Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) 2019-cu il üzrə maliyyə hesabatını açıqlayıb.
“MediaPost” xəbər verir ki, agentliyin ötən il üzrə cəmi aktivləri 205,435 mln. manat olub. Bu isə 2018-ci il ilə müqayisədə təqribən 2 dəfə çoxdur. Cəmi öhdəliklərdə isə il ərzində 34,269 mln. manat artım qeydə alınıb və 34,439 mln. manata çatıb.
MİDA-nın cəmi kapitalı bir il ərzində 65% artaraq ötən ilin sonunda 170,852 mln. manata qalxıb. Kapital tərkibində dövlət büdcəsindən agentliyə 62 milyon manat ayrılıb və cəmi ayırmalar 62,498 mln. manat təşkil edib.
Agentliyin 2019-cu il üzrə əməliyyat zərəri 2,373 mln. manat, maliyyə gəlirləri 7,720 mln. manat, icarə üzrə xərcləri isə 6,7 min manat olub. Beləliklə, MİDA 2019-cu ili 5,340 mln. manat mənfəətlə başa vurub.
Bölməyə aid digər xəbərlər