası hələ də sərnişinlərin üzünə açılmayıb. Bakı-Pirşağı-Sumqayıt sürət qatarı sözügedən stansiyadan keçsə də, işlək vəziyyətdə olmadığından qatarlar burada dayanmır.
Mütəxəssislər hesab edirlər ki, dünyanın əksər ölkələrində dəmir yolu ilə sərnişindaşımalar sosial xarakterlidir və bir çox hallarda dövlət tərəfindən subsidiyalaşdırılır. Daha təhlükəsiz və ekoloji baxımdan sərfəli olduğunu nəzərə alaraq dəmir yolu ilə sərnişindaşımada xidmət səviyyəsini yüksəltməklə rentabelliyə nail olmaq olar.
Nəqliyyat sahəsi üzrə ekspert Rauf Ağamirzəyevin saytımıza bildirdiyinə görə, relsli nəqliyyata yatırım edilməli, mövcud şəbəkə modernləşdirilib müasir dövrün tələbinə uyğun yenilənməlidir. Qatar sayını artırmaqla mobillik təmin oluna bilər: “1985-ci ildə Bakıətrafında, Abşeronda 500 min əhalinin mobilliyini təmin etmək üçün 15-20 dəqiqə intervalla 120 cüt qatar işləyirdi. 2009-cu ildən qatarla sərnişindaşıma tamam dayandı və 2015-ci ildən Abşeron dairəsində 91 km bərpa olundu. Hazırda aktiv sərnişindaşıma fəaliyyəti göstərilir, sadəcə, Abşeron dairəsində qatar sayı artırılmalıdır ki, intervalı azaltmaq mümkün olsun. Bunun üçün müəyyən sifarişlər olunub. Burada həm Bakı və regionlar arasında fəaliyyət göstərəcək qatarlar, həm də Bakı dairəsinə əlavə olunacaq qatarlar da nəzərdə tutulub”.Şəbəkənin genişləndirilməsinə gəlincə isə, ekspert hesab edir ki, bu da dövlətin investisiya layihələrindən asılıdır: “Bu sahəyə əlavə pul yatırılmasına ehtiyac var. Onu da yaxın illərdə icra edəcəklər. Bakı şəhərinin Baş Planında həmin istiqamətlər - həm Hövsan istiqaməti, həm də Binəni keçməklə üzü Zirəyə qədər olan digər istiqamət və Maştağa, bağlar istiqaməti nəzərdə tutulub.
Digər məsələ, mövcud dəmir yolu üzərində stansiyaların açılması da Baş Planda nəzərdə tutulub. “Nərimanov” stansiyası məkan olaraq yaxşı yerdədir. Lakin yenidənqurma zamanı bəzi platformalar söküldüyünə görə burada əlavə tikinti-quraşdırma işlərinə ehtiyac olacaq. O sahəni balaca bir nəqliyyat mübadilə mərkəzinə də çevirmək olar. Dəmir yollarından başqa, digər qurumların da ora diqqət ayırmasına ehtiyac var. Ərazidə müəyyən tikililər sökülməli, piyada infrastrukturu qurulmalı, avtobusların əlaqələndirilməsi təmin olunmalıdır. Bu halda qismən “Xətai” metrostansiyasından sərnişin axınını özünə tərəf çəkə bilərdi və “28 May” istiqamətində bu qədər yüklənmə olmazdı. Bunlar qurulduğu təqdirdə sərnişin axınının parçalanmasına və yeni çıxış imkanlarının yaradılmasına imkan yaranmış olar”.
Problemlə bağlı "Azərbaycan Dəmir Yolları" QSC-dən sorğumuza cavab ala bilmədik. Qurumdan mətbuata daha əvvəl "Nəriman Nərimanov" stansiyasının nə vaxt fəaliyyətə başlayacağı ilə bağlı suala cavab olaraq bildirilmişdi ki, hazırda Abşeron dairəvi dəmir yolu xətti üzrə potensial sərnişin tələbatı daha çox olan yerlərdə qatarlara dayanacaq verilir: “Gələcəkdə “Nəriman Nərimanov” stansiyası istiqamətində sərnişin tələbatı artarsa, sərnişindaşıma fəaliyyətinin bərpası üçün platforma və infrastruktur obyektlərinin tikilərək istifadəyə verilməsi nəzərdən keçirilə bilər”.
Tarix: 4-11-2023, 09:14 Oxunub: 44
Bölməyə aid digər xəbərlər
20-06-2021, 10:30
SON İLLƏR SUMQAYIT NECƏ İNKİŞAF ETDİ? - FAKTLAR
23-05-2021, 10:30
ASTARA Azərbaycanın cənub mirvarisidir
24-04-2021, 11:00
UZAQ XARKOV VİLAYƏTİNDƏ İMAM ƏLİ ADINA MƏSCİD
22-09-2020, 09:30
Elmlər Akademiyası ölkənin sürətli inkişafı ilə ayaqlaşırmı? - bu sual açıq qalır...
22-09-2020, 08:55
Daşkəsənin iki böyük metallurgiya müəssisəsi yeni inkişaf dövrünə başlayır - İcra başçısı yazır...
14-08-2020, 12:29
Sabiq təhsil nazirindən yeni təhsil nazirinin müraciətinə cavab - Məktəb, yoxsa ev?
14-08-2020, 09:27
Pulu çox alanda tibb bacısına virus keçmirmi?!
27-07-2020, 23:21
İlham Əliyev yeni təhsil nazirini qəbul etdi - YENİLƏNİB + FOTO/VİDEO
24-07-2020, 18:07
Rəna xanım Paşayevanın xatirəsinə: “Əlvida, gözəl insan”
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO
19-07-2020, 18:01
İdman jurnalistikası: Keçmişi, indiki problemləri və ümidli gələcəyi
19-07-2020, 15:37
İyulun 23-24-də keçiriləcək buraxılış imtahanlarının qrafiki elan edildi
13-07-2020, 13:22
İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib - YENİLƏNİB + FOTO/VİDEO
9-07-2020, 22:29
Pandemiyadan zərər çəkənlərə bank kreditləri üzrə dövlət zəmanətinin verilməsi QAYDASI
8-07-2020, 17:54
Böyükşor gölündəki vəziyyət xəstəliklərin artmasına səbəb ola bilər
8-07-2020, 16:18
AzTV mövsümü necə başa vurdu və telekanaldan gözləntilər - SORĞU
7-07-2020, 19:25
Bakıdakı üfunət iyinin səbəbi müəyyən oldu - RƏSMİ