12:01 / 01-06-2026
Dua Lipa ərə getdi
Şəhid hərbçimiz Sumqayıt Şəhidlər Xiyabanında dəfn olunub - YENİLƏNİB - FOTO

Şəhid hərbçimiz Sumqayıt Şəhidlər Xiyabanında dəfn olunub - YENİLƏNİB - FOTO

#
18:3219 fevral 2021

44 günlük Vətən müharibəsində itkin düşən müddətdən artıq həqiqi hərbi qulluqçu, 1996-cı il təvəllüdlü Qulamov Rəcəb Xaydaroviç bu gün Sumqayıt şəhər Şəhidlər Xiyabanında dəfn olunub.
APA-nın yerli bürosunun məlumatına görə, dəfn mərasimində Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, millət vəkilləri, şəhidin yaxınları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, 5 aydan çoxdur ki, itkin sayılan R. Qulamovun nəşi Murov istiqamətində gedən axtarışlar zamanı tapılıb.
Allah rəhmət eləsin!
***

İtkin düşən daha bir hərbçimizin şəhid olduğu müəyyənləşib.
 Sumqayıt şəhər Hacı Zeynalabdin qəsəbə sakini, 1996-cı il təvəllüdlü Qulamov Rəcəb Xaydaroviç 5 ay bundan öncə itkin düşmüşdü. Şəhidin nəşi Murov istiqamətində gedən axtarışlar zamanı tapılıb.
R. Qulamov bu gün Sumqayıt Şəhidlər Xiyabanında torpağa tapşırıldı.
Foto

Xəlil Xəlilov,
redaktor

Tarix: 23-05-2021, 12:30 Oxunub: 133


Bölməyə aid digər xəbərlər
12-04-2021, 15:47 Allah rəhmət eyləsin!