12:01 / 01-06-2026
Dua Lipa ərə getdi
Novxanıda “Santo Mare”

Novxanıda yerləşən "Santo mare restaurant"da əcaib qanunlar

         Manitorinq qrupumuzla Xəzərin sahilində Sumqayıt-Novxanı yolunda yerləşən restoranların, şadlıq evlərinin yay mövsümünə hazırlığıyla bağlı gördükləri işlərlə yerindəcə tanış olmaq məqsədi ilə yolumuzu dəniz kənarında yerləşən restoranlar, şadlıq evlərindən  salmışdıq. Bir çox restoran və şadlıq evlərində yay mövsümünə hazırlıq işləri, vətəndaşlarımızın və ölkəmizə qonaq gələn turistlərin istirahəti üçün sahibkarlar müxtəlif tikinti, abadlıq işləri görür və təbii ki, bu işlərin hər birinin də razılığı əlaqədar təşkilatların xüsusi tapşırığı ilə həyata keçirilir. Bəzi restoran işlədən sahibkarlarla ayaqüstü söhbət etdik, onların gördükləri işlərlə yaxından tanış olduq. Lakin narazılıqlar da az olmadı. Belə ki,  Novxanı ərazisində yerləşən “Santo Mare” restoran-otel kompleksini işlədən iş adamı restoran barəsində yazılan yazıların saxta, yanlış olduğunu vurğuladı. Narazılıq edən iş adamı jurnalistlərin həqiqəti deyil, yalan məlumatlar yaydıqları barədə şikayətini dilə gətirdi, jurnalistlər yalan məlumat yaymaqla jurnalist adına ləkə vururlar,-dedi.

Sahibkar onu da vurğuladı ki,  “Santo Mare” MMC restoranı uzun müddətdir fəaliyyət göstərir. İndiyə kimi hələ heç bir yerdə adı neqayiv şəkildə hallanmamışdır. Əksinə yüksək xidməti, gülərüz personalı ilə həmişə rahatlıq ünvanı kimi  tanınıb və bundan sonra da tanınacaqdır. 

Bir müddət öncə Əmlak Məsələləri Dövlət Xidmətinin Sumqayıt ərazi şöbəsi tərəfindən Sumqayıt-Novxanı avtomobil yolunun Sumqayıt şəhəri ərazisindən keçən hissəsində dəniz kənarında “Santo Mare”restoran otel kompleksində qanunsuz tikinti işlərinin aparılması faktı barədə müxtəlif sosial şəbəkələrdə müxtəlif mövzuda,  yalan, yanlış məlumatlar yayılmışdır. Hətta tikinti barədə müvafiq tədbirlərin görülməsi məqsədilə Fövqəladə Hallar Nazirliyinə müraciətlər də  edilib. Müraciət əsasında FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində görülən işlər yerindəcə yoxlanılmış və heç bir qanun pozuntusuna yol verilmədiyi aşkarlanmışdır. Bu barədə dəfələrlə maraqlı şəxslərə məlumat verilsə də, lakin bəzi dırnaqarası "jurnalistlər" bu yanlışı düzəltmək əvəzinə, yenidən yanlış məlumatlarla gündəmə gəlsələr də "yalan ayaq tutar yeriməz" deyimini unudublar. Təbii ki, onların yazdığı yalana, böhtana özlərindən başqa inanan yoxdur və ola da bilməz.
“Santo Mare”restoran otel kompleksi hazırda yay mövsümünə hazırlıq işlərini həyata keçirir.  
Bəli, bu barədə çoxdan, lap çoxdan yazmaq istəyirdim. Əslində bir neçə dəfə bu mövzuya müraciət də etmişəm. Lakin... Son dövrlər "dırnaqarası" jurnalistlər necə deyərlər yağışdan sonra çıxan göbələklər kimi çoxalmağa başlayıb. Təbii ki belə "jurnalistlər" yazar qələm sahiblərini, öz dəst-xəttini ölkədə və bir çox dünyada tanıdan həqiqi jurnalistlərin də adına ləkə vurur. Belə ki, dırnaqarası "jurnalistlərin" çoxunun bu bu sahə barədə zərrə qədər məlumatı belə yoxdur. Hansısa bir qəzet redaktorunun verdiyi vəsiqə ilə və xüsusən də pul qazanmaq məqsədi ilə özünü ora, bura vuran jurnalistlər bu sahəyə sözün əsl mənasında ləkə vururlar.  Əslində mənim məqsədim o jurnalistləri tənqid etmək deyil, lakin əlinə bir telefon alıb yalan, yanlış məlumat yayan jurnalistləri bu sahədən çəkindirməkdir. Axı hər gecənin bir gündüzü olduğu kimi bu işin də bir sonu olacaqdır. Yalan məlumat yaymaq, böhtan xarakterli çəkilişlər etmək vicdanı olan hər bir insana xas olan keyfiyyət deyildir. Vicdanı  olan insan böhtandan. yalandan qorxmalı, çəkinməlidir. Belə bir yalan məlumat da bu günlərdə sosial şəbəkələrdə paylaşıldı. Güya dəniz sahilində yerləşən restoranların birində ağac kəsilmişdir. Bir özünüz düşünün, dənizin sahilində necə ağac ola bilər? Deyəndə də elə yalan deyin ki, heç olmasa yalana bənzəsin. Bu heç yalana da bənzəmir axı! Yalan ayaq tutub yerimədiyi kimi bu yalan da yeriyə bilməz. Hazırda adı çəkilən retoranda yay mövsümüylə əlaqədar olaraq abadlıq, quruculuq işləri gedir. Heç bir ağac kəsimindən söhbət gedə bilməz.
 
 

 


Tarix: 26-04-2026, 17:49 Oxunub: 18


Bölməyə aid digər xəbərlər
19-04-2021, 09:00 Maqsud Maqsudov - 80