12:01 / 01-06-2026
Dua Lipa ərə getdi
Gecəki oyun niyə İTV-də yayımlanmadı? - Açıqlama

geceki-oyun-niye-itv-de-yayimlanmadi 

İTV “Bavariya” və PSJ komandaları arasında keçirilən yarımfinal oyununun yayımı ilə bağlı yaranmış problemə dair açıqlama verib.
  telekanal sözügedən oyunun yayım hüququnun onlarda olmadığını bildirib.
“UEFA Çempionlar Liqasının yarımfinal oyunlarının əvvəlcədən bölgüsünə əsasən, mərhələnin “Arsenal” və “Atletiko Madrid” komandaları arasında keçirilən hər iki oyunun İctimai Televiziyanın efirində yayımlanması razılaşdırılıb.
Hər iki oyun canlı yayımda tamaşaçılara təqdim olunub.
“Bavariya” və PSJ komandaları arasında keçirilən digər yarımfinal oyunlarının yayım hüququ isə İctimai Televiziyaya məxsus deyil. Oyunun yayımı ilə bağlı yaranmış problemə görə İctimai Televiziya məsuliyyət daşımır”, - kanalın açıqlamasında qeyd olunub.


Tarix: 7-05-2026, 13:17 Oxunub: 7


Bölməyə aid digər xəbərlər