09:45 / 21-11-2024
Bu yollarda sıxlıq var
15:13 / 20-11-2024
Neçə məktəb təmir edilib?
Ermənilər Lavrova babalarının qəbrini göstərdi


Rusiya XİN rəhbəri Sergey Lavrovun erməni babalarının qəbirləri tapılıb.
Ermənistanın Lori bölgəsinin Ardvi kəndindəki Hovhannes kilsəsinin həyətində Kalantaryan ailəsinin məzarlığı var.
Rusiya xarici işlər naziri, vaxtilə Tiflisdə məskunlaşan Kalantaryan ailəsinin qollarından birinin birbaşa nəslindəndir.
Rusiya Xarici İşlər naziri Sergey Lavrov 21 mart 1950-ci ildə Tiflisdə anadan olub. Bildirilir ki, Lavrovun atası Kalantaryan adlı bir Tiflis ermənisi idi. Daha sonra anası Valeria Borisovna Lavrovanın soyadını götürüb.
17 fevral 2005-ci ildə Ermənistana növbəti səfəri zamanı Lavrov İrəvanda Rusiya-Erməni (Slavyan) Universitetinin tələbələri ilə görüşüb. Tələbələrdən biri soruşub ki, erməni əsilli olmaq onu narahat edirmi?
Lavrov cavab verib: "Tiflis köklərim var, çünki atam oradandır, damarlarımda erməni qanı axır və başqa heç kimin qanı axmır. Bu qan mənə heç bir şeydə mane olmur."
Xatırladaq ki, Rusiyanın Baş naziri Mişustinin də bir tərəfi ermənidir və Qarabağ münaqişəsinin də həll edən əsas ölkə kimi Rusiya tərəfdən 16 ildir danışıqlara rəhbərlik edənlər də ermənilərdir.


Tarix: 2-08-2020, 13:30 Oxunub: 162


Bölməyə aid digər xəbərlər