10:57 / 23-11-2024
COP29 Sədrliyi bəyanat yaydı
09:45 / 21-11-2024
Bu yollarda sıxlıq var
15:13 / 20-11-2024
Neçə məktəb təmir edilib?
Azərbaycan Ordusu gecə “Qəzəb” əməliyyatı keçirib – Qisas alındı

Azərbaycan Ordusu gecə “Qəzəb” əməliyyatı keçirib – Qisas alındı

Məlum olduğu kimi, ötən gün axşam saatlarında Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən Ordumuzun Ağdam rayonunun Qalayçılar kəndi istiqamətində yerləşən mövqeləri atıcı silahlardan atəşə tutulub. Atəş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu Bəkirov Əli Şükür oğlu yaralanıb.
Qanunsuz erməni silahlı birləşmələrinin bu təxribatı cavabsız qalmayıb.
Belə ki, Ordumuz elə gecə ilə hərbçimizin yaralanmasına cavab olaraq, “Qəzəb” əməliyyatı həyata keçirib. Bu əməliyyat çərçivəsində qanunsuz birləşmələrin infrastrukturna ciddi zərbələr endirilib. Bundan başqa, ilkin məlumata görə, 5 terrorçu məhv edilib.
Məhv edilən terrorçuların sayı ilə bağlı məlumatı Ermənistan mətbuatı da yayıb.
Aydın məsələdir ki, Azərbaycanın sülh prosesi təkliflərinə uzun müddət laqeyd yanaşan və bir sıra əsassız iddiaları ilə hal-hazırda prosesə maneçilik törədən Ermənistan tərəfi, bu təxribatlara əl atmaqla Vaşinqton görüşü ərəfəsində danışıqları pozmaq məqsədi güdür. Bu təxtibatın rusiyalı sülhməramlıların təşfiqi ilə baş verdiyi də istisna deyil. Hər halda sözügedən qanunsuz birləşmələrinin sülhməramlıların tam nəzarəti altında olması bunu deməyə əsas verir.
Və onu da qeyd etməkdə fayda var ki, bu, son vaxtlarda ilk belə təxribat deyil. Tez-tez mövqelərimizi atəşə tutan və layiqli cavabını anında alan ermənilər hələ ötən ay sərhədimizə diversiya qrupu göndərmişdi. Amma Dövlət Sərhəd Xidmətinin sayıqlığı nəticəsində erməni diversantlardan ibarət dəstənin diversiya cəhdinin qarşısı alınmış, iki diversant saxlanılmışdı.
Ancaq reallıq budur ki, qarşı tərəf nə məğlubiyyətə, nə də aldığı sarsıdıcı zərbələrə doyur.
Belə ki, Ermənistan tərəfi yeni təxribatlara can atır. Bununla bağlı Azərbaycan tərəfi də tam məlumatlıdır. Fərruxda, Sarıbabada olduğu kimi, bu yeni təxribatların da qarşısı layiqincə alınacaq, düşmənə sərt və  qətiyyətli cavab veriləcək.

Tarix: 2-07-2023, 11:38 Oxunub: 36


Bölməyə aid digər xəbərlər