12:01 / 01-06-2026
Dua Lipa ərə getdi
Ağcabədidə 16 yaşlı qız qətlə yetirildi - Qardaşı saxlanıldı

agcabedide-16-yasli-qiz-qetle-yetirildi 

Sentyabrın 5-də saat 19 radələrində Ağcabədi rayonunun Pərioğlular kəndi ərazisində 16 yaşlı Fidan Mamedovanın  kəsici-deşici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.
“Yeniazərbaycanhəyatı”nın məlumatına görə, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən qardaşı 18 yaşlı Tahir Mamedov saxlanılaraq istintaqa təhvil verilib.
İlkin məlumata görə hadisə ailə münaqişəsi zəminində baş verib.
Faktla bağlı araşdırma aparılır.


Tarix: 6-09-2025, 12:26 Oxunub: 26


Bölməyə aid digər xəbərlər