Rusiya Prezidenti Vladimir Putin Rusiya Təhlükəsizlik Şurasının daimi üzvləri ilə Azərbaycanla Ermənistan arasında sərhəddəki vəziyyəti müzakirə edib.
TASS bu barədə Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskovun açıqlamasına istinadla xəbər yayıb.
“Onlar bu respublikaların sərhədində davam edən kəskinləşmə fonunda Rusiyanın MDB ölkələri, o cümlədən, Azərbaycan və Ermənistanla münasibətlərini müzakirə etdilər”, - deyə o qeyd edib.
Rusiya lideri iclasda deyib:
“Bizim üçün Azərbaycan - Ermənistan sərhədindəki vəziyyət çox həssas məsələdir”.
İclasda Baş nazir Mixail Mişustin, parlamentin hər iki palatasının spikerləri Valentina Matviyenko və Viaçeslav Volodin, Kreml administrasiyasının rəhbəri Anton Vayno, Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev, Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev, Xarici İşlər naziri Sergey Lavrov, Müdafiə naziri Sergey Şoyqu, Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov, Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin, ətraf mühitin qorunması, ekologiya və nəqliyyat üzrə prezidentin xüsusi nümayəndəsi Sergey İvanov iştirak ediblər.
Bölməyə aid digər xəbərlər
« Dekabr 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Be | Ça | Ç | Ca | C | Ş | B |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |