Uğurla davam edən bu təşəbbüsə dəstək olaraq "Turan Bank" ASC sosial müdafiəyə xüsusi ehtiyacı olan işsiz şəxslərə, aztəminatlı ailələrə, məcburi köçkünlərə əvəzsiz olaraq avadanlıq verilməsi istiqamətində fəaliyyətini davam etdirərək 5 əlillik dərəcəsi olan şəxsi fəaliyyət göstərdikləri sahə üzrə ehtiyac duyduqları iş alətləri ilə təmin edib. Belə ki, Gəncə şəhərindən Ceyhun Həsənov, Xaçmaz rayonundan ZaurPaşayev, Ağcabədi rayonundan Şahin Rüstəmov, Bərdə rayonundan Elşən Məmmədov və Goranboy rayonundan Sənan Nuriyevözünüməşğulluq proqramına müraciətləri əsasındaavtoyuma üçün peşəkar avadanlıqlarla təmin olunub.
Xatırladaq ki, sözügedən dəstək 11 mart 2020-ci il tarixində ölkə prezidentinin həssas əhali qruplarının özünüməşğulluğunun təşkilinə ölkədə fəaliyyət göstərən banklar tərəfindən köməklik göstərilməsi ilə bağlı sosial məsuliyyətin bölüşdürülməsi təşəbbüsünə dəstək vermək məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Mərkəzi Bankı və "Azərbaycan Banklar Assosiasiyası" İctimai Birliyi arasında həssas əhali qruplarının özünəməşğulluğunun təşkilinə köməklik göstərilməsi sahəsində əməkdaşlığa dair imzalanan Memoranduma əsasən "Turan Bank" tərəfindən həyata keçirilir.
Bütün proqram iştirakçılarını təbrik edir və gələcək işlərində uğurlar arzulayırıq!
"Turan Bank"
Bizimlə etibarlıdır...
Bölməyə aid digər xəbərlər