10:37 / 21-11-2024
Sumqayıtlı tanınmış vəkil nitqini itirib - Ailəsi açıqladı
10:35 / 21-11-2024
Keçmiş arvadını Sumqayıtda terləşən şirniyyat mağazalarının birində döyən qısqanc ərə elektron qolbaq taxıldı
10:34 / 21-11-2024
Prezident Sumqayıta onları hakim təyin etdi - Sərəncam
10:29 / 21-11-2024
Zülfü Hacıyevin qızı: "Atamla şəhid olmamışdan iki gün öncə görüşdük. Mənə dedi ki..."-MÜSAHİBƏ
10:25 / 21-11-2024
BKyTYg4eZC9NCzcL8M3hcUmDhCnBJrSScH
10:20 / 21-11-2024
Sumqayıtda dəhşətli qətl: Arvadı uşaqları ilə evi tərk etdi, anasını öldürdü – Şok təfərrüat
10:17 / 21-11-2024
Sumqayıtda dəmir alan şəxs qonşusunu daş parçası ilə vuraraq döydü - QƏRAR
10:15 / 21-11-2024
SDU-da işdən çıxarılan fəlsəfə doktoru məhkəməyə üz tutdu - QALMAQAL
10:14 / 21-11-2024
Sumqayıtın məşhur iş adamına ağır itki üz verib-FOTO
10:12 / 21-11-2024
Sumqayıtdakı lisey direktorunun qardaşı rəhmətə gedib
10:11 / 21-11-2024
Müqayis Verdiyev yenidən məhkəmə qarşısında
09:48 / 21-11-2024
Qənirə Ataşovaya təhdid mesajları yazanlar kimlərdir? - Polis araşdırır
09:45 / 21-11-2024
Bu yollarda sıxlıq var
09:44 / 21-11-2024
Heydər Əliyev Sarayında “Nəsimi” operasının premyerası keçirildi - Fotolar
09:42 / 21-11-2024
53 yaşlı velosipedçini maşın vurub öldürdü
15:13 / 20-11-2024
Neçə məktəb təmir edilib?
15:12 / 20-11-2024
Zaur Mikayılov türkiyəli həmkarı ilə görüşdü
15:10 / 20-11-2024
ABŞ bu raketlərlə Rusiyaya zərbə endirməyə icazə verib
12:46 / 18-11-2024
Hərbi xidmətdən yayınan gənc həbs edildi
10:59 / 18-11-2024
Hərbi xidmətdən yayınan gənc həbs edildi
10:51 / 17-11-2024
Deputat Elnarə Akimova Xəzər Bağları ərazisində seçicilərlə görüşüb
10:49 / 17-11-2024
Azərbaycanın Yeni Zəfər Simvolu: Zəfər Parkı və Muzeyi
10:47 / 17-11-2024
Sumqayıt Məhkəməsinin hakimi təqaüdə göndərilib
10:46 / 17-11-2024
Zakir Fərəcov Oksford Universitetinin professorları ilə görüşdü
10:44 / 17-11-2024
Leyla Əliyeva uşaqları ziyarət etdi - Fotolar
10:42 / 17-11-2024
Fransa COP29-a niyə qatılmadı? - Hikmət Hacıyev açıqladı
10:40 / 17-11-2024
Xalq artistinin oğlu vəfat etdi
10:40 / 17-11-2024
Azərbaycanda Milli Dirçəliş Günüdür
10:38 / 17-11-2024
Pivə qutusu ilə baş məşqçinin başını yardılar - Video
O abidənin “görünməyən tərəfləri”...
Sentyabrın 19-20-də həyata keçirilən anti-terror tədbirlərindən sonra Qarabağdakı erməni tarixi irsinin söküləcəyi, dağıdılacağı barədə xəbərlər erməni rəsmiləri tərəfindən mediada davamlı olaraq yayılır.Bu qəbildən olan məlumatlar Azərbaycan SSR-nin Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) Əsgəran rayonu ərazisində, Xankəndi şəhəri yaxınlığında 1967-ci ildə ucaldılmış “Biz-bizim dağlar” abidəsi ilə bağlı daha çox səslənir.
"Qafqazinfo" xəbər verir ki, məsələ ilə bağlı Faktyoxla.az araşdırma aparıb.
Ermənistan rəhbərliyinə yaxın “Bagramyan26” teleqram kanalı Ermənistanın Niderlanddakı səfirliyinə istinadən yazır ki, “Biz-bizim dağlar” abidəsi sökülmə təhlükəsi ilə üz-üzədir.
