Dövlət Sərhəd Xidməti tərəfindən dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri davam etdirilir.
Dövlət Sərhəd Xidməti Mətbuat Mərkəzindən Unikal.org-a verilən məlumata görə, cari ilin 17 avqust tarixində, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin Astara rayonu Sım kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədindən külli miqdarda narkotik vasitənin dövlət sərhədindən keçirilməsinin qarşısı alınmışdır. Sərhəd pozucuları hava şəraitinin qaranlıq və dumanlı olmasından istifadə edərək qaçaqmalı hadisə yerində ataraq sərhəd naryadının təqibindən İran İslam Respublikası istiqamətində geri qaçmışlar.
Hazırda fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Bölməyə aid digər xəbərlər