11:28 / 03-06-2026
Ceyhun Bayramov kanadalı həmkarı ilə danışdı
11:27 / 03-06-2026
Hövsanda vətəndaşı zorla maşına mindirib aparmaq istəyiblər? - Foto
11:24 / 03-06-2026
“İçkiyə görə toy yasa döndü” - Video
11:23 / 03-06-2026
Maştağadakı güclü yanğın söndürüldü - Video - Yenilənib
12:53 / 02-06-2026
Sabah güclü külək əsəcək - Xəbərdarlıq
12:48 / 02-06-2026
Türkiyə 4 qolla qələbə qazandı - Video-Yenilənib
12:09 / 01-06-2026
Adil Əliyev haqqında yayılan məlumatlara münasibət bildirdi
12:01 / 01-06-2026
Dua Lipa ərə getdi
11:58 / 01-06-2026
“Zəngəzur dəhlizi mütləq inşa ediləcək”
11:55 / 01-06-2026
Yığmamız Dünya Kubokunda ilk oyununa çıxacaq
11:48 / 01-06-2026
“Xarici borcu əhəmiyyətli dərəcədə azaltmağı bacardıq” - Yenilənib
11:46 / 01-06-2026
Stalinin gizli zirzəmisi açıldı - 40 min şüşə nadir şərab hərraca çıxarılır
11:46 / 31-05-2026
20 il sonra bu gün görüşəcəkdik, ölüm xəbəri gəldi
11:43 / 31-05-2026
Prezident xorvatiyalı həmkarını təbrik etdi
11:42 / 31-05-2026
İlanı vurmaq istəyərkən 5 nəfəri güllələdi - 3-ü uşaqdır
11:41 / 31-05-2026
Goranboyda iki maşın toqquşdu - Yaralılar var
11:40 / 31-05-2026
Bu gecə gözünüz səmada olsun! - Fotolar
11:39 / 31-05-2026
Bir əsrədək tarixi olsa da, yalnız 8 ölkə qazanıb
11:38 / 31-05-2026
Sultan Süleymanı görmüş ağac - 854 yaşı var+Video
11:18 / 30-05-2026
Leyla Əliyeva övladları ilə - Video
11:14 / 30-05-2026
Kim deyər ki, mayın sonudur? - Video
11:10 / 30-05-2026
Dünəndən bəri Bakıda 41 ağac sınıb
16:46 / 29-05-2026
Sinif yoldaşlarımla 40 ildən sonra bir yerdə
14:06 / 26-05-2026
Prezidentə təbriklər gəlməkdə davam edir - Yenilənir
12:09 / 26-05-2026
Tbilisi qatarının ilk sərnişinləri arasında - Cavid Qurbanov da var+Fotolar
12:22 / 23-05-2026
Mayın bütün sosial ödənişləri yekunlaşdırıldı
12:18 / 23-05-2026
Mayın bütün sosial ödənişləri yekunlaşdırıldı
12:16 / 23-05-2026
Bərdədə yeniyetmənin meyiti tapıldı
11:57 / 23-05-2026
XİN Çinə başsağlığı verdi
İcra başçısının müavini ilə dalaşan şəxs həbs edildi - Açıqlama-Yenilənib
Qəbələ İcra Hakimiyyətində keçirilən qəbul zamanı icra başçısının müavini ilə dalaşan şəxs inzibati məsuliyyətə cəlb edilib.
“Yeniazərbaycanhəyatı”nın əldə etdiyi məlumata görə, hadisə ötən həftə Qəbələ Rayon İcra Hakimiyyətinin inzibati binasında baş verib.
İşsiz olduğu üçün qəbula yazılan rayonun Soltannuxa kənd sakini 1968-ci il təvəllüdlü S. Məmmədovla (şərti soyadlı) icra başçısının müavini Arif Abdullayev arasında insident baş verib. Onları icra hakimiyyətinin digər əməkdaşları ayırıblar. S. Məmmədov oraya dəvət edilmiş polis əməkdaşları tərəfindən saxlanılaraq Qəbələ RPŞ-yə aparılıb və barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (Xırda xuliqanlıq) maddəsi ilə protokol tərtib edilərək rayon məhkəməsinə göndərilib.
RİH əməkdaşlarının iştirakı ilə tərtib edilmiş aktda qeyd edilib ki, S. Məmmədov əvvəllər dəfələrlə icra başçısının, başçının müavini və digər vəzifəli şəxslərin qəbulunda olub: “5 dekabr 2025-ci il tarixdə, saat 09:20 radələrində Qəbələ Rayon İcra Hakimiyyətinin inzibati binasında olarkən S. Məmmədovun psixoloji durumu yerində olmayıb, özünü idarə edə bilməyərək nə istədiyini bilmədən səs tonunu olduqca yüksəldib, əsassız ittihamlar səsləndirərək qəbula gələn digər vətəndaşlara problem yaradaraq ictimai asayışı kobud şəkildə pozub, habelə başçının müavini Arif Allahverdiyevə əl-qol atmağa cəhd göstərib və hədə-qorxu gəlib”.
