09:45 / 21-11-2024
Bu yollarda sıxlıq var
15:13 / 20-11-2024
Neçə məktəb təmir edilib?
Ceyhun Bayramov Polşa səfirini qəbul etdi


Sentyabrın 8-də Xarici İşlər naziri Ceyhun Bayramov Polşa Respublikasının Azərbaycan Respublikasındakı səfiri Rafal Poborskini qəbul edib.
XİN-dən verilən məlumata görə, nazir ölkələrimiz arasında mövcud olan yüksək səviyyəli əməkdaşlıq münasibətlərindən bəhs edərək bu xüsusda ali səviyyədə həyata keçirilən səfər mübadilələrinin əməkdaşlığın inkişafına təkan verdiyini qeyd edib.


Cari ildə dünyanın üzləşdiyi pandemiyaya rəğmən ölkələrimiz arasında əməkdaşlığın davam etdirildiyini qeyd edən nazir, bu xüsusda Polşa tərəfindən Azərbaycana COVİD-19 ilə mübarizə çərçivəsində göstərilən humanitar yardıma görə minnətdarlığını ifadə edib.
Səfir, öz növbəsində, Polşa Xarici İşlər naziri Zbiqnev Raunun səmimi təbriklərini nazirin diqqətinə çatdırıb. Səfir iki ölkə arasında münasibətlərin inkişaf dinamikasının davam etdirilməsinin vacibliyini vurğulayıb.
Tərəflər ölkələrimiz arasında siyasi məsləhətləşmələrin davam etdirilməsi, eləcə də enerji, nəqliyyat, kənd təsərrüfatı, təhsil, turizm və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi imkanları ətrafında fikir mübadiləsi aparıblar.
C.Bayramov Ermənistanın Azərbaycana qarşı 30 ilə yaxındır ki, davam edən işğalçı siyasəti, təcavüzkar Ermənistanın işğal edilmiş ərazilərdə həyata keçirdiyi qeyri-qanuni fəaliyyəti, Ermənistanın silahlı qüvvələrinin 12-16 iyul tarixlərində iki ölkə sərhədində törətdiyi hərbi təxribatı, eləcə də Ermənistan rəhbərliyinin bölgədə gərginliyin artmasında xidmət edən və münaqişənin danışıqlar yolu ilə həllinə xələl gətirən fəaliyyəti barədə qarşı tərəfə ətraflı məlumat verib.
R.Poborski Polşanın şərq qonşuluğu ölkələrində sabitliyin təmin olunmasında maraqlı olduğunu qeyd edib və Polşa üçün beynəlxalq hüquqa hörmət prinsipinin çox vacib olduğunu diqqətə çatdırıb.
Görüşdə tərəflər həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

Tarix: 8-09-2020, 18:21 Oxunub: 111


Bölməyə aid digər xəbərlər