12:01 / 01-06-2026
Dua Lipa ərə getdi
Sumqayıtda yaşayış binasında yanğın - Xəsarət alan var


 Sumqayıtda yaşayış binasında yanğın - Xəsarət alan var
Sumqayıtda doqquzmərtəbəli yaşayış binasında yanğın olub.Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.Bildirilib ki, şəhərdə doqquzmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 90 m² olan 4 otaqlı mənzilin dəhlizinin yanar konstruksiyaları 15 m² sahədə yanıb.Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb, yanğınsöndürənlər tərəfindən 1 nəfər xilas edilib və tüstülənmiş mənzillərdən 9 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. 

Tarix: 26-12-2025, 10:54 Oxunub: 12


Bölməyə aid digər xəbərlər
4-11-2021, 09:00 Yanğın olub