S. Məmmədov isə ifadəsində iddia edib ki, ilk olaraq başçının müavini ona hücum edib: “Bu il Qəbələ rayon Peşə Təhsil Mərkəzində yataqxana növbətçisi vəzifəsindən işdən çıxarıldım. Ali təhsilli iqtisadçı olmağıma baxmayaraq, hazırda günəmuzd fəhlə işləyirəm. Amma sağlamlığım imkan vermədiyindən həmin məşğuliyyəti davam etdirə bilmirəm. İxtisasına uyğun işlə təmin edilməkdən ötrü dəfələrlə məmurların qəbulunda olmuşam, amma indiyədək işlə təmin olunmamışam. İcra başçısının qəbuluna da işə düzəlmək məqsədilə getmişdim. İcra başçısının müavini Arif Abdullayevin qəbulunda oldum və ona gəlişinin məqsədini bildirərək başçı ilə görüşmək istədiyimi bildirdim. Həmin vaxt Arif Abdullayev heç bir səbəb olmadan mübahisə etməyə başladı, qəfildən üzərimə hücum edərək iki əli ilə boğazımdan tutaraq məni boğmağa cəhd etdi. Qəbələ RİH-nin şöbə müdiri Abdullayevi tutub kənara çəkərək bizi bir-birimizdən ayırdı. Həmin vaxt özümü itirdim, səhhətimdə narahatlıq yarandığı üçün xəstəxanaya getdim”.
Qəbələ Rayon Məhkəməsinin qərarı ilə S. Məmmədov 10 sutkalıq inzibati həbs edilib.
***
Qəbələ RİH hadisə ilə bağlı açıqlama yayıb.
Bildirilib ki, Qəbələ RİH başçısının təsdiq edilmiş qrafik əsasında hər həftənin cümə günü saat 10:00-da vətəndaşlarla qəbulu keçirilir. 05 dekabr 2025-ci il tarixdə saat 09:00-da rayonun Soltannuxa kənd sakini, 2014-cü ildə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 maddəsi ilə (dələduzluq) 8 il müddətinə azadlıqdan məhrum edilmiş və sonradan da dəfələrlə inzibati qaydada həbs edilmiş Əhmədov İqrar Sədr oğlu RİH-nin qəbul otağına gələrək əsassız yerə yüksək səslə rayon icra hakimiyyətinin vəzifəli şəxslərini təhqir edərək nalayiq ifadələr işlədib: “Qəbələ Rayon İcra Hakimiyyətində baş verən hadisə müvafiq qaydada aktlaşdırılaraq aiddiyyəti üzrə rayon Polis Şöbəsinə təqdim edilib. Sonradan məlum olmuşdur ki, Əhmədov İqrar Sədr oğlu rayon Polis Şöbəsinə dəvət edilən zaman eynilə həmin qaydada polis əməkdaşlarını da təhqir edərək xuliqanlıq əməlləri törədib. Bu səbəbdən də onun haqqında müvafiq tədbirlər görülüb. Bildiririk ki, İqrar Əhmədov tərəfindən bu kimi hərəkətlər dəfələrlə rayon icra hakimiyyətində, eyni zamanda rayonun müxtəlif idarə və təşkilatlarında da təkrarlanıb”.
Bölməyə aid digər xəbərlər

Tarix: 13-12-2025, 09:32 Oxunub: 10
Bölməyə aid digər xəbərlər
9-10-2025, 13:03
Sumqayıtda şagirdlərin iştirakı ilə sahildə iməclik keçirilib - FOTO
25-11-2024, 10:23
75 yaşlı Sumqayıt: Son 10 ildə reallaşan 75 YENİLİK
7-06-2024, 07:51
Sumqayıt: Gözəlliklər şəhəri, möhtəşəm quruculuğun ünvanı
26-05-2024, 09:43
İlham Əliyev əfv Sərəncamı imzaladı
19-05-2024, 11:11
Sumqayıt Heydər Əliyevin arzuladığı şəhərə çevrilib
15-02-2024, 13:24
70-lərin kəsişməsində: 70-ci illərdə başlayan Sumqayıt sevgisi, 70 il və 70 yenilik
9-09-2023, 13:25
Hadrutda səngərdə olan zabitdən Ali Baş Komandana təsirli müraciət
20-06-2021, 10:30
SON İLLƏR SUMQAYIT NECƏ İNKİŞAF ETDİ? - FAKTLAR
26-09-2020, 11:55
Korrupsioner məmurlara qarşı YENİ DALĞA... - NƏ ZAMAN BAŞLAYIR?
22-09-2020, 08:55
Daşkəsənin iki böyük metallurgiya müəssisəsi yeni inkişaf dövrünə başlayır - İcra başçısı yazır...
14-09-2020, 09:07
Goranboyda büdrəyən YENİ SİYASƏT... - İslahatlara kim mane olur?
31-08-2020, 19:08
Qulinin ölüm ssenarisi: Onu kim və niyə öldürdü? - Şok faktlar
18-08-2020, 09:47
Ucara bir DTX həmləsi yetərlidir ki... - Rayon rəhbərliyinin tamamını dama bassınlar...
27-07-2020, 23:21
İlham Əliyev yeni təhsil nazirini qəbul etdi - YENİLƏNİB + FOTO/VİDEO
24-07-2020, 18:07
Rəna xanım Paşayevanın xatirəsinə: “Əlvida, gözəl insan”
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO
9-07-2020, 22:29
Pandemiyadan zərər çəkənlərə bank kreditləri üzrə dövlət zəmanətinin verilməsi QAYDASI