12:01 / 01-06-2026
Dua Lipa ərə getdi
Rəsmi Bakıdan Rusiyada azərbaycanlılara hücumlarla bağlı - Bəyanat

Rəsmi Bakıdan Rusiyada azərbaycanlılara hücumlarla bağlı - Bəyanat

resmi-bakidan-rusiyada-azerbaycanlilara-hucumlarla-bagli
Azərbaycan Xarici İşlər Nazirliyi Rusiyanın Yekaterinburq şəhərində azərbaycanlılara qarşı edilən hücumlarla bağlı bəyanat yayıb.
“Yeniazerbaycanheyati” xəbər verir ki, bəyanatda deyilir:
“27 iyun tarixində səhər saatlarında Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə basqını nəticəsində həmvətənlərimizin həlak olması və bəzilərinin ağır bədən xəsarətləri nəticəsində yaralanması, habelə 9 nəfərin saxlanması ilə bağlı dərin narahatlığımızı bildiririk.
Rusiya tərəfindən məsələ ilə bağlı təxirəsalınmaz araşdırılma aparılmasını və bu qəbuledilməz zorakılığı törədənlərin qısa müddət ərzində məsuliyyətə cəlb edilməsini gözləyirik”.




Tarix: 28-06-2025, 11:52 Oxunub: 21


Bölməyə aid digər xəbərlər