12:01 / 01-06-2026
Dua Lipa ərə getdi
İtkin şəhidimiz dəfn olundu - Fotolar

itkin-sehidimiz-defn-olundu

Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Rafiq Hüseynovla Qaradağ rayonu Lökbatan qəsəbəsində vida mərasimi keçirilib.
 vida mərasimində mərhumun ailə üzvləri, rayon ictimaiyyəti, icra hakimiyyəti nümayəndələri, hüquq-mühafizə orqanlarının əməkdaşları, eləcə də media mənsubları iştirak ediblər.
Şəhidlə keçirilən vida mərasimindən sonra onun nəşi torpağa tapşırılıb.
Qeyd edək ki, R.Hüseynov 1974-cü il aprelin 16-da Ağdam rayonunun Qiyaslı kəndində anadan olub. O, 1992-ci ildə Ağdərə rayonunun Sırxavənd kəndi istiqamətində gedən döyüşlərdə itkin düşmüşdü.




Tarix: 20-02-2026, 11:20 Oxunub: 13


Bölməyə aid digər xəbərlər