09:45 / 21-11-2024
Bu yollarda sıxlıq var
15:13 / 20-11-2024
Neçə məktəb təmir edilib?
Narazı qazinin əlillik qrupu dəyişdirildi

Narazı qazinin əlillik qrupu dəyişdirildi

Narazı qazinin əlillik qrupu dəyişdirildiXəbərOxunma sayı: 141

Vətən müharibəsi qazisi Hacı Vəliyevin əlillik problemi həll edilib. 
“Yeniazerbaycanheyati.com” xəbər verir ki, bu barədə H. Vəliyev feysbukda paylaşım edib. 
O bildirib ki, əlillik probleminin həlli üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə gedəcəyi barədə video paylaşdıqdan sonra nazirliyin bir sıra rəsmiləri onunla əlaqə saxlayıb: “2-ci qrup əliliyimin (5 il müddətə) təyin olunduğunu və təyin olunma haqqında sənədi göndərdilər”. 
Qeyd edək ki, ƏƏSMN tərəfindən H. Vəliyevə 3-cü qrup əlillik təyin edilmişdi. Qazi isə 3 fərqli diaqnozla yararsız kimi təxris olunduğunu əsas gətirərək bu növ əlillik təyinatından imtina etmişdi. 





Mahir Hümbətov,
Yeniazerbaycanheyati.com portalının rəhbəri

Tarix: 7-05-2021, 09:30 Oxunub: 39


Bölməyə aid digər xəbərlər