“SisMasis” kanalı isə polşalı bloger, anti-Azərbaycan isteriyası, ermənipərəstliyi, təxribatçı və dezinformasiya xarakterli paylaşımları ilə tanınan Tomas Buçekə istinadən yazır ki, Almaniyada yaşayan azərbaycanlı müxalif blogerlərdən biri (ad-soyad, kimlik qeyd olunmayıb-red.) ona qeyd edilən abidənin söküləcəyi haqda qərar verildiyini deyib.
Ümumiyyətlə, ermənilər bu abidəni Qarabağda yaşayan uzunömürlülərin şərəfinə ucaldılğını deyir və sırf erməni abidəsi adlandırırlar. Qarabağı 30 il işğal altında saxlayan terrorçu rejimin “azadlıq abidəsi” kimi təqdim edən erməni müəlliflərin qənaətinə görə, qorunub saxlanılan bu “tarixi abidə” Qarabağdakı erməni kimliyinin təsdiqi və sübutudur. Onların iddiasına görə, Azərbaycan isə Qarabağ ərazisində olan abidələri dağıtmaqla bölgədə erməni tarixi keçmişini silmək istəyir.
Faktyoxla Lab. bu iddialar və daha çox, abidənin sözün hər iki mənasında “görünməyən tərəfi” haqda araşdırma aparıb.
Əvvəlcə, abidənin kimə məxsus olması haqda qısa məlumat verək.
Doğrudan da, açılışı 1 noyabr 1967-ci ilə təsadüf edən abidənin müəllifi erməni mənşəli heykəltəraş Sarkis Baqdasaryandır.
heykəltaraş Sarkis Baqdasaryan
Xocavənd sakini olan Sarkis Baqdasaryan Azərbaycan SSR vətəndaşı idi, (Xocavənd rayonu Binədərəsi kəndində anadan olub) abidə də Azərbaycan SSR-in büdcəsi hesabına, Azərbaycan ərazisində ucaldılıb. Yalnız 80-ci illərin sonlarında Ermənistanın himayə etdiyi terrorçular Qarabağda qondarma rejim yaratdıqlarını elan edəndə “Biz-bizim dağlar” abidəsi yadlarına düşdü, onu dünyaya erməni mədəni sərvəti kimi tanıtmağa başladılar. 2013-cü ilin sentyabrında Moskva şəhərində yaşayan erməni iş adamı Karen Avaqumyanın maddi vəsaiti hesabına abidəni yenidən qurdular.
Digər tərəfdən, heykəltaraş Sarkis Baqdasaryan bizim büdcə vəsaitimiz hesabına 1967-ci ildə Xankəndi yaxınlığında yaratdığı abidəyə ilk vaxtlar “Qarabağlılar” adı vermişdir. “Qarabağlılar” deyərkən söhbət tək Qarabağ ermənilərindən getmirdi, ağdamlılar, tərtərlilər, şuşalılar və bərdəlilər də qarabağlıdırlar.
Vacib məqamlardan daha biri. “Pravda” qəzetinin 31 dekabr 1976-cı il tarixli, 365 nömrəli sayında “Biz -bizim dağlar” memarlıq obyekti haqqında yazılır: "Abidə dünyada uzunömürlülərin şərəfinə ucaldılmış ilk abidədir." Bu sitata, Ş.Mkrtçyanın 1988-ci ildə nəşr olunmuş “Dağlıq Qarabağın tarixi və memarlıq abidələri” kitabında da rast gəlmək olar.
Əgər iddia edilirsə ki, bu abidə Qarabağda yaşayan uzunömürlülərin şərəfinə ucaldılıb, onda hansı səbəbə bir müddət dünyanın ən uzunömürlüsü sayılan Şirin Həsənov yada salınmır?
Abidənin açılışının 1817-ci ildə Qarabağ xanlığında anadan olmuş ən məşhur Qarabağ uzunömürlüsü, Şirin Həsənovun 150 illik yubileyinə həsr olunmasına dəlalət edən faktlara nəzər yetirək:
1. 1 yanvar 1967-ci il - Şirin Həsənovun 150 yaşı tamam olub;
2. Avqust, 1967-ci il - "Oqonyok" jurnalının 32-ci sayında Şirin Həsənov haqqında məqalə dərc edilib.
3. 1 noyabr 1967-ci il - “Biz- bizim dağlar” abidəsinin açılışı olub.
