12:01 / 01-06-2026
Dua Lipa ərə getdi
İrandan Azərbaycana narkotik keçirmək istədilər - FOTOLAR


 
İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb.Bu barədə  Dövlət Sərhəd Xidmətindən məlumat verilib.Sərhəd Qoşunlarının "Horadiz" sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 8 kiloqram 456 qram narkotik vasitənin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.Keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində Gəncə şəhər sakini – 2004-cü il təvəllüdlü Zərgərov Tayfur Xəyal oğlu və Ağdam rayon sakini 1990-cı il təvəllüdlü Aslanov Ayxan Rövşən oğlu şübhəli şəxs qismində saxlanılıb, 4 kiloqram 330 qram narkotik vasitə marixuana aşkar olunaraq götürülüb.Dekabr ayının 6-da isə dövlət sərhədinin mühafizəsini həyata keçirən sərhəd naryadı tərəfindən sərhəd dəstəsinin xidməti ərazisində 4 kiloqram 126 qram narkotik vasitə marixuana aşkarlanıb.Faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.İrandan Azərbaycana narkotik keçirmək istədilər - FOTOLAR
İrandan Azərbaycana narkotik keçirmək istədilər - FOTOLAR

Tarix: 8-12-2025, 13:43 Oxunub: 11


Bölməyə aid digər xəbərlər