09:45 / 21-11-2024
Bu yollarda sıxlıq var
15:13 / 20-11-2024
Neçə məktəb təmir edilib?
Qiymətləndiricilər dempinq və haqsız rəqabətə qarşı mübarizə aparacaqlar


Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyevin həyata keçirdiyi strateji inkişaf prosesində və sərbəst bazar münasibətlərinin formalaşdırılması üzrə aparılan ardıcıl islahatlarda yüksələn səmərəlik əsasında əmlakın dəyərinin formalaşması və artması günün aktual tələbidir. Xarici və yerli investorların da fəaliyyət motivlərindən biri əmlakın dəyərinin qorunması və artımıdır. Müasir iqtisadiyyatda bazar dəyərinin təsbiti müstəqil qiymətləndiricilərə həvalə olunur və Beynəlxalq Qiymətləndirmə Standartları əsasında aparılır. DİA.AZ-a bu barədə “Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti” İctimai Birliyindən verilən məlumatda deyilir.

“Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti” İctimai Birliyi, ölkəni qiymətləndirmə sahəsində beynəlxalq səviyyədə təmsil edən yeganə təşkilatdır və Beynəlxalq Qiymətləndirmə Standartları Şurasının (BQSŞ – İVSC) üzvüdür. BQS-nın tətbiqi və hazırlanan hesabatların beynəlxalq səviyyədə qəbul edilməsi AQC-nin fəaliyyətinə dəstək olmaqla yanaşı, onun peşəkar üzvlərinin xidmətlərindən istifadə etməklə təmin oluna bilər.

Hazırda daşınmaz əmlak bazarının aktiv iştirakçıları kimi Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin üzvü olan 30-dan artıq qiymətləndirmə şirkətində 200-ə qədər qiymətləndirici çalışır. Ümumilikdə ölkəmizdə Qiymətləndirmə sahəsində dolayı və birbaşa fəaliyyət göstərən şirkətlərin sayı 70-ə yaxın, onlarda çalışan əməkdaşların sayı isə 300-dən artıqdır. Bu şirkətlərdən təqribən 20-dən çoxu dövlət sektorunda fəaliyyət göstərən icra hakimiyyəti orqanları ilə sıx əməkdaşlıq edir, ölkə iqtisadiyyatının inkişafına öz fəaliyyətləri ilə töhfə verirlər.

Azərbaycan Respublikası Mərkəzi Bankı, İpoteka və Kredit Zəmanət Fondu, Aqrar Kredit İnkişaf Agentliyi, Əmlak Məsələləri Dövlət Xidməti və bir sıra digər dövlət orqanlarının müvəkkil qiymətləndiricisi olan bu qurumlar bütün dünyada olduğu kimi, ölkəmizdə də iqtisadi islahatların ayrılmaz hissəsidir. Azərbaycan Respublikası Mərkəzi Bankının tələbinə uyğun olaraq, ölkəmizin kommersiya bankları öz girov portfelini müstəqil qiymətləndirmə şirkətləri tərəfindən aparılan qiymətləndirmələr nəticəsində formalaşdırır.

Lakin bütün bunlarla yanaşı, son dövrlərin təcrübəsi göstərir ki, Qiymətləndirmə sahəsində fəaliyyət göstərən şirkətlərin bəziləri standartların keyfiyyət tələblərinə və etik davranış qaydalarına əməl etmir, haqsız rəqabətə yol verir, müxtəlif yollarla və qanunazidd əməlləri ilə xidmət bazarında inhisarçı mövqe tutmağa çalışır, sifarişçilərin mənafeyini güdən əsassız hesabatlar hazırlayır, qulluq mövqeyindən sui-istifadə hallarına yol verir və beləliklə, nəinki peşəkar standartların tələblərinə riayət etmir, həm də bəzi hallarda ölkənin qanunlarını pozur. Beləliklə, keyfiyyətsiz hesabatlar, qeyri-obyektiv rəylər və digər neqativ hallar bank sisteminin və ölkənin maliyyə qurumlarının dayanıqlığına, məhkəmə sisteminin nüfuzuna zərər vurur, istehlakçıların hüquqlarını pozur, ictimai narazılıq yaradır, bu sahədə ölkənin beynəlxalq aləmdə nüfuzunu aşağı salır, hətta bəzi hallarda dövlət büdcəsinin və özəl investorların vəsaitlərinin dağıdılmasına gətirib çıxaran hallara səbəb olur. Belə hallara yol açan əsas vasitələrdən biri isə dempinq və haqsız rəqabətdir.

Buna görə də, Qiymətləndirmə peşəsinin nüfuzuna xələl gətirən, Qiymətləndirməyə ictimai etimadı azaldan, Qiymətləndiricilərın peşə etikası ilə bir araya gəlməyən hərəkətlərə yol verən, peşəkar mənəviyyat normalarını pozan, Qiymətləndiricilər arasında mövcud olan qarşılıqlı hörmət ənənəsinə ziyan vuran bəzi qiymətləndiricilərlə birgə mübarizə zərurətə çevrilibdir.

Bütün bunları nəzərə alaraq Azərbaycan Respublikası Qiymətləndiricilər Cəmiyyətinin aparıcı üzv şirkətləri ölkədə xidmət göstərən bütün qiymətləndirmə şirkətlərini, fərdi və xarici ekspertləri, tərkibində bu xidmətlə məşqul bölmələri olan konsaltinq, audit və digər təşkilatları,

eləcə də bu xidmətdən yararlanan qurumların fəaliyyətləri zamanı dempinq və haqsız rəqabətə gətirib çıxaran hətəkətlərə qətiyyətlə yol verilməməsinə çağrır, bu qanun pozuntularına qarşı birgə mübrizə aparılması üçün qarşılıqlı əməkdaşlıq haqqında Saziş imzalayıblar.

Sazişin ümumi mahiyyəti ondan ibarətdir ki, Qiymətləndircilər ortaq maraqları həyata keçirmək və birgə məqsədlərə nail olmaq niyyətilə öz münasibətlərini bərabərlik, dürüst və vicdanlı tərəfdaşlıq, “Qiymətləndiricilərin Etika Məcəlləsi”nin tələblərinə riayət etməklə, eyni zamanda bir-birinin maraqlarını müdafiə etməklə qurmağa borcludurlar.

Bəyənatın və Sazişin tam mətni ilə aşağıdakı linkə daxil olmaqla tanış olmaq olar.
 


Tarix: 10-09-2020, 13:31 Oxunub: 97


Bölməyə aid digər xəbərlər