09:45 / 21-11-2024
Bu yollarda sıxlıq var
15:13 / 20-11-2024
Neçə məktəb təmir edilib?
Səkkiz ay Azərbaycandan ayrı düşmüş məşqçi: “Səfirlikdən bizə yardım edilməyib”

“İyulun 5-i Türkiyənin İstanbul şəhərinə gəldim. Natalya Məmmədova ilə Odina Əliyeva İndoneziyada qaldı. Çünki Azərbaycana gəlsələr, məşq edə bilməyəcəklər. Orada isə məşq etmək üçün şərait var. Həftədə üç dəfə idman zalına gedirlər, gündəlik çimərlik voleybolu oynayırlar”.
Bu barədə Oxu.Az-a İndoneziyanın “Cakarta” voleybol klubu ilə ölkə çempionu olan baş məşqçi Ziya Rəcəbov deyib.
O bildirib ki, İndoneziyada qaldıqları müddətdə klub onların maliyyə öhdəliklərini qarşılayıb:
“Çempionat keçirilməyəndə maddi baxımdan çətinlik çəkmədik. Klub rəhbərliyi mənim və Natalya ilə Odinanın xərclərini qarşıladı. Sonra özümüz Bali adasına getdik. Oranın xərclərini isə özümüzün ödədik. Nə Azərbaycandan, nə də səfirlikdən bizə heç bir maddi yardım edilməyib”.
Sonuncu dəfə dekabrın 2-də Azərbaycanda olduğunu bildirən Ziya Rəcəbov Bakıya gələcəyi tarixi də açıqlayıb:
“Artıq İstanbuldan Bakıya uçan təyyarədə yerimi bron etmişəm. Sabah Bakıya gələcəyəm. Bu gün İstanbulda test vermişəm. Bakıda 14 günlük karantinə alınmamağım və təyyarəyə buraxılmağım üçün bu testi vermək mütləqdir. Testin cavabını bu gün biləcəm”.


Tarix: 8-07-2020, 16:16 Oxunub: 79


Bölməyə aid digər xəbərlər