2 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzində bir il ərzində 440 mindən çox müraciət qeydə alınıb
3392 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzinin açılışı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə 2022-ci il iyulun 20-də keçirilib.
Sumqayıt regional “ASAN xidmət” mərkəzi Sumqayıt şəhəri, Qobustan, Xızı, Siyəzən və Abşeron rayonlarında qeydiyyatda olan 700 minə yaxın vətəndaşla yanaşı ölkə üzrə ərazi məhdudiyyəti olmadan bütün vətəndaşlara xidmət göstərir. Mərkəzin fəaliyyəti operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət prinsiplərinə və vətəndaş rahatlığına hesablanıb.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, mərkəzdə əməkdaşların sayı 192, könüllülərin sayı 45 nəfərdir. “ASAN xidmət” mərkəzinin işçilərinin sayı 36 nəfərdir ki, onlar da əsasən şəhid ailəsi üzvləri, qazilər və ASAN könüllülərindən təşkil olunub.
Fəaliyyət göstərdiyi 1 il ərzində 440 mindən çox vətəndaş müraciəti qeydə alınıb.
Mərkəzdə müxtəlif dövlət orqanları, eyni zamanda özəl şirkət və müəssisələr tərəfindən 325 xidmət həyata keçirilir.
“ASAN xidmət” mərkəzinin binası 4 mərtəbəlidir. Mərkəzin ərazisində fəvvarə, geniş park, iki yerüstü avtomobil dayanacağı, kafe, uşaq əyləncə meydançası, idman meydançası var.
www.sumqayitxeber.com
Bölməyə aid digər xəbərlər