4. 31 dekabr 1976-cı il - “Pravda” qəzetində bu abidənin uzunömürlülərin şərəfinə ucaldılması qeyd olunur.
İndi araşdırmanın 2-ci hissəsinə -abidənin sözün hər iki mənasında “görünməyən tərəfinə” nəzər salaq.
Ermənistanın ənənəvi və sosial mediasında “Biz-bizim dağlar” abidəsi haqqında saysız-hesabsız məqalə, foto və videolar var. Erməni ziyalıları, tarixçiləri, jurnalistləri və blogerlər abidə haqqında təriflər yazaraq həm saxta tarixlərini yayır, həm də bölgəyə turist axını cəlb etmək üçün təbliğat aparırlar. Amma bu foto və videolarda özləri də bilmədən abidənin əsl vəziyyətini, daha doğrusu bərbad halını göstəriblər.
İndi təqdim edəcəyimiz fotolar erməni mediasından və sosial mediadan götürülüb.
Bu foto-skrinlərdə abidənin örtüyünün yağan qar və yağışın təsirindən necə kifləndiyini,
daşların bəzilərinin erroziyadan qopduğunu,
duzlaşdığını
hətta, baxımsızlıqdan ot basdığını müşahidə etmək olur.
Bundan əlavə, abidə üzərində erməni gənclərin yazılar yazdığı aydın görünür.
Abidənin ermənilər tərəfindən vandalizmə məruz qalması, məhv edilməsi haqda daha bir məqama- abidənin “görünməyən tərəfləri”nə diqqət yönəltmək istərdik. Araşdırma zamanı baxdığımız əksər foto və videolarda abidənin arxa fonunun göstərilməməsi diqqətimizi cəlb etdi. Bu nüansı əsas götürərək bir neçə mənbəyə baxdıq və aşkar etdik ki, əslində ermənilər abidənin arxasında “sirr” gizlədirmişlər. Bunu ermənilər özləri də etiraf edirlər. Belə ki, Xankəndidə nəşr olunan “Nor Ej” (“Yeni səhifə”) qəzetinin baş redaktoru Vardqes Ovian abidənin baxımsızlıqdan məhv olmasını və buna görə Xankəndiyə müvəqqəti rəhbərlik edən terrorçu rejimin rəsmilərini sərt tənqid edən məqalə dərc edib.
Vardqes Ovian
“Biz-bizim dağlar” abidəsi bərbad vəziyyətdə deyil, rüsvayçı vəziyyətdədir” adlı məqalədə müəllif “Biz susmayacağıq” gənclər hərəkatının “Biz -bizim dağlar” abidəsinin rüsvayçı vəziyyəti haqda yazısını və news.am-da Xankəndi şəhər “meri”nin müavini Armen Avakyanın cavabından çox qeyzləndiyini yazır. “Əvvəla, "Biz -bizim dağlar” abidəsi cib dəsmalı deyil ki, cibinə qoyub yalandan “o təmizdir” deyəsən, çünki bizim evdə paltaryuyan maşın var. İkincisi, “Biz susmayacağıq” gənclər hərəkatı yaydığı videoda təkcə abidənin bərbad vəziyyətdə olmasını deyil, tamam başqa mövzuya toxunublar”- yazan müəllif “başqa mövzu” deyərkən abidədən yaramaz şəxslərin fiziloji təlabatlarını ödəmək üçün istifadə etdiklərini və ətrafa ifunət qoxusunun yayıldığını nəzərdə tutur.
Vardqes Ovian yazır: “Bir şeyi dəqiq bilirəm ki, mədəniyyətimizin abidələrindən biri olan Qarabağın siması bu gün bərbad vəziyyətdədir. Bu, təkcə abidənin üzərində öz pafosulu adını "damğalayan" müxtəlif axmaqların heykəlin üzərində düzəltdikləri yazılar və xalçalarla bağlı deyil. Biz xatirə daşlarının yerlərdə sındırılması və ya dağıdılması faktından danışırıq. Abidənin üstündə, daha doğrusu, bədbəxt babanın başında ot və alaq otları aşıb-daşır”
Müəllifin qənaətinə görə, “Biz-bizim dağlar” abidəsi ermənilərin simvolu və mədəni dəyərlərinin göstəricisi olmaqdan çox “Biz-bizim problemlər” fenomeninin daşlaşmış abidəsidir.
