Çərşənbə axşamı Livandan Ermənistana daha yüz erməni gəlib.
KONKRET.az xəbər verir ki, bunu Ermənistanın Diasporla İş üzrə Repatriasiya şöbəsinin müdiri Ovannes Aleksanyan öz Facebook səhifəsində bildirib.
Mənbə bildirir ki, bundan əvvəl Livandan 500-ə yaxın erməni gəlmişdi.
“Yüz erməni Beyrutdan gəldi, onlardan 21-i uşaqdır. Suriya və BƏƏ-dən olan ermənilər də bu uçuşla geri döndülər” deyib.
Xatırladaq ki, avqustun 4-də Beyrut limanında 2.705 ton ammonium nitrat olan bir bunker partlayıb. Livan Səhiyyə Nazirliyinin məlumatına görə, 13 erməni də daxil olmaqla 150-yə yaxın insan ölüb, yüzlərlə erməni də daxil olmaqla 5000-ə yaxın insan yaralanıb.
Həm xristian, həm də müsəlman məhəllələri əziyyət çəkib. Partlayışdan gələn şok dalğası Kiprin şərq sahillərində də hiss olunub. Ermənistan və qondarma “Dağlıq Qarabağ respublikası”ndan Livana üç reyslə 36 ton yük çatdırılıb.: bunlar zəruri əşyalar, yeməklər və dərmanlardır.
Ofis rəhbəri Zareh Sinanyan 370 livanlı erməninin vətəninə beş mülki uçuşla, digər 101 nəfərə isə humanitar yardım çatdıran üç təyyarə ilə gəldiyini söyləyib.
25 min livanlı erməni Ermənistan vətəndaşıdır.
Haşiyə: Media gətirilən ermənilərin işğal olunan Qarabağ bölgəsində yerləşdiriləcəyi deyilir. Anca qbu haqda İrəvan hələ rəsmi açıqlama verməyib. Görünür, bu prosesini də əvvəlkilərdə olduğu kimi gizli şəkildə həyata keçirəcəklər, sonra isə fotolarını çəkib sosial şəbəklərdə yayacaqlar.
Bölməyə aid digər xəbərlər