Yeri gəlmişkən qeyd edək ki, Sovet dövründə də qeyd edilən abidəyə yarıtmaz münasibət mövcud olub. Xankədidə yaşamış azərbaycanlı jurnalist İlham Cəmiloğlu bu barədə yazır: Bir xankəndili kimi qeyd edə bilərəm ki, sovet dövründə bu abidə qarşısında hər hansı bir tədbirin keçirilməsinə yol verilməyib. “Biz -bizim dağlar”ın ətarafındakı baxımsız yaşıllıq əyyaşların və erməni fahişələrinin gizli əyləncə yerinə çevrilib”.
Yekun olaraq, erməni tərəfinin diqqətinə bir faktı çatdıraq: Xankəndi işğaldan azad olunandan sonra Azərbaycan tərəfi ilk olaraq həmin abidə yaxınlığında polis postu qurmuşdur. Bu Azərbaycan dövlətinin tarixi abidələrinə, mədəni irsinə verdiyi dəyər və diqqətin göstəricisidir.
Nəticə:
- Ermənilərin “Papik-tatik” adlandırdıqları abidənin heykəltaraşını çıxmaq şərtilə ermənilərə və Ermənistana heç bir aidiyyatı yoxdur;
- İşğal dövründə abidə ermənilərin baxımsızlığı səbəbindən bərbad vəziyyətə düşüb və hətta ora “böyük unitaz” funksiyası daşıyıb;
- Azərbaycan tərəfinin həmin abidənin sökülməsi, dağdılması haqda heç bir təşəbbüsü yoxdur və bu, ermənilər tərəfindən yayılan növbəti saxta məlumat, dezinformasiyadır;
Bölməyə aid digər xəbərlər
O abidənin “görünməyən tərəfləri”...
SosialOxunma sayı: 10325Sentyabrın 19-20-də həyata keçirilən anti-terror tədbirlərindən sonra Qarabağdakı erməni tarixi irsinin söküləcəyi, dağıdılacağı barədə xəbərlər erməni rəsmiləri tərəfindən mediada davamlı olaraq yayılır.Bu qəbildən olan məlumatlar Azərbaycan SSR-nin Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) Əsgəran rayonu ərazisində, Xankəndi şəhəri yaxınlığında 1967-ci ildə ucaldılmış “Biz-bizim dağlar” abidəsi ilə bağlı daha çox səslənir.

Tarix: 23-10-2023, 08:02 Oxunub: 43
Bölməyə aid digər xəbərlər
22-10-2023, 08:15
MEƏLLİM ADI QƏDƏR MÜQƏDDƏSDİR
28-09-2023, 08:33
ALLAH ŞƏHİDLƏRİMİZƏ RƏHMƏT EYLƏSİN!
28-09-2023, 08:32
ANIM GÜNÜ
21-09-2023, 08:49
Şəhid polislərlə Sumqayıtda vida mərasimi keçirildi
2-09-2023, 17:35
Sumqayıtda yeni uşaq bağçası istifadəyə verildi – FOTOLAR
25-08-2023, 16:56
Şəhid Bəxtiyar Muradovun doğum günü ilə bağlı tədbir keçirilib
20-06-2021, 10:30
SON İLLƏR SUMQAYIT NECƏ İNKİŞAF ETDİ? - FAKTLAR
9-10-2020, 21:22
Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciət edib
22-09-2020, 08:55
Daşkəsənin iki böyük metallurgiya müəssisəsi yeni inkişaf dövrünə başlayır - İcra başçısı yazır...
31-08-2020, 19:08
Qulinin ölüm ssenarisi: Onu kim və niyə öldürdü? - Şok faktlar
27-07-2020, 23:21
İlham Əliyev yeni təhsil nazirini qəbul etdi - YENİLƏNİB + FOTO/VİDEO
24-07-2020, 13:10
Din xadimlərindən beynəlxalq təşkilatlara ÇAĞIRIŞ
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO
20-07-2020, 16:59
Tovuzdakı şiddətli artilleriya döyüşləri: Qaraqaya Azərbaycandadır – REPORTAJ + FOTO
13-07-2020, 13:22
İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib - YENİLƏNİB + FOTO/VİDEO
9-07-2020, 22:29
Pandemiyadan zərər çəkənlərə bank kreditləri üzrə dövlət zəmanətinin verilməsi QAYDASI